Qurban ətinin satılması haramdır
Müsahibə15 avqust 2018 14:42
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qurban bayramı münasibətilə tövsiyələrini açıqlayıb.
QMİ-dən Qaynarinfo-ya daxil olan məlumatda qeyd edilir ki, qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilmiş - müstəhəb əməllərdən hesab olunur. Qurban ətindən fəqir və kasıb ailələrə paylamaq gərəkdir ki, onlar bayram ab-havasını yaşasınlar - bu böyük savabdır. Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə olmalıdır. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun bir, öküz və inəyin iki, dəvənin isə beş ili tamam olmalıdır. Qurban ətinin satılması haramdır. Xırdabuynuzlu heyvan (qoyun, keçi) bir nəfər üçün kəsilməlidir. Bir neçə şəxs cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsə bilər. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versinlər. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissənin fəqir və kasıb ailələrə, üçüncü hissənin isə hədiyyə kimi qohum-əqrəbalara paylanması tövsiyə olunur.
Qurbanlıq heyvan, şəriət qaydalarına uyğun olaraq kəsilərkən "Bismillаhi və billаhi vəllаhu əkbər” deyilməlidir. Qurbаn duаsının охunması məsləhətdir. Tövsiyə edərdik ki, bu müqəddəs bayram günlərində qurbanların kəsilməsi baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilsin.
Həmçinin, qurbanların azyaşlı uşaqların, habelə heyvanların gözü qarşısında kəsilməsi məsləhət deyil.
Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan, İnsаnı öz Yаrаdаnınа yахın edən Qurbаn bаyrаmının sevincini valideyinlər, doğmalarla yanaşı qаçqın, köçkün, kimsəsiz sоydаşlаrımızа, mаddi sıхıntı çəkən insаnlаrа da yаşаtmаq, оnu hаmı ilə birgə könül хоşluğu ilə keçirməк savabdır. Qurban kəsməyə imкаnı оlmаyаnlаrın Qurbаn günü ibadət və duaları da Allah-Təala yanında savab əməllərdəndir.
Аllаh-Təаlаnın insаnlаrın mənən sаflаşmаları və həmrəyliyə nail olmaları məqsədilə qərаr verdiyi bu bаyrаm günlərində kəsdiyiniz qurbаnlаrı, verdiyiniz ehsanları, etdiyiniz duaları qəbul etsin. Allah Vətənimizi hifz etsin. Аmin!
Oxşar xəbərlər
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 2026 13:12
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - Siyahı
21 yanvar 2026 16:49
- Azərbaycanda 14 gün İŞ OLMAYACAQ
11 yanvar 2026 15:15
- Azərbaycan cazının əfsanəsi erməni əli ilə necə öldürüldü?
7 yanvar 2026 23:05
- Nepal Çinə ARVAD SATMAQ istəmir
4 yanvar 2026 21:23
- Ramin Nur şadlıq evində camış əti dana əti adı ilə təqdim edilir (FOTO)
17 dekabr 2025 20:07
Xəbər lenti
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 23:40
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 22:38
- Əliyev Ərdoğana zəng etdi
26 fevral 22:21
- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 22:18
- Prezident və birinci xanım Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi
26 fevral 13:36
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 13:31
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 11:50
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 11:15
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 00:40
- Prezidentdən Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım
25 fevral 23:27
- Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
25 fevral 21:07
- Prezident ailə üzvləri ilə Xocavənd və Xocalıya səfər edib
25 fevral 18:53
- Mehdiyevi AMEA-dan çıxardacaqdılar, yatdılar - İclasdan maraqlı (FOTOLAR ) )
25 fevral 18:45
- Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 fevral 12:09
- Abel Məhərrəmovdan Ramiz Mehdiyev - Açıqlaması
25 fevral 12:02
- Prezident Küveyt Əmirini təbrik etdi
25 fevral 11:17
- Horovluya növbəti köç karvanı yola salındı
25 fevral 10:59
- Bakıdan Laçına ilk avtobus marşrutu yola düşdü - Fotolar
25 fevral 10:50
- Nazir Prezidentin bağışladığı evi mənə 36 minə satdı — ŞOK AÇIQLAMA
25 fevral 01:40
- Gültəkin Hacıbəyli sərbəst buraxıldı - Yenilənib
25 fevral 01:26
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 22:43
- Gültəkin Hacıbəylinin evində axtarış aparıldı - DTX-yə çağırıldı
24 fevral 18:56
- 6 ayda 5 yaxın qohumunu itirən Şəmşad Ağa üçün məhkəməyə müraciət edildi
24 fevral 17:23
- Naxçıvanda 40 subartezian quyusu qazılacaq - Prezident Sərəncam imzaladı
24 fevral 17:13
- Nəriman Həsənzadəyə Heydər Əliyev ordeni təqdim olundu - Fotolar
24 fevral 16:11
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 14:57
- İlham Əliyevdən estoniyalı həmkarına - Təbrik
24 fevral 13:21
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 13:10
- Parlamentdə 1 dəqiqəlik sükut
24 fevral 13:01
- TƏCİLİ: Serbiya prezidentinə SUİ-QƏSD CƏHDİ - 2 nəfər SAXLANILDI
24 fevral 11:03
Video & Fotoqalereya
Video
Fotoqalereya
