Azərbaycanlılar bu siyahıda Avropada birincidir - STATİSTİKA
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş minimum istehlak səbəti üzrə əsas növ ərzaq məhsullarının illik istehlak normalarına əsasən, orta hesabla bütün əhalinin hər nəfəri üçün çörək və çörək məhsulları 126,2 kiloqramdır. Bu statistikaya əsasən, bir azərbaycanlı gün ərzində təxminən 350 qram çörək yeyir.
modern.az bildirir ki, tədqiqatçıların bildirdiyinə görə, insan həyatı boyu digər qida məhsulları ilə birlikdə təqribən 15 ton çörək istehlak edir.
Avropada çörəyin ən çoxistifadə edildiyi ölkələrin siyahısına 1 vətəndaşı illik 104,3 kiloqram çörək yeməklə Türkiyə başçılıq edir. 2-ci yerdə adambaşına ildə 95,2 kiloqram çörək tükətməklə Bolqarıstan qərarlaşıb. 3-cü sırada ildə adambaşına 88,9 kiloqram çörək istehlakı ilə Ukraynadır. Yunanıstan illik adambaşına 68 kiloqram çörək tükətməklə 4-cü, Hollandiya 62,1 kiloqramla 5-ci, Fransa 57,1 kiloqramla 6-cı, Almaniya 55,7 kiloqramla 7-ci, Belçika 55, 3 kiloqramla 8-ci, Rusiya 54,8 kiloqramla 9-cu, İtaliya isə 52, 7 kiloqram çörək tükətməklə 10-cu yerdə qərarlaşıb.
Yuxarıda qeyd etdiyimiz statistikayla Azərbaycan illik adambaşına düşən çörək istehlakına görə, bütün Avropa ölkələrini geridə qoyur.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovazərbaycanlıların dünyada ən çox çörək yeyən xalqlar sırasında olduğunu təsdiqləyir:
"Mən bu yaxınlarda ən geridə qalmış ölkələrdə-Taylandda, İndoneziyada, Hindistanda olmuşam. Hansı ki, bu ölkələrdə insanlar hətta küçələrdə yatırlar. Amma orada insanalrın ac qalmamaq üçün çox çörək yediklərinə rast gəlməmişəm. Onlar qida rasionlarında düyüyə üstünlük verirlər”.
E.Hüseynov azərbaycanlıların israfçı xalq olduğu qənaətindədir:
"Bizimkilər çörəyi israf edən xalqlar sırasındadır. Çörəyə and içir, "Qurani-Kərimə” bərabər tutulduğunu deyir, amma çörəyi zibilə atır”.
Hüquq müdafiəçisi qida rasionunda çörək miqdarının minimuma endirilməsini məsləhət görür:
"Əhali bilməlidir ki, hazırkı zamanda çörək insanlara o qədər də xeyirli olmayan bir qidadır. Çünki insanlarda şəkər, ürək-damar xəstəliklərinin yaranmasına və şiddətlənməsinə təsir edir. Eyni zamanda, insanlar arasında daha bir səhv isti çörəyə üstünlük verilməsidir. İsti çörək mədə-bağırsaq sisteminin düşmənidir. Bu problemlər həll olunmalıdır. Çörək soyuq halda və minimum şəkildə istehlak edilməlidir.
Mən özüm son 5 ildə çörəkdən imtina etmişəm. "Qurani-Kərim”də deyilir ki, süfrədən doymamış qalxın”, bəziləri isə "çörəksiz yeyəndə doymuram” deyir. Səhv də burdadır. Məzh o doymamaq fikri insanları daha çox çörək yeməyə sövq edir.
Bir haşiyə açım: Deməli, 1970-74-cü illərdə Almaniyada hərbi xidmtədə idim. Bir gün komandir bütün alayı yığdı. Gördük ki, bir gündə hərbi hissədən atılan çörəklərdən taya düzəldilib. Bizim hamımızı fərəqət rejimində o tayanın başına fırlatdı. Dedi ki, alaydan bu qədər çörəyin atılması böyük israfçılıqdır. Xristinaların bu hərəkətini hələ də xatirimdən çıxara bilmirəm”.
Oxşar xəbərlər
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
1 may 2024 16:13
- Şəhərin 85 faizi azərbaycanlıdır, amma bir TV-miz belə yoxdur- Sabiq deputat
30 aprel 2024 19:20
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Gözəllik müsabiqəsinin qalibi də həlak olub - Fotolar
24 mart 2024 05:39
- İki gün qaldı - 4 kəndimiz qaytarılır...
22 mart 2024 19:56
- Azərbaycanda əhali yumurtaya üstünlük verir - Ət yeməyini azaldıb
22 mart 2024 11:02
- Finlandiya yenidən dünyanın ən xoşbəxt ölkəsi oldu – Azərbaycan isə 101-ci...
21 mart 2024 13:42
- Türkiyə iqtisadiyyatı Almaniya və Yaponiyanı da arxada qoyacaq
20 mart 2024 18:57
- Putin gedir, Rusiya parçalanır?.. - 5 ssenari
17 mart 2024 20:59
Xəbər lenti
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
02 may 14:13
- Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
02 may 12:44
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
02 may 12:32
- Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)
02 may 10:47
- Həmid Herisçi AYB-nin üzvü oldu
02 may 10:36
- Musabəyov, bir gün Başkənddə döyüşsəydin, bu sözü deyə bilməzdin... Etibar Əmiraslanov
01 may 22:28
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
01 may 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
01 may 22:04
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
01 may 21:56
- Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi
01 may 19:15
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
01 may 19:01
- İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi
01 may 15:55
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
01 may 15:50
- Sabah DEPUTAT Ramin Məmmədovla bağlı iclas keçiriləcək
01 may 15:24
- Rasim Tağıyevin oğlu həbs edildi
01 may 15:18
- 100 uşağı öldürən həkimin Azərbaycanda gizli əməlləri - VİDEO
01 may 11:53
- Bakıda beynəlxalq forum keçirilir: Prezident çıxış edib (YENİLƏNİB)
01 may 11:45
- Nəcməddin Sadıqovun həbsinə HAZIRLIQ BAŞLADI!
01 may 09:37
- Nazir ölkəyə yeni baş notarius təyin etdi (ÖZƏL)
30 aprel 21:40
- Azərbaycanlı milyarder əfv edildi - Edam cəzası verilmişdi
30 aprel 19:48
- NAR rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
30 aprel 19:29
- Şəhərin 85 faizi azərbaycanlıdır, amma bir TV-miz belə yoxdur- Sabiq deputat
30 aprel 19:20
- Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 aprel 16:19
- Mayın ilk gününün havası
30 aprel 13:17
- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat
30 aprel 12:00
- Bakcell ilə innovasiya dövrü başladı!
30 aprel 11:50
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 10:46
- ADNA terrorundan 15 il ötür...
30 aprel 10:28
- Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb
29 aprel 23:51
- İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 aprel 23:33
Video & Fotoqalereya
Video
Fotoqalereya