Anım günündə Heydər Əliyevə qarşı tərbiyəsizlik
Tarixin ziddiyətli və mürəkkəb dövrü, həmin vaxt ölkəyə rəhbərlik etmiş şəxsiyyətlər haqqında xatirə yazılarını, memuarları oxumaq həmişə oxucu üçün maraqlıdır.
Ən azı ona görə ki, həmin dövrlə bağlı cavab tapa bilmədiyimiz bəzi qaranlıq məqamlara memuarlarda bəzən aydınlıq gəlir. Bizdə çox təəssüf ki, xatirə yazıları, memuarlar adətən məişət səviyyəli olur və dedi-qodudan o tərəfə keçmir. Məsələn, rəhmətlik Sirus Təbrizlinin xatirə yazıları, “Naxçıvana birinci mən getmişəm, onda Heydər Əliyevin görüşünə getməyə çoxu qorxurdu...” və s tipli idi.
Yaxud Bakının keçmiş meri mərhum Rəfael Allahverdiyev öz xatirələrində “Heydər Əliyevi öz köhnə maşınında ora-bura aparmağından, onun evsiz-eşiksiz olmağından ...” dönə-dönə bəhs edirdi.
Bizimkilərin xatirə yazıları dərin mətləblərə toxunmasa da, hər halda tariximizin bir parçasıdır.
Bu mənada Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) sabiq rəisi, hazırda ədliyyə nazirinin müavini olan general-leytenant Məhərrəm Əliyevin ümummilli liderin 12 dekabr anım günü ilə bağlı Qafqazinfo.az saytına verdiyi müsahibə diqqətimi cəlb etdi.
Və sözün düzü müsahibə ilə bağlı xırda qeydlərimi həmin gün isti-isti qələmə aldım. Ancaq anım gününə hörmət olaraq öz fikirlərimi paylaşmağı bir müddət gecikdirdim.
Bəli, müsahibənin girişində cənab Məhərrəm Əliyev oxuculara belə təqdim olunur: “10 ildən çox Əliyevlə çiyin-çiyinə çalışan, ona “Heydər” deyə müracət edən AZSAYLI insanlardan biri də o vaxtlar Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olmuş, hazırda Ədliyyə nazirinin müavini vəzifəsini icra edən general-leytenant Məhərrəm Əliyevdir”.
Axı, özündən yaşca böyük insanı ADI ilə çağırmaq nə vaxtdan qəhrəmanlıq-hünər hesab edilir ?
Bu nə sayqısızlıqdır, nə də hörmətsizlik. Bu hərəkətin bir adı var - tərbiyəsizlik.
Görəsən, heç bir ədəb-ərkana sığmayan və məhz anım günü cəmiyyətə təqdim edilən bu fikir kimə məxsusudr: Məhərrəm Əliyevə, yoxsa redaksiyaya?
Axı, Məhərrəm Əliyev özündən təxminən 30 yaş böyük, yəni atası yaşda şəxsə necə adı ilə müraciət edə bilərdi?
Digər tərəfdən haqqında söhbət gedən şəxs sıradan biri deyil, dövlətin başçısıdır və Məhərrəm Əliyev onun tabeçiliyində olan məmurdur. Belə olan halda polis rəisi prezidentə necə “ Heydər” deyə bilərdi?
Heydər Əliyevi uzaqdan-yaxından tanıyan, onun xarakterinə bələd olanlar gözəl bilir ki, keçmiş prezident nəinki tabeçiliyində olan istənilən ranqlı məmura, hətta öz yaxınlarına belə imkan verməzdi ki, ona adı ilə müraciət olunsun.
Həm də insaf naminə qeyd etmək istəyirəm ki, hörmətli Məhərrəm Əliyevi şəxsən tanımasam da uzaq müşahidələrimə əsasən deyə bilərəm ki, bu şəxs kifayət qədər ədəb-ərkanlı, dövlət təcrübəsi olan insandır və onun atası yaşda şəxsə, üstəlik dövlət rəhbərinə adı ilə müraciət etməsi mümkün olan iş deyil.
Axı, subardinasiya deyilən qayda var, dövlət tərbiyəsi, dövlət ərkanı deyilən mühüm dəyərlər var. Bunu pozmağa kiminsə haqqı yoxdur.
Bəs onda bu biabırçı təqdimat müxbirin ağlına haradan gəlib ? Müxbirin nəyinə lazımdır ki, Məhərrəm Əliyevi cəmiyyətə məhz bu cür təqdim etsin ?
Bu doğrudanmı, müxbirin fantaziyasının, təxəyyülünün məhsuludur ? Bəs redaksiya ?
Bəs mətbuata görə məsuliyyət daşıyan görəv sahibləri?
Bir gün sonra haqqında söhbət gedən müsahibədən həmin “təqdimat”ı çıxartmaqla nəsə dəyişirmi ?
Mənim bu xırda qeydləri etməkdə məqsədim kimlərisə ittiham etmək deyil.
Sadəcə, dünyasını dəyişmiş şəxsiyyətlərimiz barədə belə “təqdimat”lar gələcəkdə başqa qələm sahibləri üçün də nümunə ola bilər.
Haqqında bəhs etdiyim bu “təqdimat”ın bir xoşagəlməz tərəfi də odur ki, zaman keçdikcə bəziləri öz “razmer”i ilə Heydər Əliyevin miqyasını səhv salır. Və unudurlar ki, qazandıqlarına görə mərhum Heydər Əliyevə borcludurlar. Rəhmətlik Məmməd Araz demişkən:
Bir ağılın budağından sallanıb,
Neçə-neçə ağlıdayaz yaşayır.
Yaşayın! Amma budaqlarını sındırmayın.
NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli
- Prezident cənab İlham Əliyevə Ş İ K A Y Ə T
18 aprel 2026 15:16
- Başlıbel qətliamından 33 il keçir
18 aprel 2026 00:21
- Atalıq testindən qaçış, NARKOTİK damğası - Mikayıl İsmayılovun gəlininin işi qaranlıq məcraya sürüklənir
17 aprel 2026 14:00
- Kişinyovdan Moskvaya zərbə: Rusiyalı komandanlar...
17 aprel 2026 13:50
- BOZ kardinal-ın boz günü...
17 aprel 2026 11:21
- Rusiyada deportasiya dalğası gözlənilir
17 aprel 2026 00:12
- General adından sui-istifadə, aldadılan insanlar və… — Alibek Kurbanovun qorxu ssenarili oyunları: General kimdir?
16 aprel 2026 23:05
- İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
16 aprel 2026 19:43
- İran və ABŞ arasında razılaşma mümkünsüzdür
16 aprel 2026 13:08
- Partiya sədrlərinin ixtisası: tarixçi, hüquqşünas, həkim, jurnalist...
15 aprel 2026 11:11
- Prezident cənab İlham Əliyevə Ş İ K A Y Ə T
18 aprel 15:15
- Abdin Fərzəliyev JURNAL satan şirkətdən 96 000 manatlıq ƏT ALIR
18 aprel 14:55
- Bazar günü 25 dərəcə isti olacaq
18 aprel 13:47
- Sevinc Çılğınla -Poeziya saatı- keçiriləcək
18 aprel 13:33
- Banklardan SOYĞUNÇULUQ - Faizlər görün NEÇƏ DƏFƏ ARTIB
18 aprel 12:36
- Şahbaz Şərif və İlham Əliyev Antalyada ikitərəfli tərəfdaşlığı müzakirə ediblər
18 aprel 12:21
- Dostlarından İsa Arasla bağlı İNANILMAZ SÖZLƏR– Mənim və Viktorun sevgilisi idi
18 aprel 12:09
- Bakının bu ərazilərində torpağın 1 SOTU 2 MİLYONDUR
18 aprel 11:49
- Prezident Diplomatiya Forumu ilə bağlı paylaşım etdi
18 aprel 00:46
- Başlıbel qətliamından 33 il keçir
18 aprel 00:21
- Birinci xanımlar Antalya Forumununda - Foto
17 aprel 21:39
- Bir qrup şair və yazıçıya Prezident təqaüdü verildi - EKSKLÜZİV
17 aprel 20:40
- Tramp Hörmüz boğazını açdığına görə İrana təşəkkür etdi
17 aprel 20:18
- Prezidentlə xanımı Antalyada tədbirdə iştirak edir
17 aprel 16:49
- 4200 manata DOVŞAN və QURBAĞA ALIR
17 aprel 15:55
- QOÇ ƏT- lə bağlı böyük qalmaqal: Menyuda 5.5, qəbzdə 8.2 manat...
17 aprel 15:38
- Atalıq testindən qaçış, NARKOTİK damğası - Mikayıl İsmayılovun gəlininin işi qaranlıq məcraya sürüklənir
17 aprel 14:00
- Kişinyovdan Moskvaya zərbə: Rusiyalı komandanlar...
17 aprel 13:50
- Əliyevlə Şaraa görüşdü - Fotolar - Yenilənib
17 aprel 12:36
- Kərkükdə 100 il sonra bir İLK
17 aprel 11:34
- BOZ kardinal-ın boz günü...
17 aprel 11:21
- Rusiyada deportasiya dalğası gözlənilir
17 aprel 00:12
- General adından sui-istifadə, aldadılan insanlar və… — Alibek Kurbanovun qorxu ssenarili oyunları: General kimdir?
16 aprel 23:03
- İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
16 aprel 19:43
- Bakıda 1 kilosu 238 MANATA gilas satılır – FOTO
16 aprel 19:08
- Sahibə Qafarova Simonyanla görüşdü - Foto
16 aprel 17:25
- Prezident və birinci xanım Türkiyəyə səfərə yollandı (FOTO)
16 aprel 15:03
- Xaricdə təhsil alan 255 nəfərin diplomu tanınmayıb
16 aprel 14:33
- İran və ABŞ arasında razılaşma mümkünsüzdür
16 aprel 13:06
- Prezidentin fərmanı icra olundu: Bu gündən ETİBARƏN...
16 aprel 12:47
