“AzTV-də Almaniyanı məhvə sürükləməməliyik” – Elçin Şıxlı
AzTV-də sədr dəyişikliyi, ixtisarlar, yeni təyinatlar, kanalın bəzi ölkələrdəki bürolarının bağlanması hazırda ölkə mətbuatında ən çox tirajlanan xəbərlərdəndir. Tanınmış ziyalılar da bu mövzuda açıqlamalar verir, AzTV-ni necə görmək istəmələri ilə bağlı fikirlərini bölüşürlər.
Çapı dayanmış “Ayna” və “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Yeniavaz.com saytının suallarını cavablandırıb.
– Elçin müəllim, AzTV ilə bağlı saytlarda yayılan məlumatları yəqin siz də izləyirsiniz. Aparılan kadr islahatları, ixtisarlar sizcə, AzTV-də nəyisə dəyişəcəkmi, necə bir dəyişiklik olmasını istəyərdiniz?
– Sözün doğrusu, mən nə dəyişilən kadrları tanıyıram, nə də təzə gələnləri. Ona görə də şəxsi müstəvidə heç nə deyə bilmərəm. Ancaq onu da söyləməliyəm ki, AzTV-də nəyinsə dəyişilməsi üçün gərək köklü dəyişikliklər olsun. Əsas da informasiyanın və ümümiyyətlə, televiziyanın fəlsəfəsində dəyişiklik olmalıdır.
– Necə bir dəyişiklik?
– İnformasiya yalan olmamalıdır, hər gün Almaniyanı məhvə sürükləməməliyik, Amerikanın bataqlığın dibində olduğunu yalandan söyləməməliyik, özümüzü İsveçrə ilə müqayisə etməməliyik. Yalan olmamalıdır, əsas budur. İnsanlara düzgün informasiya çatdırmaq lazımdır ki, onlarda maraq olsun. AzTV dövlətin televiziyasıdır, dövlətin informasiya siyasətində dəyişiklik edilməlidir. Ən ali məmurlar kütləvi informasiya vasitələrinin özü ilə deyil, informasiya ilə işləməlidirlər. Yəni tutalım Elçinlə, yaxud hansısa Pərvizlə dost olmaq, onu öz tərəfinə çəkmək lazım deyil. Dövlətin maraqlarına uyğun şəkildə informasiyanı təqdim etməyi bacarmaq lazımdır. Bunun üçün savad, həvəs, dərrakə, intellekt lazımdır. Bu olmayan yerdə AzTV-də istəyirsiniz hamını qovun, sonra yerinə təzələrini götürün, heç nə dəyişməyəcək.
– Elçin müəllim, AzTV ilə İTV-nin birləşdirilməsini təklif edənlər də var. Bu barədə siz nə düşünürsünüz?
– Əgər bu kanallar birləşəcəksə, onda ictimai yayım olmalıdır. Biz Avropa Şurasına daxil olanda onların ictimai yayımla bağlı şərtləri var – ona razılıq vermişik. Onda gərək dövlət televiziyası məfhumu ümumiyyətlə aradan qaldırılsın, ictimai yayım olsun. Mən düşünürəm ki, iki kanalı birləşdirib bir eləməyin heç bir mənası yoxdur. Azərbaycanda onsuz da kanalların sayı hətta qonşu ölkələrlə müqayisə edəndə olduqca azdır. Kanalların çox olmasının mənfi cəhəti yoxdur, sadəcə olaraq keyfiyyət olmalıdırlar. Əgər dövlət televiziyası anlayışı, məfhumu ümumiyyətlə aradan qaldırılacaqsa, onda 2 ictimai televiziyamız olsa, pis olmaz, vacib deyil ki, onları birləşdirəsiniz. Almaniyada da 2 ictimai kanal var. Onların baş xəbərləri efirə veriləndə eyni olur, amma digər verilişlər – “dəyirmi masa”lar, filmlər, proqramlar ayrı-ayrı yayımlanır.
– Elçin müəllim, sonuncu dəfə AzTV-yə nə vaxt baxmısınız?
– Ümumiyyətlə, bizim kanallara demək olar baxmıram. AzTV-yə baxmağım yadıma gəlmir. Açığı, Rusiya telekanallarına da baxa bilmirəm, çünki 2-3 ildir ancaq Ukraynanı söyürlər. Mən ancaq idman və təbiət haqqında proqramları izləyirəm. Təbii ki, xəbərlərdən xəbərim var, xəbərləri izləyirəm. Digər proqramlar isə mənim üçün maraqlı deyil. Müəyyən informasiyanı təbii ki, alıram, amma o kanalların təqdim elədiyi şəkildə yox. Belə deyək, kimisə aldatmaq olar, lakin məni informasiyanın doğru və ya yalan verilməsi nöqteyi-nəzərindən aldatmaq çətindir.
– Bəs xəbərin doğruluğu baxımından dəqiqləşdirməni necə aparırsınız?
– Bir neçə mənbədən baxırsan ki, kim nə yazır, müqayisə edib ortaq bir məxrəcə gəlirsən. Televiziyaya baxanda nə isə yeni bir şey öyrənməlisən, televiziyaya baxanda yalan yox, doğrunu bilmək istəyirsən, televiziyaya çıxarılan insanların boğazdan yuxarı danışığını və yaltaqlıq elədiyini görəndə adamın ürəyi bulanır və ona görə tez kanalı çevirirsən və yaxud televizoru söndürürsən. İnsanların böyük əksəriyyəti – o cümlədən mən də informasiyanı televiziyadan yox, sosial şəbəkələrdən alırıq. Amma onlara da tam inanmaq olmur, çünki sosial şəbəkədə informasiya ötürən adamların hamısı peşəkar jurnalistlər olmadıqları üçün bir çox hallarda şişirtmələr də olur, yanlış informasiyalar da. Tək Azərbaycanda deyil, Rusiyada və Türkiyədə də bir çox hallarda əsl peşəkarlar, sözünü düzgün demək istəyən adamlar sosial şəbəkələrə keçiblər. Sosial şəbəkədə öz sözünü deyən adamların bir qismi də peşəkar deyil. Buna görə onların dediyini də mən çox dinləyə bilmirəm. Bir-iki dəqiqə mənə kifayət edir ki, onların videolarına baxım, ya baxmayım. Vəziyyət belədir.
– Elçin müəllim, sualım bir az qəribə səslənməsin, amma istəyərdim biləm – AzTV rəhbərliyindən iş təklifi gəlsə, qəbul edərsinizmi?
– Etmərəm. Nəyə görə? Çünki mən televiziya üzrə ixtisaslaşmamışam. Mənə desəydilər kimi təklif edərsən – dostlarım, yaxınlarım olduğuna görə demirəm – Qulu Məhərrəmli və İbrahim Nəbioğlunu məsləhət görərdim. Çünki ömürlərini televiziyaya həsr ediblər və hər halda bu kanalı necə inkişaf etdirmək lazımdır, hansı istiqamətə yönəltmək lazımdır, məndən daha yaxşı biləcəklər. Mənə desələr AzTV-yə gəl, getmərəm. Ona görə ki, televiziya mütəxəssisi deyiləm, həm də bayaq dediyim əsas məsələ – əgər düzgün informasiya çatdırmaq imkanı olmayacaqsa, o yerdə mən yoxam.
- Ələkbər Salahzadənin qızı: Atamın ölümündən sonra nömrəsindən zəng gəldi,..
20 aprel 2026 15:44
- İranın vəziyyəti aqoniya halıdır, bu gündən isə… – Deputatdan FƏRQLİ baxış
7 aprel 2026 15:34
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 2026 11:11
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 2026 12:55
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- OĞLU Fəzail Ağamalını məhkəməyə verdi
24 yanvar 2026 16:15
- Tı kto takoy, Rasim Balayev? Səni adam edən mən olmuşdum – Şeyx Əbdül Mahmudovla ŞOK MÜSAHİBƏ
9 yanvar 2026 20:03
- Elçin Babayevin sevimli şirkəti - 23 milyonluq tender həmin MMC-yə verildi
5 yanvar 2026 14:03
- Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
9 dekabr 2025 20:20
- Qarakənd faciəsindən 34 il ötür
20 noyabr 2025 17:02
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
