




“Tarqovı”da hasarlanan sahə Füzuli Ələkbərovun imiş - Sabiq nazirin mülklərinin SİYAHISI
Müsahibə5 aprel 2019 11:11
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun varidatı haqda yeni məlumatlar yayılıb.
Nazir olduğu dönəmlərdə adı kifayət qədər geniş formada korrupsiyada hallanan sabiq məmur indi də dövlətə zərər vurmaqda davam edir desək, yanılmarıq. Belə ki, F.Ələkbərova və ailəsinə məxsus olan və gəlir potensialına malik əmlakların, boş torpaq sahələrinin istifadəsiz qalması, vergilərinin ödənməməsi müzakirə mövzusudur. Söhbət hansı mülk və torpaqlardan gedir?
Afn.az verdiyi məlumata görə, uzun illərdir mübahisəli ərazi kimi gündəmdə olan Bakı şəhəri, Səbail rayonu, 156-cı məhəllə, Əliyarbəyov və X.Natəvan küçələrinin kəsişməsində, Fəvvarələr meydanının yaxınlığında yerləşən boş torpaq sahəsinin məhz F.Ələkbərova məxsus olması bildirilir. Kvadrat formasını təşkil edən torpaq sahəsi ilə bağlı Bakı Şəhəri İcra Hakimiyyəti başçısının "Mehmanxana, biznes və ticarət mərkəzi binasının layihələndirilməsi” haqqında Sərəncamı var. Torpaq sahəsinə görə Əmlak məsələləri üzrə Dövlət Komitəsi ilə 45 illik icarə müqaviləsi imzalanıb.

Torpağın kadastr planı, ayrıca aktı və inşaat pasportu mövcuddur. Köhnə tikilinin yerini təşkil edən sahənin ümumi ölçüsü 0,175 ha təşkil edir.
Ərazi dayanacaq kimi fəaliyyət göstərir və araşdırmamız zamanı bizə verilən məlumata görə, vergisi verilmir. Daha əvvəllər də vurğulandığı kimi, hasarlanmış ərazinin mərkəzdə uzun illərlə qalması şəhərin arxitektura görünüşünə xələl gətirir ki, bu da Bakı kimi turizmi prioritet seçən şəhər üçün yolverilməz haldır. Hər tərəfdə qədimi binalar, yaşayış, abadlıq işləri aparılıb, amma ortada həmin ərazi hasarlanmış formada qalıb. Qeyd edək ki, tərəfimizdən bununla bağlı BŞİH-ə sorğu ünvanlanacaq. Eyni zamanda ərazidə fəaliyyət göstərən dayanacağın qanuni olub-olmaması, büdcəyə ödənişlərin edilib-edilməməsini dəqiqləşdirmək üçün Vergilər Nazirliyinə sorğu ünvanlanacaq.
F.Ələkbərova məxsus olan daha bir əmlak Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 100 ünvanında yerləşir.

Prospektin ikinci dərəcəli yolunda olan və daxilində tikili olan torpaq sahəsi hasarlanıb. Torpaq və tikinti sahələrinin Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı və texniki pasportu var. Torpaq sahəsi və tikili bina xüsusi mülkiyyətdədir. Ümumi sahəsi 0,303 ha təşkil edən torpaq sahəsində 226,3 m2 tikili mövcuddur (keçmiş "Moskva” mağazası). Su, qaz və işıqla təmin olunan və təmirə ehtiyacı olan tikili on ilə yaxındır nə tikilmir, nə də sökülüb yeri abadlaşdırılmır. Prospektdə yeni tikililər, yeni mərkəzlər yaradılsa da, orda heç bir iş getmir ki, bu da ümumi görünüşə xələl gətirir. Qeyd edək ki, H.Əliyev prospekti dövlət əhəmiyyətli magistral yol hesab olunur və uzun illərdir hasara alınmış bu ərazi ölkəmizə gələn xarici qonaqlarda heç də müsbət fikir formalşadırmır.
F.Ələkbərova məxsus Bakı şəhəri və Abşeron rayonunda yerləşən bəzi əmlakların siyahısı ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz:






Oxşar xəbərlər
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Abel Məhərrəmovdan Ramiz Mehdiyev - Açıqlaması
25 fevral 2026 12:02
- Gültəkin Hacıbəyli sərbəst buraxıldı - Yenilənib
25 fevral 2026 01:26
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Gültəkin Hacıbəylinin evində axtarış aparıldı - DTX-yə çağırıldı
24 fevral 2026 18:57
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
Xəbər lenti
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
Video & Fotoqalereya
Video
Fotoqalereya














