Dərc edilib: 05-04-2019

https://www.nuh.az/19311-.html

“Tarqovı”da hasarlanan sahə Füzuli Ələkbərovun imiş - Sabiq nazirin mülklərinin SİYAHISI

05.04.2019 11:11:47

Müsahibə
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun varidatı haqda yeni məlumatlar yayılıb.
 
Nazir olduğu dönəmlərdə adı kifayət qədər geniş formada korrupsiyada hallanan sabiq məmur indi də dövlətə zərər vurmaqda davam edir desək, yanılmarıq. Belə ki, F.Ələkbərova və ailəsinə məxsus olan və gəlir potensialına malik əmlakların, boş torpaq sahələrinin istifadəsiz qalması, vergilərinin ödənməməsi müzakirə mövzusudur. Söhbət hansı mülk və torpaqlardan gedir?

 
Torpağın kadastr planı, ayrıca aktı və inşaat pasportu mövcuddur. Köhnə tikilinin yerini təşkil edən sahənin ümumi ölçüsü 0,175 ha təşkil edir.
Ərazi dayanacaq kimi fəaliyyət göstərir və araşdırmamız zamanı bizə verilən məlumata görə, vergisi verilmir. Daha əvvəllər də vurğulandığı kimi, hasarlanmış ərazinin mərkəzdə uzun illərlə qalması şəhərin arxitektura görünüşünə xələl gətirir ki, bu da Bakı kimi turizmi prioritet seçən şəhər üçün yolverilməz haldır. Hər tərəfdə qədimi binalar, yaşayış, abadlıq işləri aparılıb, amma ortada həmin ərazi hasarlanmış formada qalıb. Qeyd edək ki, tərəfimizdən bununla bağlı BŞİH-ə sorğu ünvanlanacaq. Eyni zamanda ərazidə fəaliyyət göstərən dayanacağın qanuni olub-olmaması, büdcəyə ödənişlərin edilib-edilməməsini dəqiqləşdirmək üçün Vergilər Nazirliyinə sorğu ünvanlanacaq.
F.Ələkbərova məxsus olan daha bir əmlak Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 100 ünvanında yerləşir.
 
Prospektin ikinci dərəcəli yolunda olan və daxilində tikili olan torpaq sahəsi hasarlanıb. Torpaq və tikinti sahələrinin Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı və texniki pasportu var. Torpaq sahəsi və tikili bina xüsusi mülkiyyətdədir. Ümumi sahəsi 0,303 ha təşkil edən torpaq sahəsində 226,3 m2 tikili mövcuddur (keçmiş "Moskva” mağazası). Su, qaz və işıqla təmin olunan və təmirə ehtiyacı olan tikili on ilə yaxındır nə tikilmir, nə də sökülüb yeri abadlaşdırılmır. Prospektdə yeni tikililər, yeni mərkəzlər yaradılsa da, orda heç bir iş getmir ki, bu da ümumi görünüşə xələl gətirir. Qeyd edək ki, H.Əliyev prospekti dövlət əhəmiyyətli magistral yol hesab olunur və uzun illərdir hasara alınmış bu ərazi ölkəmizə gələn xarici qonaqlarda heç də müsbət fikir formalşadırmır.
F.Ələkbərova məxsus Bakı şəhəri və Abşeron rayonunda yerləşən bəzi əmlakların siyahısı ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz:
 





NUH informasiya agentliyi səhifəsindən çap edilib