Biz başqalarını düşünsək…

Yazımıza çox məşhur bir söhbətlə başlayırıq: “Gecə dənizdə fırtına olmuş, şahə qalxan dalğalar dəniz ulduzlarını qumlu sahilə atmışdı. Səhər tezdən yaşlı bir adam sahildə dolaşaraq dəniz ulduzlarını götürüb dənizə atırdı ki, ölməsinlər. Bu zaman bir gənc ona yaxınlaşır və kilometrlərlə uzanıb gedən qumlu sahili göstərərək deyir:
- Eh qoca, yüz minlərlə dəniz ulduzu qumların üstündə ölüb gedəcək. Sən indi üç-beşini dənizə atmaqla nə dəyişəcək?
Qoca gənci mənalı-mənalı süzür:
- Mənim üçün bir şey dəyişməsə də, bunun üçün çox şey dəyişəcək, - deyir və əlindəki dəniz ulduzunu mavi suların qoynuna atır...
Əslində, bu misalda bir çox mövzu üçün çıxış nöqtəsi var. Amma tam əminliklə deyə bilərik ki, hansı çıxış nöqtəsi olursa-olsun, hamısının tək ortaq məxrəci insanlıq, xeyirxahlıq, başqalarına fayda vermək olacaq.
Bizdə çox maraqlı, maraqlı olduğu qədər də düşündürücü bir məsəl var: “Heç kim bu dünyadan bir şey aparmayacaq”. Məsələyə dünya nemətləri baxımından yanaşsaq, hər şey doğrudur, amma daha geniş aspektdən mövzuya baxsaq, vəziyyət tam fərqli görünəcək, yəni, hər kəs bu dünyadan hər şeyini özü ilə aparacaq.
Əslində, bizim bu dünyada gördüklərimiz görə bilmədiklərimizin zərrəsi, kölgəsi qədər belə deyil. Adı ədəbiyyat tarixinə düşməyən böyük fikir adamı Səməd Mənsur deyir ki, bu dünyada gördüyün nə varsa, hamısı rəngdir. Amma nə yazıq ki, biz çox vaxt mövzuya ən bəsit, ən gərəksiz tərəfindən baxmağa adət etmişik. İndi demək istədiyimiz odur ki, “hər kəs bu dünyadan hər şeyini özü ilə aparacaq” düşüncəsi ilə yaşayanlar heç vaxt özlərini, şəxsi mənfəətlərini düşünmürlər.
Onu da deyək ki, insan üçün ən böyük qazanc Allahı düşünərək bəndələrinə yaxşılıq etməkdir. Kim həyatı yalnız ölümə qədər görürsə, təbii ki, hər şeydə öz mənfəətini düşünəcək, ancaq kim ölümün o üzünü düşünürsə, əlbəttə, hər cür fədakarlığa qatlanacaq.
Axirət inancının, yəni, öləndən sonra yenidən dirildilib hesaba çəkilmək düşüncəsinin insana aşıladığı ən mühüm xarakterik cəhətlərdən biri də başqalarının xeyri üçün çalışmaqdır. Yeri gəlmişkən onu da deyək ki, biz zəfərlə deyil, səfərlə mükəlləfik. Yəni, ola bilsin ki, başladığımız işi tamamlaya bilmədik, ya istədiyimiz nəticə əldə edilmədi. Bizim üçün mühüm olan odur ki, niyyət də, isitqamət də doğru olsun, tədbiri əldən buraxmayaq. Çünki bəzən məğlubiyyət kimi görünən hallar çox böyük zəfərlərə qapı olur.
Bütün işlər Allah rizası üçün görülsə belə, nəticə etibarilə o işin savabı yenə o işi görən şəxsin özünə qayıdır. Çünki Allah bütün xeyirxah əməllərin əvəzini, mükafatını verəcək.
Bəqərə surəsinin 272-ci ayəsində buna təminat verilir:
“Malınızdan sərf etdiyiniz hər hansı bir şeyin mənfəəti ancaq özünüz üçündür. Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz. Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödənəcək və əsla haqsızlıq görməyəcəksiniz!”
Uca Yaradan Ali İmran surəsinin 92-ci ayəsində isə möminləri mallarının ən yaxşısını Allah yolunda verməyə çağırır: “Sevdiyiniz şeylərdən haqq yolunda sərf etmədikcə savaba çatmazsınız”.
Quran əxlaqına yiyələnmiş bir mömin həmişə əliaçıq və comərd olur. O, insanların səadəti naminə bütün imkanlarını tərəddüdsüz səfərbər edir. Başqa sözlə, maddi-mənəvi yardımlaşma möminin xarakterik xüsusiyyətidir.
Ehtiyac sahibinə yardım etmək dinimizin əmridir. Allah (c.c.) Qurani-Kərimdə dəfələrlə buyurur ki, Allahın sizə verdiyindən siz də ehtiyac sahiblərinə verin. Dinimizdə yardımlaşmanın zəkat, fitrə sədəqəsi, infaq, sədəqə, borc vermə, mömin qardaşının maddi-mənəvi bir çətinliyini aradan qaldırma, yaşlı bir insanın qoluna girib yolun qarşı tərəfinə keçirmə, dostlarına kömək etmə kimi müxtəlif formaları var. Bəndələrə əl uzadana Allah da kömək edər, dar gündə dadına çatar. Peyğəmbərimiz (s.ə.s.) bu həqiqəti bir hədisində belə bəyan edir: “Kim bir bəndənin dünyəvi dərdini aradan qaldırsa, Allah da onun üxrəvi (axirət) dərdini aradan qaldırar. Kim dara düşmüş bir adamın dadına çatsa, Allah da onu dünyəvi və üxrəvi çətinliklərindən qurtarar. Bəndə bəndəyə yardım etdikcə Allah da o bəndəyə kömək edər”.
Başqalarının dərdini düşünmək, əliaçıqlıq və comərdlik etmək zənn edildiyi kimi insanın malını azaltmır, əksinə, mənəvi faydaları və savabları ilə yanaşı, maddi vəziyyətinin yaxşılaşmasına müsbət təsir göstərir. İnsan bu fəziləti ilə bir tərəfdən ictimai həyatda etibar qazanır, bir tərəfdən də canı və malı hifz olunur. Allahın rəhmət xəzinələrinin açarı sayılan comərdlik bərəkət qapılarının açılmasına, maddi və mənəvi rifaha səbəb olur. Möminin əlində-ovucunda olanı möhtaclardan əsirgəməməsi, din qardaşını öz ehtiyacından üstün tutması onun hörmət və etibarını artırır. Mömin bu fəziləti sayəsində Allaha yaxınlaşır, Uca Allah da onun ilahi dərgahdakı məqamının böyüklüyünü bəndələr arasında hiss etdirir.
Bütün cəmiyyətin səadəti və rifahı onu təşkil edən fərdlərin səadətindən və rifahından asılıdır. Yardımlaşma varlılarla kasıblar arasındakı uçurumu aradan qaldırır, onlarda bir-birinə qarşı sevgi və hörmət hissləri oyadır.
“Yerdəkilərə mərhəmət edin ki, göydəkilər də sizə mərhəmət etsinlər” müjdəsi, əslində, bu mövzuda bizə çox mətləblərdən xəbər verir.
O cəmiyyət abad olur ki, orada insanlar bir-birinin xeyrini düşünür, yaxşılıq üçün çalışırlar. Əmin olaq ki, biz başqalarını düşünsək, mütləq bizi də düşünən olacaq. Əsas olan bu həqiqətə inanmaq və bu düşüncədən gələn vəzifələri yerinə yetirməkdir.
Murad Məmmədov
- Qorxu və qisas
20 mart 2025 23:45
- 3500 dollar ilə başladı, indi Kanadada 2 şirkəti, adına 12 patent var - Ceyhun Nəcəfli kimdir?
20 avqust 2024 07:45
- Azərbaycan bu qədər dayazdır?.. - Akademik Nizami Cəfərov barəsində
6 yanvar 2024 13:41
- Dünya QUCAQLAŞMA günü
22 mart 2023 10:21
- Antibiotiklərin reseptsiz satışı qadağan edilməlidir -Professor
10 yanvar 2023 13:19
- Qloballaşma bitdi. Mədəniyyətlərin müharibəsi başladı
9 aprel 2022 10:32
- İslamdan imtina etdi, çayda boğmaq istədilər, DAHİ
19 iyun 2021 22:19
- Onu Moskvanın əlindən Heydər Əliyev də ala bilməyib
1 aprel 2021 23:33
- Qorbaçovdan ABŞ-a məsləhət
20 yanvar 2021 14:12
- “Şəhərlərimizi Paşinyanın ordusu dağıtmayıb”
18 dekabr 2020 21:13
- Tehranda 78 nəfər ölüb - Yenilənib
14 iyun 02:22
- İran ikinci İsrail döyüş təyyarəsini vurdu
14 iyun 01:34
- Bakıda tanınmış HƏKİM NARKOTACİR kimi saxlanıldı - Rəsmi
14 iyun 00:31
- Deputat ölkəyə gəmilərlə gətrilən QAÇAQMAL SİQARET-dən danışdı
14 iyun 00:17
- Komitənin 18,6 minə ofis icarəyə götürdüyü Günel Abdullayeva kimdir?
13 iyun 22:54
- TƏCİLİ! Xameneyinin iqamətgahı RAKETLƏ VURULDU
13 iyun 21:58
- Onlara necə deyəsən ki, işlətmədiyin qaza görə xərc ödəməlisən?! - Deputat Əli Məsimli
13 iyun 14:02
- AZAL-da Cəmil Manizadənin ŞƏXSİ İDARƏÇİLİK yanaşması...
13 iyun 13:34
- Paytaxt əhalisinin sayı 2 milyonu ötüb - Ən çox artım Sabunçudadır - 331 MİN NƏFƏR
13 iyun 12:20
- Milli Məclis Prezident və Birinci vitse-prezidentə məktub ünvanladı
13 iyun 11:55
- İsrail Cənubi Azərbaycanda 10 məntəqəyə zərbə endirib - Təbrizdə 3 nəfər həlak olub
13 iyun 11:48
- İlham Əliyev Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresinin iştirakçılarını təbrik edib
13 iyun 10:57
- İranın Silahlı Qüvvələrinin ÖLDÜRÜLƏN Baş Qərargah rəisi, general Məhəmməd Hüseyn Baqeri AZƏRBAYCANLIDIR...
13 iyun 10:52
- İsrail Tehranın ürəyinə raket endirdi – İran ordusunun baş komandanı öldürüldü
13 iyun 10:44
- İsrailin hücumu nəticəsində İranın 6 NÜVƏ ALİMİ ÖLDÜ
13 iyun 10:24
- Qayıdış Konsepsiyasının reallaşmasında QHT-lər kifayət qədər fəaldırlar - Deputat
13 iyun 01:53
- Mustafa Topçubaşov kimdir? - Akademik, cərrah, pedaqoq
13 iyun 00:05
- Hindistanda təyyarə qəzasında ölənlərin sayı 317, sağ qalan 1 NƏFƏR
12 iyun 23:14
- Əliyev Putini təbrik etdi
12 iyun 17:44
- Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi
12 iyun 17:13
- -Sea Breeze Özbəkistan-dan danışdılar
12 iyun 15:16
- Tısbağa uşağı öldürdü - Görün necə
12 iyun 11:57
- Azərbaycana 8 milyondan çox həşərat gətirildi: Əsas səbəb nədir?
12 iyun 11:18
- İlham Əliyev iclas iştirakçılarına müraciət etdi
12 iyun 11:05
- Alatavada həyətində sarımsaq, qatıq satırdı
12 iyun 10:31
- Qonşu ölkə azyaşlılara enerji içkisi satışını yasaqladı - bəs Azərbaycan?
12 iyun 09:44
- Bir günə MİN KİŞİ ilə CİNSİ ƏLAQƏDƏ olan aktrisa pulsuz qaldı
12 iyun 01:54
- Klinika rəhbərinin ölkədən çıxışına -stop- qoyuldu - 600 mindən çox borcu var
12 iyun 01:10
- Zelenski İLK DƏFƏ Ukraynaya səfər edən Vuçiçlə görüşdüVİDEO
12 iyun 00:41
- AZƏRBAYCANDA İŞIQ PULU BELƏ HESABLANACAQ - Yeni tarif tətbiq ediləcək
12 iyun 00:29