Q(L)AVNOkomanduyuşiy Stalin
Kriminal16 sentyabr 2019 18:45
Bəzən buraxılan adi bir səhv, yaxud kiçik bir diqqətsizlik böyük hadisəyə səbəb olur. Xüsusilə mətbuatda yol verilmiş xətanın səs-küyü, qalmaqalı daha böyük miqyas alır, bir hərfin yerində olub-olmaması ağlasığmaz hadisələrlə nəticələnir.
Adətən mətbuatda buraxılan səhvlər daha çox ictimai qınaqla üz-üzə qalır, sonralar isə hətta yumora çevrilir. Amma həmişə yox. Mətbuat tarixində elə hadisələr baş verib ki, sonda milyonlarla insan həmin hadisənin sonluğunun faciə ilə bitdiyinin canlı şahidi olublar.
Sovet dövründə də belə hadisələr az olmayıb. Azad və müstəqil mətbuatın olmadığı SSRİ-də bu sahə son dərəcə ciddi nəzarətdə saxlanılıb. Bu məqsədlə Mərkəzi Komitədən başlamış, ayrı-ayrı nazirliklərin, komitələrin, vilayət, şəhər və rayon partiya komitələrinin rəsmi orqanları olan qəzetlərə kifayət qədər böyük sayda ştat ayrılıb. Dövlətin əsas ideoloji silahlarından biri olan mətbuata dövlət öz büdcəsindən pul ayırmağa heç vaxt "xəsislik” etməyib.
Bütün bu yaradılmış şəraitə baxmayaraq qəzetləri oxuculara tam "ideal” vəziyyətdə təqdim etmək redaksiyalar üçün heç də həmişə mümkün olmayıb. Qəzetdə gedən yazılar korrektorun, müəllifin, şöbə müdirinin, məsul katibin, baş redaktor müavininin, baş redaktorun və nəhayət, məsul növbətçinin, sonda isə "qlavlit”in gözünün altından keçməsinə baxmayaraq, böyük problemlər yaradan kiçik səhvlər bəzən diqqətdən yayınıb. Bu diqqətsizliyin fəsadları isə fərqli olub, töhmət, müəyyən müddətə mükafatlardan məhrum olmaq, işdən azad edilmək və s.
Amma 1944-cü ildə "Pravda Vostoka” qəzetində buraxılmış səhv bötöv bir redaksiyanın əməkdaşlarının güllələnməsi ilə nəticələnib.

Sovet dövründə "Pravda Vostoka” qəzeti Özbəkstan Kommunist Partiyası Mərkəzi Komitəsinin, Ali Sovetin və Nazirlər Sovetinin rəsmi qəzeti olub. Qəzet 2 aprel 1917-ci ildən "Bizim qəzet” adı ilə fəaliyyətə başlayıb və rus dilində nəşr olunub. 1924-cü ildə isə adı dəyişdirilərək "Pravda Vostoka” olub.
250 min tirajla gündəlik nəşr olunan "Pravda Vostoka” qəzetində rəsmi materiallarla yanaşı, tənqidi yazılar da dərc olunub. Bu yazılardan sonra tənqid olunan "hədəf”in məsələsi müttəfiq respublikanın Mərkəzi Komitəsində müzakirəyə çıxarılıb ki, bunun da sonluğu heç də yaxşı nəticələnməyib. Məhz elə buna görə təşkilat rəhbərləri, ayrı-ayrı vəzifəli şəxslər bu qəzetin əməkdaşlarından kənar gəzməyə çalışıblar, onların hədəfinə düşməmək üçün ehtiyatla davranıblar.
Amma həmin illərdə bəlkə də heç kimin ağlına gəlməyib ki, "Pravda Vostoka” qəzeti özü hədəfə düşəcək, özü də birbaşa İosif Stalinin hədəfinə.
1944-cü ilin oktyabrında Yuqoslaviya lideri İosip Broz Tito İosif Stalinə Belqradın azad olunması münasibətilə təşəkkür məktubu göndərib. Həmin məktub SSRİ-nin bütün mətbu orqanlarında birinci səhifədə çap olunub.

O cümlədən oktyabrın 25-də "Pravda Vostoka” qəzetində də həmin məktub dərc olunub. Sırf təsadüf və diqqətsizlik nəticəsində məktubun başlığında Stalinin vəzifəsində bir hərf buraxılıb, "qlavnokomanduyuşi” (главнокома́ндующий ) sözündə L hərfi buraxılıb və söz "qavnokomanduyuşi” (гавнокома́ндующий) kimi gedib (qovno – təzək).

Səhər tezdən qəzetin abunəçilərə və satışa yayımından bir saat ötməmiş redaksiya mühasirəyə alınıb. Redaksiyanın bütün əməkdaşları həbs edilib. "NKVD” əməkdaşları iki sutka ərzində qəzetin bütün tirajını satışdan və abunəçilərdən yığmağa nail olub. Yalnız 6 nüsxə qəzet tapılmayıb. (Yazıda verilmiş qəzet şəkli də məhz həmin 6 nüsxədən biridir).
Redaksiya kollektivi haqqında qərar çıxarmaq üçün uzun-uzadı vaxt sərf olunmayıb. Bütün kollektiv sorğu-sualsız eyni maddə ilə (58-ci maddə) ittiham olunaraq ən ağır cəzaya, güllələnməyə məhkum ediliblər.
Adətən sərt və amansızlığı ilə fərqlənən Stalinin yumor hissləri, zarafatları da az olmayıb. Və o, bu cür qəzet səhvləri ilə bir neçə dəfə üzləşib. Amma insident bir az "yumşaq” və "rahat” sona çatıb, vəzifədən azad edilməklə, yaxud 5-10 il sürgünə göndərilməklə.
Hətta belə səhvlərin birinə görə Stalin redaksiyaya təşəkkür də edib. 1938-ci ildə Stalin Polşa səfiri ilə görüşündən sonra "İzvestiya” qəzetində görüşlə bağlı yazı verilib. Yazıda "Vstreça İosifa Stalina s polskim poslom” ifadəsində bir hərf "itib” və belə alınıb: "Vstreça İosifa Stalina s polskim oslom”. ("Встреча Иосифа Сталина с польским ослом”).

Stalin qəzeti oxuduqdan sonra redaksiyaya zəng vurub və xəbərdarlıq edib:
- Redaksiyanın əməkdaşlarından heç kimi cəzalandırmaq lazım deyil. Əslində məqaləni yazan düz yazıb. Polşa səfiri əsl eşşəkdir...
Amma nədənsə Stalin "Pravda Vostoka” qəzetinə heç bir güzəştə getməyib. Yəqin ki, həmin anda Ali Baş Komandanın əhvalı arzuolunan olmayıb, qəzəbini boğa bilməyib... (Musavat.com)
Oxşar xəbərlər
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 2025 19:59
- Çan Kayşinin oğlu, Leninin bacısının oğulluğu – sonda o, Tayvanın prezidenti olub
25 noyabr 2025 20:47
- Macarıstanda 1956-cı il üsyanının ildönümü: Budapeştdə siyasi qarşıdurma yenidən qızışır
25 oktyabr 2025 23:24
- Stalinin böyük xidmətini unutmamalıyıq. Stalinqrad şəhərinin adı qaytarılmalıdır –Putin
19 sentyabr 2025 00:04
- Böyük terror-un kiçik qurbanları – Stalin rejiminin düşərgələrdə məhv etdiyi körpələr
6 sentyabr 2025 14:42
- İki İosifin və iki ittifaqın intriqası – Tito dirənməsə, Moskva və London Balkanı böləcəkmiş
30 iyun 2025 16:26
- Stalindən geri qalmayan Xruşov - repressiya yarışında o da minlərlə insanı məhv edib
15 iyun 2025 00:18
- Litva və Belarusun birləşdirilməsinin faciəli sonu - xalqların -dostluğu- qırğınla bitib
6 iyun 2025 00:17
- SSRİ-dən maaş alan Estoniya prezidenti - Stalin onu aldadıb və dəlixanaya yerləşdirib
3 iyun 2025 13:57
- Qardaş qazaxların faciəsi – Stalin qırıb azaltdığı xalqın sayına görə daha bir qrup qazaxı güllələdib
31 may 2025 14:43
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
