Litva və Belarusun birləşdirilməsinin faciəli sonu - xalqların -dostluğu- qırğınla bitib
Litva müstəqilliyinin başlanğıcında bir çox sarsıntılar yaşayıb. I dünya müharibəsi illərində onu qanadları altına alan almanlar məğlubiyyətə uğradıqdan sonra gənc, kövrək dövləti tək buraxıb. Ölkə tez bir zamanda bolşeviklər tərəfindən işğal edilib və qonşu Belarusla birləşdirilərək SSRİ-nin xarici düşmənlərə qarşı qoruyucu buferi rolunu oynayıb. Lakin Lenin bu siyasəti cəmi altı ay davam edib və qanlı müharibə ilə bitib.
Almanlardan bolşeviklərə
Litvanın müstəqillik yolu ən yaxın qonşuları olan Estoniya və Latviyadan çox fərqlənib. 1917-ci ildə Rusiya imperiyası dağılanda bu iki respublika onun tərkibində qalıb, Litva isə 1917-ci ilin dekabrında müstəqilliyini elan edib. Əvvəlcə Almaniyanın protektoratı altında bir dövlət yaratmaq qərara alınıb. Bu statusu təmin etmək üçün 1918-ci il iyulun 13-də yerli dövlət şurası ölkədə konstitusiyalı monarxiyanın yaradılması və Litva krallığının tacının Vürtemberq knyazı Vilhelm fon Uraxa təqdim edilməsi barədə qərar qəbul edib.
![]()
Almanlar tacqoyma variantını tam təsdiqləyiblər, lakin yeni kralı taxta oturtmağa vaxt tapmayıblar. Layihə 1918-ci ilin noyabrında Almaniyanın dünya müharibəsini uduzmaq üzrə olduğu aydın olanda bütün aktuallığını itirib. Litvada müstəqil dövlət qurmaq cəhdləri 1918-ci ilin noyabrında, qırmızı ordu onun ərazisinə daxil olduqda və demək olar ki, dərhal ölkənin əksər hissəsini işğal etdikdə dayandırılıb.
Bolşeviklərin Baltikyanı ölkələrlə bağlı öz planları olub. Dekabrın 8-də kommunist Vintsas Mitskeviçyus-Kapsukasın başçılığı ilə Litva müvəqqəti inqilabçı fəhlə-kəndli hökuməti yaradılıb.
Bu arada qonşu Belarusda da Dmitri Jilunoviçin başçılıq etdiyi kommunist hökuməti qurulub. Bolşeviklər isə düşünüblər ki, bu iki respublikanın siyasi və iqtisadi maraqlarının ümumiliyi ilə əlaqədar olaraq, vətəndaş müharibəsinin kəskinləşməsi və xarici müdaxilə şəraitində onların müdafiə qabiliyyətini gücləndirmək üçün birləşdirilməsi faydalıdır. Artıq 27 fevral 1919-cu ildə Vilnoda (Vilnüs) Litva və Belarus mərkəzi icraiyyə komitələrinin birgə iclası keçirilib, bu iclasda vahid Litva-Belarus SSR-nin (Litbel) yaradılması elan edilib.
İmperiya ambisiyaların mübarizəsi
![]()
Litbelin aldığı ərazi ilkin olaraq Vilnüs və Minsk quberniyalarını, həmçinin Kovno və Qrodno əyalətlərinin bir hissəsini əhatə edib, lakin onun mümkün qədər genişləndirilməsi nəzərdə tutulub. Litva-Belarus SSR-də dörd milyondan çox insan yaşayıb. Yeni dövlətin işçi dilləri kimi rus, polyak və litva dili seçilib.
Leninin planına görə, yeni respublika bufer rolunu oynamalı və SSRİ ilə Polşa arasında açıq müharibənin qarşısını almalı olub. Hökumətə kommunistlərin başçlıqı etməsi Litvadakı burjua tərəfdarlarına sərf etməyib. Məsələ ondadır ki, bolşeviklər təsadüfən Litva vətənpərvərlərinin Böyük Hersoqluğun dirçəldilməsi ilə bağlı arzusunu həyata keçiriblər. Onlar artıq Ukraynanın ilhaqı haqda düşünməyə başlayıblar.
1919-cu ilin martında alman qarnizonlarının dəstəyi ilə Litva Tarıbasının (Litva Şurasının) qoşunları Litbelə qarşı hərbi əməliyyatlara başlayıb və 1919-cu ilin aprelində Edvard Rıdz-Smiqlinin komandanlığı altında Polşa ordusu onlara qoşulub.
Aprelin 8-də Litbeldə rəsmi olaraq hərbi vəziyyət elan edilib. Tarixçi Valeri İvanov yazır ki, Polşa legionerləri Vilnüsə yaxınlaşan kimi qırmızı ordunun güclü müqaviməti ilə qarşılaşıblar. Lakin Varşava Vilnüsdə çoxlu polyak icmasının olmasından faydalanıb.
Polşa qırğını
![]()
1919-cu il aprelin 19-da Polşa ordusu Vilnüsü tutub. Həmin gün respublikada tam hakimiyyətə malik olan Litbelin müdafiə şurası yaradılıb. Buraya Vintsas Mitskeviçyus-Kapsukas, Moisey Kalmanoviç, İosif Unşlixt, sonradan Yevgeniya Boş, Vilhelm Knorin və Kazimir Tsixovski daxil olub.
Şahidlərin dediyinə görə, sürətlə irəliləyən Polşa əsgərlərinin arxasında qanlı iz qalıb. Onlar insanları qarət ediblər, tikanlı məftillərlə döyüblər, yalan etiraflar almaq üçün isti dəmirlə damğalayıblar. Digər hadisə, general Lisovskinin (Litvadakı işçi qrupunun komandiri) iştirakı ilə bir uşaq, guya xoşagəlməz şəkildə gülümsədiyinə görə güllələnib. Polşanın gələcək xarici işlər naziri Jozef Bek həmin günlər barədə danışarkən deyib:
“Kəndlərdə biz hamını öldürürdük və ən kiçik bir səmimiyyətsizlik əlaməti olanda hər şeyi yandırırdıq. Mən şəxsən tüfəngin qundağı ilə işləyirdim”.
Belarus Pinskinin tutulmasından sonra Polşa qarnizonunun komendantı dua etmək üçün gələn 40-a yaxın yəhudinin məhkəməsiz və istintaqsız edam edilməsini əmr edib. Xəstəxananın tibb işçiləri həbs edilib, bir neçə mühafizəçi güllələnib.
![]()
Vilnonun tutulması yerli əhalinin həbsi, konsentrasiya düşərgələrinə göndərilməsi, məhkəməsiz edamlar, o cümlədən qocalar, qadınlar, uşaqlar, yəhudi qırğınları və kütləvi quldurluqlarla müşayiət olunub.
Stalinin səfəri
Litbel rəhbərliyi Minskə köçüb və iyulun 19-da bütün işlərin Minsk quberniya inqilabi hərbi komissarlığına verilməsi haqqında qərar qəbul edib. Xarici vəziyyət getdikcə pisləşib və yerli FK (rusca ÇK) “daxili düşmənlərə” qarşı repressiyaları artırmaqla polyaklarla müharibədəki uğursuzluqları kompensasiya etməyə çalışıb.
1919-cu ilin iyulunda az tanınan siyasətçi, inqilabi hərbi şuranın üzvü İosif Stalin Moskvadan təyinatla Minskə gəlib. Vəziyyətlə yerindəcə tanış olduqdan sonra o, Leninə teleqram vurub:
“Mən hökumətin və Minsk müdafiə şurasının tamamilə faydasız olduğunu, onların buraxılmasının və üzvlərinin cəbhənin orqanlarına daxil olmasının zəruriliyini bildirirəm”. Cəbhəni ziyarət edən Stalin Minskin daha saxlanıla bilməyəcəyi qənaətinə gəlib və onun getməsindən 11 gün sonra, avqustun 8-də şəhər təslim olub. Bu, Litva-Belarus SSR-in tarixinin sonunu gətirib.
II dünya müharibəsindən əvvəl sovet hakimiyyəti Litvaya qayıtmayıb. Lakin bolşeviklərdən azad edilmiş gənc Litva Respublikasında həyat sakit olmayıb. Vilnüs və ətraf ərazilərdə polyaklar Mərkəzi Litva adlı öz marionet dövlətlərini yaradıblar. 1922-ci ilə qədər mövcud olan “dövlət” sonradan Polşanın bir hissəsinə çevrilib. Bu torpaqların bir hissəsi Vilnüslə birlikdə 1939-cu ildə Stalin tərəfindən Litvaya qaytarılıb.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 2026 13:55
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 2026 11:22
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Prezident daha bir qəbul keçirdi - Fotolar
9 fevral 2026 14:26
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Əkrəm Əylisli sükutu pozdu: Anarla görüşümün heç bir əhəmiyyəti yoxdur - MÜSAHİBƏ
28 yanvar 2026 14:18
- Azərbaycan xaricdən BİRİ 8658 MANATA İNƏKLƏR ALIB
27 yanvar 2026 12:29
- 1799-cu ildə Suvorov Alpları niyə aşmışdı? - Rusiyanın köləlik naminə qanlı savaşları
10 yanvar 2026 11:21
- Rza Pəhləvidən İrana açıq çağırış: Molla rejiminin sonu yaxındır
1 yanvar 2026 20:22
- Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
31 dekabr 2025 10:10
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
