SAKURA BUDAĞI, Vilnüs universiteti və...AYDIN bəyin yaratdığı VEYSƏLOĞLU
“Sakura budağı”, Vilnüs universiteti və...Aydın bəyin yaratdığı “Veysəloğlu”
Bir neçə gün öncə oxuduğum 2-3 cümləlik qısa xəbər məni az qala 50 il geriyə, tələbəlik illərimə ( 1977-1982 ) qaytardı. Bəlkə də bu xəbər başqaları üçün adi görünə bilər. Amma məni çox dərindən təsirləndirdi...
Xəbərə keçməzdən öncə...
İlk dəfə tələbəlik illərimdə məşhur sovet jurnalisti Vsevolod Ovçinnikovun (səhv etmirəmsə, SSRİ-nin Yaponiyadakı səfirliyində işləyib) “Sakura budağı” kitabını oxuyanda heyrətə gəlmişdim. Məni kitabda təsvir edilən bənzərsiz yapon estetikası (simmetriya deyil, antisimmetriya), yapon fəlsəfəsi, yapon həyat tərzindən çox, oxuduğum bir məlumat heyrətə salmışdı. Müəllif yazırdı ki, Yaponiyada fəaliyyət göstərən böyük şirkətlərin sahibləri öz əməkdaşlarına, işçilərinə bir ailənin üzvləri kimi yanaşırlar. Nəinki əməkdaşların, hətta onların övladlarının, ailələrinin də birgə gəzintisini təşkil edir, istirahət və dincəlməsinin qayğısına qalaraq şirkətdə bir AİLƏ atmosferi, ab-havası yaradırlar.
İkinci belə bir hal 1981-82-ci illərdə Litva SSR-də, Kapsukas adına Vilnüs Dövlət Universitetində ( riyaziyyat fakültəsində ) olarkən baş vermişdi. Universitetin yataqxanasında qalırdım. Baxmayaraq ki, əvvəl və sonra Moskva Dövlət Universitetində, Belorusiyada Minsk Dövlət Universitetində, Çernışevski adına Saratov Dövlət Universitetində və s illərlə stajyor olmuşam.
Amma Vilnüsdə gördüklərimə o təhsil müəssisələrinin heç birində rast gəlməmişəm.
Təsəvvür edirsiz, eyni dövlətin tərkibində (SSRİ), eyni rejimdə yaşadığımız halda, FƏRQ nə səviyyədə idi!...
Vilnüs Universitetində gördüklərim həqiqətən məni heyrətə gətirmişdi.
Səhər birinci mərtəbədə hamı, hətta universitetin rektoru da liftə minmək üçün dayanıb öz növbəsini gözləyir. Universitetdə müəllim və tələbələr arasında olduqca səmimi, sadə münasibətlər var. Heç bir təhsil ocağında rast gəlmədiyim, az qala ideal bir vəziyyət.
Axı biz vahid bir məkanda, eyni dövlətdə yaşayırdıq, bəs bu boyda FƏRQİN səbəbi nədədir..?
Sonrakı illərdə ( 1985-ci illər ) Bakıda Dövlət Komitəsinin yeni istifadəyə verilmiş müasir binasında çalışarkən bambaşqa bir FƏRQ-in şahidi oldum.İlk gündən rəhbərlik hər gün məni başa salmağa çalışırdı ki, Dövlət Komitəsinin Sədri ( Xalid Qadjiyeviç- allah rəhmət eləsin ) yuxarı mərtəbədən aşağı düşəndə biz işçilər 1-ci mərtəbədə farağat vəziyyətində dayanıb onu gözləməliyik, salam verməliyik və ancaq o, düşüb gedəndən sonra biz yuxarı qalxa bilərik...
Lənət şeytana, yenə bu boyda fərq olmaz ee...
Axı, biz eyni dövlətdə, eyni sistemdə, eyni rejimdə yaşayırdıq...
Nə isə, bu uzun-uzadı girişdən sonra qayıdaq, yazının əvvəlində qeyd etdiyim və məni heyrətləndirən 2-3 cümləlik xırda xəbərə...
Deməli, məni təsirləndirən xəbərdə şəhid anası qeyd edir ki, gənc oğlu müharibədən öncə 10 ay “Veysəloğu” şirkətlər qrupunda mühafizəçi işləyib. Sonra müharibəyə gedərək şəhid olub. Və bu günədək “Veysəloğlu” şirkəti hər ay şəhid oğlumun maaşını onun kartına köçürür, üstəlik hər bayramda oğlumun və ailəmizin bayram payını göndərir. Elə bilirəm oğlum hələ də orada işləyir...
Bax, məni heyrətə gətirən, ürəkdən sevindirən, qürurlandıran və 50 il geriyə qaytarıb "Sakura budağı"nı, Vilnüs universitetini yada salan da bu xırda xəbər oldu.
Niyə ?
Bir daha deyirəm bu xəbər başqaları üçün adi, sıradan bir xəbər ola bilər və “Əşi, bir gül ilə bahar olmaz” deyənlər də olacaq.
Amma mən illər boyu, on illər həsrətlə gözləmişəm, içimdə bir qibtə hissi olub ki, kaş bizdə də belə olaydı, bizim cəmiyyətimizdə də AZ da olsa, belə NÜMUNƏLƏR, ÖRNƏKLƏR olaydı.
Böyük M.F.Axundov əbəs yerə demirdi ki, MOİZƏ oxumaqla cəmiyyət düzəlməz, cəmiyyətin düzəlməsi üçün ona az da olsa, NÜMUNƏLƏR, ÖRNƏKLƏR lazımdır.
Mən də başa düşürəm, bir gül ilə bahar, bir şam ilə gündüz olmaz.
Amma...qaranlıq otaqla barmaq boyda bir şamın yandığı otaq fərqli məkanlardır. Birində göz gözü görmür, adam özünü kor kimi aparır, o birində isə heç olmasa sağ, sol, ön, arxa məlumdur. Və bir gül özü də panoramanı, mənzərəni dəyişir.
Həm də və ən ƏSASI belə NÜMUNƏLƏR olmayanda hamı düşünür ki, elə belə də olmalıdır və cəmiyyət anormallıqlara alışır və bu yaşam tərzinə-normaya çevrilir.
Ona görə də, heç olmasa bu az sayda NÜMUNƏLƏRİ qorumalıyıq. Bu yazını yazmaqda məqsədim odur ki, gəlin, “Veysəloğlu” kimi az sayda NÜMUNƏ-lərin qədrini bilək və ən əsası onları qoruyaq.
Mən bilirəm ki, “Veysəloğlu”nun qurucusu, hörmətli Aydın Veysəloğlu tez-tez ali məktəblərdə olur, tələbə-müəllim heyəti ilə görüşür, tələbələrə dəstək olur, gənclərə məsləhətlərini verir. Yəni yuxarıda dediyim xəbər İLK deyil. Ancaq şəhid anasının dedikləri sanki məni daşırdı və bu yazı ortya çıxdı.
Yazının sonunda heç kimə dərs keçmədən, moizə oxumadan üzümü həmvətənlərimə tutub bir az şablon səslənsə də deyirəm ki, gəlin, qorumağı öyrənək.
Mən şəxsən bir Azərbaycan vətəndaşı, sıradan bir yazı-pozu adamı olaraq mənə yaşatdıqları sevinc, fərəh, qürur hisslərinə görə, Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Veysəloğluna və onun kollektivinə dərin təşəkkürümü bildirirəm.
Kamran Məhərrəmli
- ETİMADIN SƏSSİZ DİLİ.... - Qəvami Sadıqbəyli
9 may 2026 00:29
- Xəlil Göyüşov camış əti aşkarlanan RAMİN -NURun adını dəyişdi (FOTO)
8 may 2026 16:05
- Komedixana bu obrazla rekord qırdı - Bığlı gözəl KİMDİR? - FOTO
7 may 2026 20:41
- Məleykə Abbaszadə ilə ekspertlərin qovğası QIZIŞDI
7 may 2026 20:22
- Etibar Məmmədov rəsmi Bakının qərarını bəyənmədi
7 may 2026 16:39
- Kurbanovlar =klanının= yeni qurbanları: Leyla Medical Center və… — Cinayətkar şəbəkənin ən fəalı haqqında yazdıqlarımızın doğruluğu rəsmən təsdiqləndi
6 may 2026 15:30
- Azərbaycan-İtaliya dostluğu fundamental xarakter daşıyır
5 may 2026 12:41
- Gecələr dözülməz olan SƏS - Binada yaşamaq mümkün deyil
4 may 2026 23:10
- İlham Əliyev Nikol Paşinyanı təbrik etdi
4 may 2026 14:42
- 15 yaşlı oğlan əmisinə hücum edən canavarı öldürdü
3 may 2026 18:36
- İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli sakinləri ilə görüşdülər
09 may 18:45
- Cinsini dəyişdirən türk MƏŞHURLAR
09 may 16:22
- QAZ ehtiyatına görə dünyanın ən böyük 10 dövləti –SİYAHI
09 may 15:58
- Əli Kərimlinin atası vəfat etdi
09 may 15:38
- Prezident və birinci xanım Cəbrayıla səfər etdi
09 may 15:28
- DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi
09 may 14:09
- Dünən həbs edilən Fidanı bu gün məhkəmə azad etdi - Foto
09 may 13:07
- Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər - Fotolar
09 may 12:05
- Bakı nefti olmasaydı, faşizm üzərində qələbə də olmazdı
09 may 11:52
- Cavanşir Feyziyev: Heydər Əliyev bütün ömrünü Azərbaycan xalqının taleyini dəyişmək amalı ilə yaşayıb
09 may 11:44
- Dünyanın siyasi xəritəsini dəyişəcək plan – Kanada Avropaya birləşir
09 may 11:29
- Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım etdi
09 may 11:06
- ETİMADIN SƏSSİZ DİLİ.... - Qəvami Sadıqbəyli
09 may 00:29
- Bu gün faşizm üzərində qələbənin ildönümüdür
09 may 00:20
- Fidan Abbasovanın ANASI Baş prokurora və DİN rəhbərinə müraciət etdi
08 may 23:04
- Ərəblər niyə sağdan sola, biz isə soldan sağa yazırıq: Maraqlı faktlar
08 may 22:43
- 14 ildir işlədiyim KİTABXANAÇI vəzifəsində qalmağım üçün 2500 manat istədi - Açıqlama
08 may 18:54
- Nazir bu instituta direktor təyin etdi
08 may 18:41
- Xəlil Göyüşov camış əti aşkarlanan RAMİN -NURun adını dəyişdi (FOTO)
08 may 16:04
- AMİP lideri Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: Dolabda dollar PAÇKALARI vardı
08 may 14:25
- Ədliyyə Nazirliyi yanında İctimai şuranın yaradılmasının 1 ili tamam oldu
08 may 13:16
- İlham Əliyev Roma Papasına məktub göndərdi
08 may 13:06
- Azərbaycan-İtaliya: Qarşılıqlı etimada və strateji maraqlara əsaslanan tərəfdaşlıq modeli - Cavanşir Feyziyev yazır
08 may 13:01
- Xanlar Vəliyevin qızı bu vəzifəyə təyin edildi
08 may 11:17
- Dünyanın ən sağlam ədviyyatı seçildi — Zəncəfil deyil
08 may 11:08
- Bu gün işdən 1 saat tez çıxacağıq - 9, 10, 11 may tarixləri istirahət günləridir.
08 may 10:46
- Sirus Təbrizliyə həsr edilən -Kəramət Mücahidi- adlı kitabın təqdimatı keçirildi
08 may 01:04
- Akif İslamzadə infarkt keçirdi - Xəstəxanadadır
08 may 00:44
- Putinin KARİKATURASINI çəkən RƏSSAM həbsxanada ÖLDÜ
08 may 00:05
- Prezidentin mükafatlandırdığı 86 yaşlı xalq artisti : Xoş xəbəri eşidəndə namaz üstündə idim, qonaqlıq verəcəm
07 may 23:07
