Quzey Güneyə hazırmı?
Maraqlı24 noyabr 2019 21:18
Anar Əsədli
Son dövrlər mətbuatda və sosial şəbəkələrdə iki rüzgar əsir. Birincisi İran, ikincisi Rusiya. Nə baş verir.? İrandakı proses ölkədə benzinin bahlaşması dolayısı ilə iqtisadi problemlərin ağuşunda başlasa da bizi hər zamankı kimi rahatsız edən məsələ oradakı torpaqlarımız və soyadaşlarımızdır. Bu gün Quzey Azərbaycan mediasında və ictimai fikr arenasında İranda baş verən hadisələr haqqında ziddiyətli yorumlara rast gəlirik. Bu analizlərin bir çoxu Azərbaycanın birləşməsi ilə bağlı ümidlərlə doludur. Başqa bir tərəfdən isə biz bu yorumlarda birləşmə necə olmalıdır və olması mümkündürmü kimi qorxu və həyəcanlara rast gəlirik. Doğru olaraq bəzi siyasi analizçilərimiz və intellektuallarımız tarixdən dərs götürməyi, bizdən öncə birləşmiş xalqlar və dövlətlərin təcrübəsindən yararlanmağı tövsiyyə edirlər. Doğrudur, labüddür, amma ilk öncə məsələnin ideoloji aspektdən işlənməsi vacibdir. Bugünki yazımın və düşüncələrimin əsas qayəsi məhz bu məsələlərə ideoloji aspektdən baxış sərgiləmək və milli kimlik məsələsinin üzərində düşünməkdir. Öncə Bütöv Azərbaycan fikrinin müasir dövrümüzdəki qısa tarixinə nəzər yetirək.
Bütöv Azərbaycan ideyası xalq hərəkatı dönəmindən başlasa da 1998-ci ildə siyasi-ideoloji və təşkilati formada cəmiyyətə təqdim olundu. Bütöv Azərbaycan Birliyinin hər şənbə günü ideoloji təbliğat məqsədi ilə təşkil etdiyi tədbirlər güclü siyasi tərbiyəvi əhəmiyyət daşıyırdı. Saf, millətçi gənclər ilk addımlarını düzgün siyasi kursla atırdılar. Azərbaycanda nəinki İran, heç bir yad qüvvə və dövlət ideoloji baxımdan at oynada bilməzdi. Bu təşkilatın üzvləri olan gənclər təşkilatları Güneydə baş verən ən kiçik hadisə ilə baglı az qala hər həftə İran səfirliyinin önündə etiraz aksiyaları, piketlər keçirirdilər. Iran səfirliyinin əməkdaşları bəlkə də onların hər birini şəxsən tanıyırdı.
Lakin son illər Cənubi Azərbaycanda baş verən güclü siyasi təlatümlərə baxmayaraq bizim burdakı susqunluğumuz açıq-aşkar sezilir. Deyə bilərsiniz ki, maddi çətinliklər və gündəlik problemlərimiz, məişət qayğıları Güney məsələsin arxa plana çəkir.
Amma bu gün yaşanan maddi imkansızlıq və sair problemlər 2000-lərdə də vardı. Onda da müxalifət gül-çiçək içində bəslənmirdi. Fərq onda idi ki, o zaman insanların içində böyük bir inam yaşayırdı. Bu inamın hədəfi bir idi: apardığımız dava - millət və vətən üçündür. İdeoloji cəhətdən sarsılmaz, böyük elektorat mövcud idi. İnsanlar toplanmaq üçün çağırış gözləmirdilər, çünki hər an liderinin yanında və hazır idilər.
Davalarını sevirdilər.
Davalarına inanırdılar.
Bu fədakar insanlar inanırdılar ki, lider hər zaman millətin mənafeyini qoruyur. Elçibəy bu tələblərə cavab verirdi. O, milyonları özünə inandırmışdı. Bu, cəmiyyəti radikal çıxışlardan qoruyurdu. Məhz, bu səbəbdən Azərbaycanda heç bir radikal dini qurum meydan sulaya bilmirdi.
Lakin bu gün nəinki ideoloji boşluq var, həm də regionda böyük bir çaxnaşma yaranıb. Güney Azərbaycan artıq mexanizmi işə düşmüş bombaya bənzəyir.
Quzeydə isə meydan boş qalıb...
Halbuki meydanda intellektuallara daha çox ehtiyac var. Bütöv Azərbaycan davasına liderlik baxımından Elçibəydən sonrakı boşluğu bəlkə də heç kim doldura bilməz. Bunu sağlığında Elçibəy özü də yaxşı başa düşürdü. Odur ki, bütün ümidlərini intellektual gəncliyə bağlamışdı. Çünki cəmiyyətdə gedən bütün proseslərin avanqardı, adətən, intellektuallar və gənclik olur. Bu gün quzey Azərbaycanın ən ciddi problemlərindən biri gəncliyimizin həm də milli kimliklə bağlı bilgilərinin yetərincə olmamasıdır. Düşünürəm ki, bugünkü ideoloji boşluğu da intellektual təbəqə yığışıb doldura bilər.
Bilməliyik ki, tarixin axışından asılı olaraq siyasi hadisələr və hətta hakimiyyətlər tez-tez dəyişə bilər. Lakin bir dövlətin var olması, bir millətin özünü ifadə etməsi üçün mütləq milli fikir olmalıdır. Ruslar iki əsrdir millətimizə yaşatıqları bütün faciələrə baxmayaraq Azərbaycanda ona görə milli kimliyə qarşı çıxa bilmədilər ki, sovet hakimiyyəti qurulanda artıq müsavatçılıq ideologiya kimi ortada idi. Azərbaycanda bütün dövrlərdə milli kimliyin itməyinə səbəb olacaq faktorlarla mübarizə aparan fikir adamları olub.
Məsələn, iki əsr bundan əvvələ qədər milli kimliyin itməsinə səbəb kimi islam ümməti faktoru var idi və o zaman ziyalılarımızın yenmək və milli kimliklə qarşı-qarşıya qoymaq istədiyi məsələ, məhz, bu idi. Axundovun, Zərdabinin başlatdıqları və öz dövrünə görə qəhrəmanlıq sayılacaq işlər Azərbaycanda türk milli kimliyini ümmətə qarşı qoya bildi.
Örnək olaraq Cümhuriyyətimizdən sitat gətirəlim. Cümhuriyyətin ən böyük nailiyyətlərindən biri həm də o idi ki, ürəklərə azadlıq sevgisini səpə bilmişdi və uğrunda öləcək neçə-neçə ziyalı yetişdirmişdi qısa müddətdə.
Hüseyn Cavidlərin, Əhməd Cavadların, Mikayıl Müşfiqlərin, Güntəkinlərin və başqa repressiya qurbanlarının həyatları heç də göründüyü kimi hədər getmədi. Onlar ölümləri ilə türk milli kimliyini qorudular.
Bütün bu sadaladıqlarımız onunla nəticələndi ki, XX əsrin sonunda azadlıq ideologiyası yenidən vüsət tapdı və onu gizli-gizli yaşadanlar açıq-aşkar meydana gətirdilər. Demək ki, fikir ölməyibmiş. Məhz Böyük Fikirlər yaşadığı üçün Elçibəy və onun həmfikirləri, təməli XX əsrin əvvəllərində qoyulmuş o böyük fikrin – müasirləşməklə milli kimliyin qorunmasının bir arada olması - vacibliyini çox gözəl başa düşürdülər. Başladıqları yol da, məhz, buna söykənirdi: demokratiya və milli azadlıq. Onlar yaxşı başa düşürdülər ki, bir millətin var olması üçün hər iki fikrin bir arada gerçəkləşməsi labüddür.
Fikir olmadan əməl də olmur.
Və unutmamalıyıq ki, millət sevdası olmayan yerdə azadlıq və demokratiya fikri də irreal görünür.
Və biz bu gün bizim üçün açılmış Bütöv, Demokratik Azərbaycan Yolunda meydanı boş buraxmamalıyıq. Yoxsa nəinki İran və Rusiya, hər tərəfdən fırtınalar əsəcək... Davasından çəkilmiş intellektuallar, Böyük və Bütov Dövlətimiz naminə meydan sizi və gəncləri gözləyir...
Oxşar xəbərlər
- Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
13 avqust 2025 13:06
- Azərbaycanda yeni bələdiyyələr yaradıldı - Siyahı
25 noyabr 2024 15:44
- İbn Sinanın dəfn edildiyi, Azərbaycanın ən qədim paytaxtı olmuş şəhər
28 iyul 2024 12:37
- Çöhrəqanlı güneyli qızların başını qırxdırırdı....
9 iyul 2023 19:01
- “Belə İslam yoxdur, olmayıb, olmur!”
7 fevral 2023 21:31
- “Nə həbsdən qorxuram, nə ölümdən çəkinirəm”
9 dekabr 2022 10:58
- Əmir Teymurun başına bəla olan Azərbaycan şahı - Video
11 may 2021 12:32
- “42 il Azərbaycanın qurtuluşu uğrunda çalışdı”
21 fevral 2021 12:32
- Dünyada universitetlər necə inkişaf edir? - Böyükağa Mikayıllı - MÜSAHİBƏ
25 aprel 2020 13:57
- Bu xəstəxanalar pulsuz oldu (SİYAHI)
21 yanvar 2020 17:15
Xəbər lenti
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
Video & Fotoqalereya
Video
Fotoqalereya
