Cümşüd Nuriyev üzr istədi
Xəbər verdiyimiz kimi, sabiq deputat Cümşüd Nuriyevin AzTV-nin “Əsas məsələ” verilişində vaxtilə cəbhəyə getmiş qadınları təhqir etməsi, ictimaiyyətdə böyük qəzəblə qarşılanıb. Qazi qadınlar, tanınmış ictiamiyyət nümayəndələri məsələyə öz sərt mövqe bildirib.
"Qafqazinfo" xəbər verir ki, məsələ ilə bağlı Musavat.com-a danışan sabiq sabiq deputat məsələyə aydınlıq gətirib. “Mənim dediklərim kontekstdən çıxarılıb. Diqqət etsəz görərsiz ki, mən konkret olaraq parlamentə hücum edən qadın dəstəsindən söz açmışam. Hücum edənlər Xanım Xəlilovanın qadın dəstəsindən olanlar idi. Bunu başqa kontekstə salmaq boş söhbətdir. Mən özüm müharibə veteranıyam. Müharibə veteranı heç vaxt döyüşlərdə iştirak edən qadına, ümumiyyətlə Azərbaycan qadınına artıq bir söz deməz. Hələ indiyə qədər döyüşlərdə iştirak edən qadınlar barəsində mənim bir dənə də olsun, mənfi fikrim olmayıb. Amma Xanım Xəlilovanın məhz həmin dəstəsindən olan qadınlar bizi təhqir edir, kişi söyüşləri söyürdülər. Söhbət bundan gedir. İndi kimlərsə özlərinə sərf edən kontekstdə çıxardıb. Hələ ağlımı o qədər itirməmişəm ki, səfeh fikirləri gündəmə gətirim”, - deyə Cümşüd Nuriyev bildirib. Sabiq deputat hüquq müdafiəçisi Novella Cəfəroğlunun ona qarşı səsləndiridyi sərt fikirlərə də münasibət bildirib: “Bu cür xırda şeyləri böyütməsinlər. Bir daha qeyd edirəm ki, söhbət mayın 15-də parlamentin şüşələrini sındıran, içəri girib deputatları kişi söyüşü ilə söyüb, onların qalstuklarından dartıb, yaxasını cıran bir neçə qadından söhbət gedir. Onların arasında bir dənə də olsun, ziyalı yox idi. Özünə hörmət edən qadın heç vaxt kişi söyüşü söyməz. Həmin qadınların ikisi Kənd Təsərrüfatı Nazirliyində mənim işçim olub. Həmin qadınların əlindən hər kəs dad edirdilər. İndi məsələni bu kontekstə çəkmək alınmayacaq. Dünya dağılsa da mən qazi qadınlar haqqında o cür ifadələr səsləndirmərəm. Azərbaycan qadınına, xüsusən də ziyalılara mənim böyük hörmətim var. Bir daha xatırladıram ki, özüm Qarabağ müharibəsi veteranıyam. Biz çalışırdıq ki, yanımızdakı qadınları, ana-bacılarımızı qoruyaq. Biz onlarla həm qürur duyurduq, həm də daha qeyrətlə vuruşurduq”. Cümşüd Nuriyev müsahibəsindəki “ərsiz qadınlar” ifadəsinə də aydınlıq gətirib: “Danmıram, ərsiz qadın ifadəsini işlətmişəm. Bunu da ona görə demişdim ki, həmin qadınların yiyələri, ərləri yox idi deyə, onlara dur deyən olmadı. Söhbət yalnız həmin qadınlardan gedir. Ona qalsa, indi Azərbaycanın yarısı boşanıb. Mən o mənada deməmişəm.Əgər ifadələrim döyüşdə iştirak edən qadınların xətrinə dəyibsə, mən üzr istəyirəm".
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 2025 12:22
- Gədəbəydə ŞOK: müəllim siqaretə görə HƏBS OLUNDU
11 oktyabr 2025 20:31
- MTN generalı azadlığa çıxdı – Mövlam Şıxəliyevlə eyni gündə qandallanmışdı
11 oktyabr 2025 10:17
- Təcili! Putin AZAL faciəsinə görə Azərbaycan Prezidentindən üzr istədi
9 oktyabr 2025 15:59
- Rəsmilər Zəfər abidəsini ziyarət edir - Fotolar
27 sentyabr 2025 10:48
- İlin sonunadək amnistiya gözlənilir ?
6 sentyabr 2025 14:49
- DÇ-2026: Azərbaycan millisi 4 : 0 uduzur (YENİLƏNİR)
6 sentyabr 2025 00:21
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
3 sentyabr 2025 15:05
- İlham Əliyev və xanımı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
4 avqust 2025 23:15
- 410 kilonu qaldırmaq istədi, GÖÖZÜ PARTLADI...
2 avqust 2025 09:46
- AZADLIQ AŞIĞI da DANIŞDI: Ramiz Mehdiyev bağda mənə BİR DƏFƏ...)) lmir...
30 oktyabr 11:52
- DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı SAXLANILDI
30 oktyabr 11:32
- NAR-ın Çoox Şanslı lotereyasının ilk avtomobil qalibi sükan arxasında
30 oktyabr 11:26
- Ramiz Mehdiyevə verilən fəxri adlar, ordenlər silindi - Foto
30 oktyabr 10:36
- Qubaya 10 sm qar yağdı (VİDEO)
30 oktyabr 10:17
- BAKCELL bu gün Zeekr 001 hədiyyə edəcək - Son saatlar!
30 oktyabr 00:42
- Prezident İlham Əliyev Rumıniya Senatının sədrini qəbul etdi (FOTO)
29 oktyabr 23:20
- Tamilla Əliyeva AQTA-da məsul vəzifəyə təyin edilib (AÇIQLAMA)
29 oktyabr 22:32
- İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
29 oktyabr 14:08
- TƏBİB-in rəhbərliyi Gülnarə Muxtarovanın cəmiyyətimizə yüksək xidmətlərini nəzərə alacaqdır...
29 oktyabr 13:57
- Vaşinqtonda Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşəcək
29 oktyabr 11:24
- Bir qrup var, istədiyini edir, insanları soymaqla məşğuldur... - Videomüsahibə
29 oktyabr 10:59
- General Mirzəyev 9 il azadlıqdan məhrum edildi
29 oktyabr 02:12
- Oğuz qoluna aid türk dilləri: qədim tayfalardan müasir xalqlara uzanan mədəni zəncir
29 oktyabr 01:19
- Türkiyə Cümhuriyyətinin qurulmasının 102 illiyidir
29 oktyabr 00:21
- İlham Əliyev Ərdoğanı TƏBRİK ETDİ
28 oktyabr 21:58
- Dünyada ilk müsəlman qadın deputat - Pəri xanım Sofiyeva KİMDİR...
28 oktyabr 21:32
- Prezident Horovlu kəndinin AÇILIŞINDA
28 oktyabr 15:15
- Bu gün QAÇAQ SƏFİRƏ-nin yaxın adamının məhkəməsidir
28 oktyabr 13:32
- Fəzail Ağamalının gizlətdiyi OĞLU üzə çıxdı – BU ÖLKƏDƏ YAŞAYIRMIŞ
28 oktyabr 13:03
- Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin büstü qoyuldu - Fotolar
28 oktyabr 11:48
- Prezident Sabirabada səfər etdi (FOTO)
28 oktyabr 11:20
- Dünyada 3 paytaxtı və 12 RƏSMİ DİLİ olan yeganə ölkə
28 oktyabr 02:48
- Pezeşkian və Hatəmidən eyni mesaj - Neft var, inkişaf yox...
28 oktyabr 01:51
- 15 il əvvəl Xaçmazda sahibkarı Ramiz Mehdiyevin şəbəkəsi QƏTLƏ YETİRİB ? öldürülən
28 oktyabr 00:08
- Boz kardinal məktubunda nə yazıb? - Azərbaycanca tərcüməsi
27 oktyabr 23:10
- NAR-a yeni baş icraçı direktor təyin olundu
27 oktyabr 22:44
- Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxdı (FOTO)
27 oktyabr 21:45
- Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar
27 oktyabr 21:37
- Allahşükür Paşazadə Vatikanda Papa ilə görüşəcək
27 oktyabr 14:02
