- Salam, qardaş. Mən Əsgərov Ənvər Fərmuz oğlu. Qazax rayon Bağanis Ayrım kənd sakiniyəm. Həmin kənddə 1990-cı ilin martın 23-dən 24-nə keçən gecə ailəmi itirmişəm. Bu gün üç qardaş bir də atamız qalmışıq. Üçümüz də ailəmizin intiqamını alacağımız günü gözləyirik. Atam Fərmuz kişi indi 66 yaşındadır. O vaxtı kənddə tikintidə usta işləyirdi. Həmin faciə zamanı güllə yarası aldı. Hazırda əlil kimi təqaüd alır. Babam Dədəş Əsliyev təqaüd alırdı, öldürülərkən 75 yaşı var idi. Nənəm də Pakizə xanım idi, 67 yaş da onun idi qətlə yetiriləndə. Qardaşlarım məndən kiçikdir. Adları Ceyhun və Səxavətdir. Onlar indi Rusiyada yaşayır. Xalam Əsliyeva Aliyə xanımın da həmin hadisə zamanı 27 yaşı var idi. Ailəsində kiçik ziddiyət olduğu üçün bizdə yaşayırdı. Üzr istəyirəm, iki aylıq hamilə idi. Anam da Havaxanım Əsgərova 34 yaşında öldürüldü.
- Əvvəl faciə törədilməmişdən əvvəlki həyatınızdan danışaq.

- Biz, Bağanis Ayrımda yaşayırdıq. Şad-xürrəm həyatımızı sürürdük. Gündəlik mal-heyvanla, əkin-biçinlə məşğul olurduq. Ümumiyyətlə kənddə hamı təhsilə və əl zəhməti ilə işləməyə üstünlük verirdi. Həm də yaz qabağı əkin işləri daha çox olur deyə hamı əkinə üstünlük verirdi. Daha çox da kartof, taxıl əkirdik. Millət bir-biri ilə dolanırdı. Kimin ehtiyacı nəyə var onu alırdı. Elə olurdu ki, ermənilər də bizim meyvəni, kartofu topdan alırdılar. Bir sözlə, onlar yeməyi də, çörəyi də bizdən öyrəndilər. Hər şeyi bizdə görüb özlərində yaratdılar. Elə olurdu ki, bizim köhnə-kürüş paltarları alıb geyinirdilər. O dərəcədə yəni yazıq və aciz idilər.
- Ermənilərlə münasibət neçə idi?

- 1990-cı ildə mənim 13 yaşım var idi. Evin böyüyü olduğum üçün hər işin arxasınca mən qaçırdım. Evimiz də kəndin o biri kənarında idi. Yəni Ermənistanın İcevan və Noyamberyan rayonlarına gedən avtomobil yoluna yaxındır. Ermənilər də bizim kəndə həmişə gəlib-gedirdilər. Kimə fəhlə lazım idisə, ermənilər ucuz qiymətə işləyirdilər. Yəni bizim məhsullarla qidalanırdılar. Bizim yeməklərdən yeyəndə deyirdilər ki, bu yeməkləri necə bişirirsiniz belə dadlı olur. Ən ağır işlərə onlar girirdilər. Məsələn, daha çox tikinti işlərində onları daha çox görmək olurdu. Bir dəfə rəhmətlik atam dedi ki, bu ermənilərdən gözüm su içmir. Hansı evi tikirlərsə, hörüklərinə erməni dilində tarix yazıb, üzərinə də xaç çəkirlər. Atam harada görürdü qarşısını alırdı. Bizə deyirdi ki, sonradan deyəcəklər bizim evdir. Bu gün başa düşürəm ki, atam da, kəndimizin ağsaqqalları da, bunu bax bugünkü gün üçün deyirdilər. Həmişə də ermənilər bizimlə qohum olmağa çalışırdılar. Bizim nəsildən, kənddən onlara nə qız verdik, nə də qız aldıq. Çünki bilirdik ki, onların niyyəti saf deyil. Ermənilər beləcə bizim içimizdə gəzdilər hər şeyimizi bildilər.
- Bir az hadisədən danışaq, baş verənləri necə xatırlayırsınız?

- Həmin vaxt, yəni 1990-cı ildə biz uşaq idik. Həmin gün atam işdə idi. Mən də qardaşlarımla babamgilə getdik. Səhər tezdən gördük atışma gedir. Aydın əmim bizi kənddən çıxardı. Anam da bizlə gəlməli idi. Sonra bildik ki, xalamızın ayağına su tökülüb yanıb. Daha anam dedi siz gedin, biz də gəlirik.Elə oldu ki, əmim də onlarla qalası oldu. Sonra Allah can sağlığı versin. Konfrans dayı var idi, bizi kəndin bu biri tərəfinə, ata nənəmgilə, Quşçu Ayrım tərəfə gətirdi. Sonra da baxdıq ki, kəndi alov bürüdü. Hələ də bizə çatmırdı ki, nələr baş verir. Gecə ruslar atışmanı dayandırdılar. Erməniləri kənddən qovdular. Sonra bizim kəndin könüllü döyüşçüləri ruslarla birlikdə itkilərimiz barədə maraqlanmağa getdi. Atam da onlarla birlikdə getdi. Sabah saat haradasa 12 olardı, göy kabinəli “Kamaz” markal yük maşını ilə indiki Qazax şəhər Mədəniyyət evinin qarşısına meyitlər gətirdilər. Sonra meyitləri yerə düzdülər. Onda da ailəmizi tanımaq olmayıb. Yəni, o qədər işgəncə və zülm edib, öldürüblər ki... Anamı, babamı, nənəmi, xalamı və iki aylıq körpəsinə olmazın işgəncələrini veriblər. Dünya tairixində çox müharibə və soyqrımlar olub. Sadəcə güllələyib öldürüblər. Belə bir işgəncə olmamışdı hələ. Görməmişdik axı?!
Anamın, xalamın, nənəmin qarnını yarıb, çay daşı doldurmuşdular. Üzlərini, bədənini nə bilim nə ilə deşib, qazıyıb sümüyə çıxarmışdılar. Gözlərini çıxarmışdılar hamısının. Uşağı süngü ilə kəsmişdilər. Sonra da kəndirlə bir-birinə bağlayıb tövlədə od vurmuşdular. Təsəvvür edin ki, sümüklər də yanmışdı. Belə bir zülmlə qətlə yetirildi mənim ailəm. Üzlərində kəsik yaraların yerləri də qalmışdı . Elə vurmuşdular ki, iz sümüyə də düşmüşdü (Ağlayır...).

Həmin vaxt da rus operator gəlib meyitləri çəkdi.
Orada deyib ki, deyir rus dilində danışın. Amma bizim böyüklər qoymayıb ki, olmaz bu da bir oyun ola bilər. Bizim ağlayan qonşumuzu, “erməni qadını fəryad edir kimi” qələmə verirdilər. Özü də qadınlar sözlərini deyib ağlayan vaxtı, o daşırdı ki, qadınların eləcə fəryadı düşsün. Çünki bizim kənd camaatı durmadan “Allah, bu nə iş idi başımıza gətirdin” , deyib üsyan ediblər. Sonra onu uzaqlaşdırdılar ərazidən.
Bu zaman rəhmətlik Salatın Əsgərova özünü yetirdi. O yenidən hər şeyi olduğu kimi çəkdi. Atam işdən gəldi. Ailəmizin beş üzvünü, bir də ot tayasına bağlanıb yandırılan rəhmətlik Alməmməd dayının nəşini götürüb kəndə dəfn etməyə qayıtdıq. Atam dedi ki, daha mənim kimim qaldı. Gedirik biz də ya öldürməyə, ya da ölməyə. Beləcə qardaşlarım, əmim bir də atam kənd camaatı ilə getdik kəndə. Getdik anamgili dəfn etdik.
Sonradan bir də atışma oldu. Onda atam ov tüfəngi ilə atışan zaman çənəsindən yaralandı. Yenə bizi kənddən çıxardılar. Bir iki gündən sonra ara sakitləşdi. Dedilər, məktəb tikilir. Daha dedik, bitti hər şey. Sən demə qanlı-qadalı günlər bitməyib. Avqustda yenə başladılar və kəndi tamamilə işğal etdilər. Əlaqə tamam kəsildi. Beləcə qaldıq yurdsuz-yuvasız.
30 ildir kəndimizi də, anamgilin qəbrini də ziyarət edə bilmirik. Kənddə nə qalıb ki, boş hörüklər. Hər şeyi talayıblar. Sonra da od vurublar. İndi Quşçu Ayrımdan baxıram kəndimizin yanan divarlarına...
Heç yazda yerdən ot da bitmir. O dərəcədə kəndə divan tutublar. Yurdumu belə tarimar etdilər. Bu gün Şəhidlər Xiyabanına gedirəm, dünyam qaralır. Hər dəfə bu şəkillərə baxanda kənddən qalxan o qara tüstülər, anam gilin meyitlərini izləmək, eşitdiyim ah-nalə,fəryad, uşaq səsləri, xalamın süngü ilə ana bətnində deşilib, yandırdıqları 39 günlük körpəsi. Hamısı gözümün önündən gəlib keçir...

Bəlkə də hər dəfə stresdən, əsəbdən bir daxili orqanım sıradan çıxır mən bura gəldikcə. Özümü aciz hesab edirəm. Kaş ki, onlarla bərabər mən də ölərdim...
Hərdən sizin kimi jurnalistlər sual verir ki, müharibə olsa gedərsinizmi ? Bu sual məni əsəbləşdirir. Necə yəni? Gedərsinizmi nədir? Bu gün Ali Baş Komandan əmr versin. “Vayonkamat”a birinci getməsəm, həm də qardaşlarımla, onda gərək özümü asam öldürəm. Düzdür sülh istiqamətində bu gün işlər görülür...
Razıyam daha heç kim ölməsin. Amma bu cür törədilən hadisələrin qisasını kim alacaq? Bu cür faciəni törədənlər, onların sifarişçiləri, havadarları niyə cəzasız qalır?
- Düşünürəm ki, Bağanis Ayrıma qayıdacaqsınız, İnşallah

- Qayıdacağıq, buna ümidliyəm. Əminəm də. Amma hazırda başımıza gələnlərə siyasi qiymət verilməsini istəyirik. Bu sıradan bir faciə deyil. Bu ilk işğalın ilk nəticəsidir. Ermənilərə Qarabağ və ətraf ərazilər lazım idi. Bəs Bağanis Ayrım kimə lazım idi? Bu kənd niyə işğal edildi? Niyə ailəmi faciəvi şəkildə qətl elədilər? Bu suallar hər gün məni içdən-içə yeyir. Bu gün düzdür faciə haqqında kitablar yazılır, məqalələr yazılır. Azərbaycan Respublikası Hərbi Prokurorluğunda bu soyqırım üzrə materiallar da var. Ümumilikdə kimə lazımdırsa, hamıda faktlar var. O vaxt bu kasetlərin sürətini çıxarmaq üçün biz qızıllarımızı satdıq. Aldıq ki, bu gün haqq səsimizi dünyaya çatdıraq. Bu gün yalnız bunu istəyirik.
Bu gün Bağanis Ayrım gerçəkləri haqqında fərqli dillərə tərcümə edilən bir neçə kitablar dərc edilib ki, onların da içərisində erməni terrorunu əks etdirən fotolar, dəqiq rəqəmlərlə tərtib olunan siyahılar, həmçinin həlak olan, kənd sakinlərinin, bütün üzvləri öldürülən ailələrin siyahıları da oxuculara çatdırılıb.
Millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın təşəbbüsü ilə 2011-ci ildə üç dildə - Azərbaycan, rus və ingilis dillərində hazırlanan saytının təqdimatı da keçirilib. Bağanıs Ayrım faciəsini xalqımıza, geniş oxucu kütləsinə çatdırmağı özünün vətəndaşlıq borcu bilən qazaxlı yazıçı Elçin İsmayıl “Bu, əsl faciə idi” adlı kitabını yazaraq 1999-cu ildə “Azərbaycan” nəşriyyatında çap etdirib. Həmçinin, millət vəkili Qənirə Paşayeva tərəfindən Bağanis Ayrım soyqırımı ilə bağlı bir neçə dəfə qardaş Türkiyədə tədbir keçirilib. 2017-ci ildə Milli Məclisdə Qazaxın Barxudarlı, Sofulu, Bağanıs Ayrım kəndlərində törədilən faciələrin də qərar layihəsinə salınması təklif olunub.

Bağanis Ayrımda yandırılan ailənin yadigarı danışır
Günün sitatı22 dekabr 2019 21:33
1990-cı il martın 23-dən 24-ə keçən gecə erməni silahlıları keçmiş Sovet ordusuna məxsus hərbi texnikadan, həmçinin müasir silahlardan istifadə edərək Qazax rayonunun Bağanıs Ayrım kəndinə hücum edib, mülki əhalini insanlığa sığmayan işgəncələrlə qətlə yetirib, diri-diri yandıraraq soyqırım törədiblər.
Bağanis Ayrım gerçəkləri, bu kənddə insanlığa qarşı törədilən soyqrım faktı barədə əvvəlki yazılarımızda ətraflı məlumat vermişik. Bu gün isə həmin kənddə xüsusi amansızlıqla qətlə yetirilən ailədən və o ailənin yadigarı, evin son beşiyi olan övladın acı xatirələrini bölüşəcəyik.
Ordu.az-ın budəfəki müsahibi Qazax rayon Bağanis Ayrım kənd sakini, soyqırım zamanı ailəsi diri-diri yandırılan Əsgərov Ənvər Fərmuz oğludur.
- Ənvər bəy, salam, özünüzü oxucularımıza təqdim edin.

Oxşar xəbərlər
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 2025 00:12
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 2025 11:20
- Prezident məktəbi rus dilində bitirib, amma Azərbaycan dilində belə gözəl danışır
8 dekabr 2025 22:02
- Dişlərini fırçala, rahatlıqla dələduzluq et - Polisin 3 günə tutduğu 20 dələduzu Azərbaycan məhkəməsi neçə günə azad edər
8 dekabr 2025 14:20
- Şeyxin Ramiz Mehdiyevlə münasibəti dövlətlə bağlı olub - Qardaşı
4 dekabr 2025 13:57
- Elmira Axundovanın yaxın adamının ölkədən çıxışına STOP qoyulub – MƏHKƏMƏ İŞİ
3 dekabr 2025 20:38
- Ramiz Mehdiyevin qardaşı oğlu ilə bağlı ŞOK DETALLAR
1 dekabr 2025 11:47
- Burada qadınlar deyil, kişilər -gəlin- olur Fotolar
13 noyabr 2025 10:20
- Məktəb bitdi, hərbi xidmət də yekunlaşmaq üzrədir... İspaniyanın GƏLƏCƏK KRALİÇASI
2 noyabr 2025 11:49
- Bir qrup var, istədiyini edir, insanları soymaqla məşğuldur... - Videomüsahibə
29 oktyabr 2025 10:59
Xəbər lenti
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 00:12
- Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə heç bir zaman nə biznes, nə də şəxsi münasibəti olmayıb
16 dekabr 21:35
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 19:59
- Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
16 dekabr 14:32
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 12:56
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 12:33
- Aqil Abbas: Amnistiya jurnalistlərə də şamil olunsun
16 dekabr 12:13
- Prezident AHİK-in VIII qurultayının iştirakçılarına müraciət ünvanladı
16 dekabr 11:38
- Qonşunuz səs-küy salırsa - Nə etməli ?
16 dekabr 11:26
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 11:07
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya