Həbsxanadan Zakir Fərəcova məktub
Salam, əmioğlu!
Yerin məlum, Kürdəxanıdan yazıram.
Öncə Təzə ilin mübarək !
Sonra onu qeyd edim ki, sən bizim başımıza gələnlərdən mütləq nəticə çıxart. Yoxsa, sonra gec olacaq.
Əmioğlu, biz Prezidentimizin bizə göstərdiyi böyük etimadı doğrultmadıq. Və haqlı olaraq Yeni ili Kürdəxanıda qeyd edirik.
Möhtərəm Prezidentimiz bizə nə deyirdi, bizdən nə tələb edirdi ki ?
Deyirdi xalqa yuxarıdan aşağı baxmayın, vətəndaşları incitməyin, sahibkarlara hədə qorxu gəlməyin, abadlıq-quruculuq işləri adı altında iş adamlarını müflis etməyin, biznesmenləri həbslə hədələməyin, insanların haqqını yeməyin...
Prezidentimiz bizə deyirdi ki, XALQ-dan, QANUN-dan qorxmursunuzsa, barı ALLAH-dan qorxun.
Əmioğlu, bizlər nə xalqdan, nə qanundan, nə də Allahdan qorxduq. Kasıb-kusubun haqqını yedik, biznesmenlərin cibinə girdik, iş adamlarını yaman günə saldıq. Nə qədər ailəni, oğul-uşağı gözüyaşlı qoyduq. İndi Kürdəxanıda cəzamızı çəkirik.
Əmioğlu, sən də çox evləri yıxmısan.
Əmioğlu, Sumqayıtda abadlıq-quruculuq, Bulvar salmaq işində nə qədər insanın gününü qara elədin, qardaş dediyin biznesmenləri namərdcəsinə həbsə göndərdin. Düşünmədin ki, onların da ailə-uşağı var, onları da ana doğub, ata əkib...
Bu gün onların övladları da bir təhər bayramı-zadı qeyd edir. Eybi yoox, əmioğlu. Sən tısqırınca ye. Mən də Goranboyun, Ağstafanın icra başçısı olanda doymaq bilmirdim, gözüm doymurdu. İndi Kürdəxanıda namaz qılmağa, oruc tutmağa hazırlaşıram. Səni də bu aqibət gözləyir, əmioğlu.
Əmioğlu, “Nuşirəvan və bayquşları”nı yadına sal. Evləri-eşikləri xaraba qoyma.
Əmioğlu, tanınmış iş adamı Tofiq Heydərovun başına açılan oyunlar bura düşsən yuxundan çıxmayacaq, gecə səhərəcən sənə cəhənnəm əzabı verəcək...yapışacaq yaxandan...
Əmioğlu, 2015-ci ildə sən Abşeronun icra başçısı olarkən tabeçiliyində olan Saray bələdiyyəsinin sədri Vəsilə Əbdülhəsənovanın başının kəsilməsi, həyat yoldaşının qətlə yetirilməsi, izi itirmək üçün evin yandırılması...gecələr yuxuna girir?
Əmioğlu, icra başçısı olanda belə şeylər mənim də ağlımın ucundan keçmirdi. Ancaq Kürdəxanıya gələn gündən elədiklərim hamısı gecələr yuxuma gəlir, səhərədək yata bilmirəm...
Əmioğlu, halal haqqını vermədiklərinin ailələri təzə ili qeyd edə bilmir, şair demişkən, bayramda bir axta zoğal da tapmır.
Əmioğlu, fikirləşərsən ki, sən bizimlə müqayisə olunmazsan, sən daha arxalı, daha təminatlı, daha güvənlisən...
Yoox, əmioğlu, bəla gələndə qəfil gəlir, heç xəbərin də olmur.
Bir də ayılırsan ki, Kürdəxanıdasan.
Nəsə, əmioğlu, çalış, haqqını yediyin adamların haqqını qaytar, haqsızlıq etmə, etiraf böyüklükdür, kişiyə yaraşan əməldir. Atalarımız demişkən, buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmaz.
Əmioğlu Zakir!
Goradildə, Coratda və başqa yerlərdə tikdirdiyin, el arasında “Zakir qəsəbələri” deyilən mülklərdən doymursan ?
Əmioğlu, həmin qəsəbələrdə “ŞLAQBAUM” qoyub sadə, kasıb insanların yolunu kəsirsən.
Əmioğlu, KİŞİ YOL KƏSƏN olmaz, KİŞİ YOL ÇƏKƏR...insanların qəlbinə...
Əmioğlu, bir gün sənə də bizim kimi ŞLAQBAUM qoyacaqlar. Ayılacaqsan ki, sağ-sol, arxa-ön ŞLAQBAUM-dur, çarəsizlikdir.
Necə ki mən Kürdəxanıda özümü hər tərəfdən ŞLAQBAUM-la hiss edirəm. Çalış, bura düşmə, əmioğlu. Tövbə elə, düz yola, haqqa qayıt, qaytar insanların haqqını...
Nə isə, əmioğlu, bunları yazmaqda məqsədim odur ki, sən bizim qəzavü-qədəri yaşama. İnşallah.
Əmioğlu, ürəyim doludur. Növbəti məktubda daha dərin mətləblərə toxunacam. Xanım başçı nələr deyir ? Möhkəm ol.
Hörmətlə,
Əminoğlu, Ağstafa RİH-nin keçmiş başçısı, məhkum Nizaməddin Quliyev
P.S. Birinci müavinim Ramiz Tatarovun və Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun sənə salamları var.
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 2026 13:55
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 2026 11:22
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
6 fevral 2026 21:20
- İlham Əliyev Ərdoğana məktub göndərdi
5 fevral 2026 16:58
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Azərbaycanda neçə general-polkovnik var? - TAM SİYAHI
30 yanvar 2026 00:17
- Azərbaycan cazının əfsanəsi erməni əli ilə necə öldürüldü?
7 yanvar 2026 23:05
- Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)
7 yanvar 2026 20:57
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
