Allahdan qorx, Zakir Fərəcov !

Allahdan qorx, Zakir Fərəcov !
Fərəcov, hər bir insanda NƏFS deyilən şey var, amma sənin NƏFS-in lap DİBSİZ QUYU-dur, dolmaq bilmir.
Bunu biz demirik, cənab Zakir Fərəcov.
Bu sözləri Sumqayıt boyda şəhərə sizi icra başçısı təyin edən, sizə inanan və etimad göstərən cənab Prezident İlham Əliyev üzünü sizin kimi məmurlara tutub deyir:
“ Hansısa abadlıq işlərinə sahibkarlardan qanunsuz pul tələb etməməlidirlər. İndi abadlıq adı ilə bilirəm ki, sahibkarlardan vəsait yığırlar. Bu, qətiyyən qəbuledilməzdir. Belə abadlıq bizə lazım deyil ”.
Cənab Zakir Fərəcov !
Hər bir hakimiyyətin ən həssas yeri kadr məsələsidir. Bu bütün ölkələrdə belədir. Cənab Prezidentin rentgen aparatı yoxdur ki, sizin hər birinizi mikroskopla yoxlasın. Prezidentin hər bir məmura ayrılıqda nəzarət etməsi hətta fiziki cəhətdən mümkün deyil. Hətta Heydər Əliyev kimi böyük siyasi təcrübəsi olan dövlət xadiminin vaxtilə təyin etdiyi bir neçə nazirin, icra başçısının yolu həbsxanadan keçdi. Çünki etimadı doğrultmadılar. Prezident sizlərə etimad göstərir, inanır, güvənir və böyük məsuliyyət tələb edən vəzifələrə təyin edir. Sizin əsas işiniz isə bu etimadı doğrultmaq, XALQ, PREZİDENT qarşısında öz məsuliyyətinizi dərk etməkdir.
Siz Prezidentin göstərdiyi etimadı doğruldursunuzmu ?
Siz öz məsuliyyətinizi dərk edirsinizmi, cənab Fərəcov ?
Ölkə mətbuatında hər gün barənizdə gedən yazılar, məqalələr onu göstərir ki, siz öz məsuliyyətinizi dərk etmirsiniz cənab başçı.
Əgər öz məsuliyyətinizi dərk etsəydiniz ABADLIQ VƏ QURUCULUQ işləri adı altında sahibkarları, iş adamlarını aldadıb külli miqdarda pullarını mənimsəməzdiniz.
Fərəcov, adamın 1 nəfərə 5-10 manat borcu olanda adam gecə yata bilmir. Sizin 100-lərlə insana milyonlar borcunuz var. Daha dəqiq desək sənədlərdə 426 nəfərə 8 milyondan artıq pul verməlisiniz. Siz özünüzü nə hesab edirsiniz ?
Cənab Fərəcov !
Əlimizin altındakı rəsmi sənədlərdə Sumqayıt bulvarının yenidən qurulması, şəhərin abadlığı üçün görülən işlər çox dəqiq rəqəmlərlə, həm də əsaslandırılmış rəqəmlərlə ifadə olunub. Az qala manata, hətta qəpiyə qədər dəqiq. Söhbət milyonlardan gedir.
Cənab Fərəcov !
Bu milyonlar yüzlərlə fəhlənin, inşaatçının, ustanın, sahibkarın, iş adamının pullarıdır. Siz bunları necə yeyə bilərsiniz ?
Sizə mətbuat vasitəsilə müraciət edənlər haqlı olaraq təklif edirlər ki, çoxsaylı obyektlərindən bircəsini satsan insanların borcunu asanlıqla ödəyərsən. Bəs niyə etmirsən ?
Sizin ölkə mətbuatında dərc olunan mülklərinizin siyahısına baxanda adam dəhşətə gəlir.
Goradildə, Coratda və başqa yerlərdə tikdirdiyin, el arasında “Zakir qəsəbələri” deyilən mülklər, restoranlar, saysız mənzillər, şadlıq evləri sənə bəs etmir ?
Fərəcov, hər bir insanda NƏFS deyilən şey var, amma sənin NƏFS-in lap DİBSİZ QUYU-dur, dolmaq bilmir.
Cənab Fərəcov !
Demək olar ki, hər ay xarici ölkələrə səfər edirsən. Nə məqsdələ özün yaxşı bilirsən. Fərəcov, siz turistsiniz, incəsənət xadimisiniz, yoxsa diplomatsınız ki, hər ay Avropaya uçursunuz ?
Və dövlətdən müəyyən məbləğdə maaş alan məmur kimi sizin Avropa səfərlərinizin xərcini hardan ödəyirsiniz ?
Əlbəttə, abadlıq və quruculuq adı altında iş adamlarından mənimsədiyiniz milyonlardan.
Cənab Fərəcov !
Sizin kimi məmurları arxayın salan odur ki, ölkədə ədalətli məhkəmə sistemi yoxdur. Amma darıxma, ölkə başçısı cənab İlham Əliyev məhkəmə-hüquq sistemində ciddi islahatlara başlayıb. Yəqin ki, rüşvətxor və korrupsioner məmurların çoxunu yaxın aylarda məhkəmə qarşısında görəcəyik.
Ancaq bunu arzulamazdıq.
Cənab Fərəcov !
Sonda cənab Prezidentin sonuncu tövsiyəsini nəzərinizə çatdırırıq: “ Xalqdan qorxmursansa, Allahdan qorx”.
NUH.az
- Türk dünyasının gizli xeyriyyəçiləri MƏLAMİ DƏRVİŞLƏRİ
27 iyun 2025 17:43
- Ukrayna prezidenti olmaq istəyən azərbaycanlı... - VİDEO
26 iyun 2025 21:49
- Ölkəyə səs salan QƏTLLƏR
20 iyun 2025 00:23
- -Azərbaycan- məhəlləsinin açılış mərasimi: Prezidentlər iştirak edib - VİDEO
19 iyun 2025 20:49
- Azərbaycanın müdafiə naziri Belarusa rəsmi səfər edib
17 iyun 2025 00:59
- Prezidentdən yeni təyinatlar (SİYAHI)
3 iyun 2025 18:47
- Prezident əfv sərəncamı imzaladı
26 may 2025 10:57
- Bakıda məşhurlaşan qurbağa əti- Zəhərli maddələr çoxdur - VİDEO
24 may 2025 14:06
- Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 35 ili münasibətilə TƏBRİK
8 aprel 2025 23:45
- Səudiyyə Ərəbistanının Kralı İlham Əliyevi təbrik etdi
30 mart 2025 16:06
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
04 iyul 19:44
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
03 iyul 11:23
- Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
03 iyul 10:40
- Azərbaycanla münasibətlərimiz strateji müttəfiqlik xarakteri daşıyır - Rusiya XİN
03 iyul 10:31
- Japarov da Xankəndiyə gəlir
03 iyul 10:18
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
03 iyul 09:46
- Bir AĞAC bir İLDƏ 22 kq KARBON-CO2 UDUR və....
03 iyul 02:16
- Azərbaycanın deputatı -Özbəkistanın mədəniyyət elçisi- medalı ilə təltif edilib
03 iyul 02:06
- Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olundu – Gənclər Kitabxanasında
03 iyul 01:15
- Azərbaycan güləşçisi Avropa çempionu olub
03 iyul 00:46