Dərc edilib: 13-01-2020

https://www.nuh.az/22066-.html

Allahdan qorx, Zakir Fərəcov !

13.01.2020 13:18:59

Hadisə

Allahdan qorx, Zakir Fərəcov !

 

Fərəcov, hər bir insanda NƏFS deyilən şey var, amma sənin NƏFS-in lap DİBSİZ  QUYU-dur, dolmaq bilmir.

 

Bunu biz  demirik, cənab Zakir Fərəcov.

 

Bu sözləri  Sumqayıt  boyda  şəhərə sizi icra başçısı təyin edən, sizə inanan və etimad göstərən cənab Prezident İlham Əliyev üzünü sizin kimi məmurlara tutub  deyir:

“ Hansısa abadlıq işlərinə sahibkarlardan qanunsuz pul tələb etməməlidirlər. İndi abadlıq adı ilə bilirəm ki, sahibkarlardan vəsait yığırlar. Bu, qətiyyən qəbuledilməzdir. Belə abadlıq bizə lazım deyil ”.


Cənab Zakir Fərəcov !

Hər bir hakimiyyətin ən həssas yeri kadr məsələsidir. Bu bütün ölkələrdə belədir. Cənab Prezidentin rentgen aparatı yoxdur ki, sizin hər birinizi  mikroskopla yoxlasın. Prezidentin hər bir məmura ayrılıqda nəzarət etməsi hətta fiziki cəhətdən mümkün deyil. Hətta Heydər Əliyev kimi böyük siyasi təcrübəsi olan dövlət xadiminin vaxtilə təyin etdiyi bir neçə nazirin, icra başçısının  yolu həbsxanadan keçdi. Çünki etimadı doğrultmadılar. Prezident sizlərə etimad göstərir, inanır, güvənir   və böyük məsuliyyət tələb edən vəzifələrə təyin edir. Sizin əsas işiniz isə bu etimadı doğrultmaq, XALQ, PREZİDENT qarşısında öz məsuliyyətinizi dərk etməkdir.

 

Siz Prezidentin göstərdiyi etimadı doğruldursunuzmu ?

Siz öz məsuliyyətinizi dərk edirsinizmi, cənab Fərəcov ?

 

Ölkə mətbuatında hər gün barənizdə  gedən  yazılar, məqalələr onu göstərir ki, siz öz məsuliyyətinizi dərk etmirsiniz cənab  başçı.

Əgər öz məsuliyyətinizi dərk etsəydiniz ABADLIQ VƏ QURUCULUQ işləri adı altında  sahibkarları, iş adamlarını aldadıb külli miqdarda pullarını mənimsəməzdiniz.

Fərəcov, adamın  1 nəfərə  5-10 manat borcu olanda adam gecə yata bilmir. Sizin  100-lərlə insana milyonlar  borcunuz var. Daha dəqiq desək sənədlərdə  426 nəfərə 8 milyondan artıq  pul verməlisiniz. Siz özünüzü nə hesab edirsiniz ?

 

Cənab Fərəcov !

Əlimizin altındakı rəsmi sənədlərdə Sumqayıt  bulvarının yenidən qurulması, şəhərin abadlığı üçün görülən işlər çox dəqiq rəqəmlərlə, həm də əsaslandırılmış  rəqəmlərlə ifadə olunub. Az qala manata, hətta qəpiyə qədər dəqiq. Söhbət milyonlardan gedir.

Cənab Fərəcov !

Bu milyonlar  yüzlərlə  fəhlənin, inşaatçının, ustanın, sahibkarın, iş adamının pullarıdır. Siz bunları necə yeyə bilərsiniz ?

 

Sizə mətbuat vasitəsilə müraciət edənlər haqlı olaraq təklif edirlər ki, çoxsaylı obyektlərindən bircəsini satsan insanların borcunu asanlıqla ödəyərsən. Bəs niyə etmirsən ?  

Sizin ölkə mətbuatında dərc olunan mülklərinizin siyahısına baxanda adam dəhşətə gəlir.

Goradildə, Coratda və başqa yerlərdə tikdirdiyin, el arasında “Zakir qəsəbələri” deyilən mülklər, restoranlar, saysız mənzillər, şadlıq evləri sənə bəs etmir ?

Fərəcov, hər bir insanda NƏFS deyilən şey var, amma sənin NƏFS-in lap DİBSİZ  QUYU-dur, dolmaq bilmir.

 

Cənab Fərəcov !

Demək olar ki, hər ay xarici ölkələrə səfər edirsən.  Nə məqsdələ özün yaxşı bilirsən. Fərəcov, siz turistsiniz, incəsənət xadimisiniz, yoxsa diplomatsınız ki, hər ay Avropaya uçursunuz ?

Və dövlətdən müəyyən məbləğdə maaş alan məmur kimi sizin Avropa səfərlərinizin xərcini hardan ödəyirsiniz ?

Əlbəttə, abadlıq və quruculuq adı altında iş adamlarından mənimsədiyiniz  milyonlardan.

 

Cənab Fərəcov !

Sizin kimi məmurları arxayın salan odur ki, ölkədə ədalətli məhkəmə sistemi yoxdur. Amma darıxma, ölkə başçısı cənab İlham Əliyev  məhkəmə-hüquq sistemində ciddi islahatlara başlayıb. Yəqin ki, rüşvətxor və korrupsioner məmurların çoxunu yaxın aylarda məhkəmə qarşısında görəcəyik.

Ancaq bunu arzulamazdıq.  

Cənab Fərəcov !

Sonda cənab Prezidentin sonuncu tövsiyəsini nəzərinizə çatdırırıq: “ Xalqdan qorxmursansa, Allahdan qorx”.

 

NUH.az 

 


 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib