Lənkəranda Hadı Rəcəblidən başqa digər namizədlərin hüquqları pozulur – Deputatlığa namizəd faktlar açıqladı
“Lənkəran rayonunda deputatlığa namizədlərin seçiciləri ilə görüşünə müdaxilələr var”.
Bu sözləri “Kivnews.com” portalına açıqlamasında 74 saylı Lənkəran Kənd Seçki Dairəsindən namizədliyini irəli sürmüş Bakı Dövlət Universitetinin professoru, elmlər doktoru Nəsrulla Məmmədov bildirdi.
“Hadı Rəcəbli Girdənli kənd “Royal” şadlıq sarayında seçiciləri ilə görüş təşkil edib. İcra nümayəndələri, bələdiyyələr, seçki məcəlləsinə zidd olaraq seçki mətəqələrinin sədrləri, onların üzvləri, müəllimlər zorla avtobuslara mindirilərək görüşə aparılırlar. Hətta onlara hədə-qorxu gəlinir ki, görüşə gəlməsələr işdən azad ediləcəklər. Bəzi yoldaşlar gəlib məndən üzrxahlıq edib gedirlər. Bildirirlər ki, sizi dəstəkləyirik, amma Hadı Rəcəblinin görüşünə getməsək, bizi işdən çıxaracaqlar”, deyə namizəd bildirdi.
Nəsrulla Məmmədov qeyd etdi ki, Lənkəranda seçki ilə bağlı qeyri-qanuni işlər gedir: “Rayonda xüsusilə icra başçısının birinci müavini Möhübbət Babayevin “fəaliyyəti” aşkar şəkildə hiss olunur. Bizim üçün heç bir şərait yaradılmır. Sanki partizan hərəkatı kimi fəaliyyət göstəririk. Bu soyuqda gedirik hansısa kəndə sakinlərlə görüşmək istəyirik, amma dərhal yuxarı təşkilatlar narahat olur ki, bunlar artıq cəmiyyətlə görüşürlər. İcra nümayəndələri, bələdiyyələr insanlarla görüşümüzə təsir göstərir. İcra başçısı ilə görüşəndə özü bildirdi ki, şadlıq saraylarının rəhbərləri ilə görüşüb müqavilə bağlayın və görüşlər keçirin. Amma həmin yoldaşlara müraciət edəndə bildirirlər ki, biz işimizi icra hakimiyyəti ilə razılaşdırmalıyıq və görüşün keçirilməsinə yer ayırmaqdan boyun qaçırırlar. Seçki prosesində icra başçısının birinci müavini Möhübbət Babayev xüsusilə əl-ayağa düşüb. Birtərəfli mövqe tutaraq Hadı Rəcəblinin xeyri üçün digər namizədlərin hüquqlarını tapdalayır. Artıq o dərəcəyə çatmışam ki, bu günlərdə prezidentə video müraciət edəcəm. Vəziyyət olduqca dözülməzdir. İnsanlar qorxudularaq Hadı Rəcəblinin xeyrinə iş aparılır”.
“Bir ziyalı, professor olaraq ölkəmizin irəli getməsinə çalışmışam, ölkə başçısının siyasətini ikiəlli dəstəkləyirəm. Bizlər ölkə başçısının kadr siyasətinin daha da irəli getməsinə çalışırıq. Geriyə yol yoxdur, ölkəmizin daha da çiçəklənməsi naminə cənab prezidentin siyasətini dəstəkləyirik”, deyə deputatlığa namizəd Nəsrulla Məmmədov son olaraq fikirlərini bildirdi.
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 2026 20:00
- Prezident daha bir qəbul keçirdi - Fotolar
9 fevral 2026 14:26
- Fevralın 9 və 10-u bayramdır
9 fevral 2026 11:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
7 fevral 2026 13:28
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
6 fevral 2026 19:17
- Arutyunyan, Mnatsakanyan və Manukyan ömürlük azadlıqdan məhrum edildi
5 fevral 2026 13:13
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
4 fevral 2026 19:24
- İlham Əliyevə -Zayed İnsan Qardaşlığı Mükafatı - təqdim olundu
4 fevral 2026 18:27
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30

