Nərminin gündəliyindən: “Atam məni sevsəydi…”
Tovuz rayonu, Dondar Quşçu kəndinin 10 yaşlı sakini Nərmin Quliyevanın qətli ilə əlaqədar internetdə səs yazısını yayan anonim müəllif öz oyununu oynayır.
Bu barədə Oxu.Az-a Tovuz rayon polis şöbəsindəki mənbə məlumat verib.
Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov isə bildirib ki, audioyazı istintaq-əməliyyat qrupuna təhvil verilib.
İnternetdə yayılan səs yazısında anonim müəllif qızın qətlində bu hadisə ilə bağlı tutulan 47 yaşlı İlkin Süleymanovun deyil, həmkəndlisi A.A.-nın günahkar olduğunu deyir. Anonim müəllif qeyd edir ki, kənd sakinlərinin 80 faizi bunu bilir, lakin qisasdan qorxduqları üçün susurlar. Onun sözlərinə görə, həmin şəxsin qardaşı və kürəkəni daxili işlər orqanlarında xidmət edir və yüksək vəzifə tuturlar.
Polis əməkdaşı isə sosial şəbəkəyə məlumatı ötürməklə anonim şəxsin istintaqı və ictimaiyyəti çaşdırmaq üçün belə bir versiya irəli atdığını deyib.
"Əgər o, həqiqəti bilirsə, onda niyə gizlənir? Deyək ki, polisdə xidmət edən A.A.-nın qohumlarından qorxur. Qoy onda Prokurorluğa müraciət etsin, onda təhlükəsizliyi təmin ediləcək. Onun bu yolla düşmənlərindən qisas almaq istədiyi və buna görə də konkret adlar çəkdiyi istisna edilmir. Anonim şəxsin nə deməsindən asılı olmayaraq, tutulan İlkin Süleymanovun ifadələri işdəki şahidlər tərəfindən təsdiqlənir. Bununla belə, əlbəttə ki, istintaqın vəzifəsi məlumatı yoxlamaqdır”, - deyə polis əməkdaşı bildirib.
Müsahiblə söhbət zamanı istintaqın digər maraqlı detalları da üzə çıxıb. Polis öldürülən Nərminin anasının davranışının bir az çaşqınlıq yaratdığını bildirib: "Belə görünür ki, ana qızının təhlükəsizliyinə az əhəmiyyət verib. Quliyevin evində cəsəd aşkar edildikdən bir gün sonra kriminalistlər öldürülmüş qızın gündəliyini tapdılar. Orada son cümlələr belərdir: "Atam məni də bacılarım qədər sevsəydi, onda mən xoşbəxt olardım. Böyük bacımın sabah toyu olacaq...”
"Nərminin atası içki düşkünlüyündən əziyyət çəkir. Onun işi bütün günü içmək və yatmaqdır. Qızın anasının da öz qayğıları var. Kəndlilərin danışdıqlarının nə qədər həqiqət olduğunu bilmirəm. Bütün bunlardan isə Nərmin zərər gördü”, - deyə hüquq mühafizəçisi əlavə edib.
Qeyd edək ki, Nərmin elə bu kənddə yaşayan ana nənəsi tərəfindən böyüdülüb.
O da məlumdur ki, İ.Süleymanov etirafı saxlandıqdan üç gün sonra edib. Əməliyyatçılar ona çardaqdakı pərdə üzərində olan qan izləri barədə məlumat veriblər. Deyiblər ki, ekspertiza qanın kimə məxsus olduğunu göstərəcək. İ.Süleymanov da qətli etiraf edib.
Polis əməkdaşının sözlərinə görə, İ.Süleymanova heç bir fiziki təzyiq göstərilməyib. O, tutulan zaman Tovuzda Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun yüksək çinli nümayəndələri olub, bu səbəbdən heç kim saxlanılan şəxsə görə özünü zərbə altına qoymazdı.
Qeyd edək ki, bu yaxınlarda vəkillər tərəfindən istintaq altında olan şəxsə göstərilən fiziki təzyiq barədə məlumat yayılmışdı.
"İlkin Nərmini bulka ilə qidalandırdığını etiraf edib. Mağazanın satıcısı İlkinə hər gün bir bulka satdığını deməklə onun sözlərini təsdiqləyib. Gündə ancaq bir bulka yeyən uşağın orqanizmi taqətdən düşüb və zəifləyib. Məhbusdan Nərminin niyə qışqırmadığını soruşanda isə o, qızın ilk gün bunu etməyə çalışdığını, sonra isə onu bağlayaraq, ağzına əsgi qoyduğunu deyib. Sonra qız xəstələnib. Gecə valideynləri yuxuya gedəndə İlkin uşağı ayaqyolu ehtiyacları üçün çölə çıxarırmış. O, ilk əvvəl qızı öldürmək istəmədiyini, ancaq "Səni axtarıram”verilişinə baxandan və uşağın itməsində nənənin və əminin şübhəli bilindiyini anladıqdan sonra ondan yaxa qurtarmağa qərar verdiyini bildirib”, - deyə hüquq mühafizəçisi bildirib.
Eyni zamanda, yayılan səs yazısının Almaniyaya mühacirət etmiş müxalifətçi Qabil Məmmədov tərəfindən edildiyi və saxta olduğu barədə məlumatlar ortaya çıxıb. Bunun nə dərəcədə doğru olduğunu istintaq yoxlayacaq.
Xatırladaq ki, Nərmin Quliyeva 21 noyabr saat 15:00-da qonşuların toy şənliyi zamanı qaçırılmışdı. Yanvarın 6-da onun yanmış meyiti yaşadığı evin yaxınlığında tapılıb. Qonşulara və polisə qızın cəsədinin tapılması barədə ilk məlumat verən İ.Süleymanov olub.
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- Rəşid Behbudovun qızı...RƏDD ETDİ
22 yanvar 2026 22:18
- Ermənilər barışığa can atır, amma heç vaxt inanmaq olmaz – Xankəndili sabiq deputat
21 yanvar 2026 17:09
- Bacısı oğlundan keçmiş deputata ittiham: Ştutqartı əlimizdən alıb
21 yanvar 2026 16:58
- Əliağa Vahid ölü yiyələrindən niyə küsmüşdü? – Qızından atası ilə bağlı maraqlı xatirə
11 yanvar 2026 12:42
- Mən sözü qoymuşam gözümün üstə... - Səksənincilər- layihəsindən Səməd Qaraçöpün şeirləri
9 yanvar 2026 20:33
- Tı kto takoy, Rasim Balayev? Səni adam edən mən olmuşdum – Şeyx Əbdül Mahmudovla ŞOK MÜSAHİBƏ
9 yanvar 2026 20:03
- Azərbaycan cazının əfsanəsi erməni əli ilə necə öldürüldü?
7 yanvar 2026 23:05
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
