Rasim Musabəyovun babası və Şaumyan...
Çox unutqan və bivec millətik. Özümüzə qənim kəsilməkdə tayımız-bərabərimiz yoxdur. Bəlkə də dünyada öz tarixinə, keçmişinə laqeyd olan ikinci belə millət tapmaq çətindir. Adam 10 ildir müstəqil dediyimiz(?) Azərbaycan parlamentinin deputatıdır, indi yadımıza düşdü ki, onun babaları kimlər olub?
1918-ci il Mart qırğınını Şəhər kommunasının sədri Şaumyanın əmri ilə həyata keçirən əsas təşkilatçılar sırasında yer alanlardan biri də bəli, Bakının hərbi komendantı Qəzənfər Musabəyov olub. Onun kimliyini araşdırmağa ehtiyac yoxdur. Əgər milli təəssübkeşliymiz olsa idi, bu gün babası Qəzənfər Musabəyovla qürur duyan nəvə Rasim Musabəyovun Azərbaycanın Milli Məclisində təmsil olunmasına imkan verməzdik. Birinci hökumətimizin çökməsində Musabəyovlar nəslinin göstərdikləri xidmətlər danılmazdır. Dövrün gerçək hadisələrindən biri də Məmməd Əmin Rəsulzadənin yaratdığı Müsavat Partiyası ilə bağlıdır ki, üzərində dayanmağı vacib hesab edirəm. Müsavatın güclənməsi Bakı kommunasını bərk qorxuya salırdı. Ona görə də təşkilata qarşı mübarizədə Şaumyanın başlıca məqsədi Müsavatı ləğv etməkdən ibarət idi. Bu məsələdə onun yaxın silahdaşı kimi Qəzənfər Musabəyovun misilsiz xidmətləri xüsusilə qeyd olunmalıdır. İllər keçdi və gəlib çatdıq 1992-ci ilə. Bu zaman nəvə Musabəyovu İsa Qəmbərin rəhbərliyi ilə təsis edilən Müsavat Partiyasının Divan üzvülüyündə gördük və sonra da nəvə Musabəyov buradan transfer etdi hazırkı YAP hökumətinə. Maraqlıdır, deyilmi? Yuxarıda müstəqil Azərbaycan sözünə bir sual işarəsi əlavə etmişdim. Səbəbsiz etməmişdim. Jirinovskinin neçə gün əvvəl səsləndirdiyi “Rusiya heç bir vəchlə Azərbaycan parlamentinə müxalifət partiyasının buraxılmasına yol verə bilməz”. Yəni sahibi – ixtiyar bizik. Bir balaca dərindən düşünəndə adamı dəhşət bürüyür. Doğrudanmı Rusiya Azərbaycanı özünə bir avtonom diyar hesab edir? Yoxsa niyə belə desin ki!? Belə təhqiramiz bəyanatdan sonra gözləmək olardı ki, Azərbaycan hökuməti, müxalifəti, cəmiyyətimiz və ziyalılarımız tərəfindən kəskin tənqid olunacaq və Rusiya dövlətinin sözçüsü Jirinovskini siyasi işğalçı mövqedən çəkinməyə məcbur edəcəklər. Yalandan bir-iki yüngül etirazla işi bitmiş hesab etdik. Bizim ki, qalıb bir Allaha!!! Çalışacam bundan sonra müstəqil sözünü dilimə gətirməyim. Gətirəndə də müstəqil dediyimiz Azərbaycan şəklində ifadə edim.
Eldar Sabiroğlu
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
8 fevral 2026 12:25
- Müdafiə Nazirliyinin sabiq mayoru SAXLANILDI
3 fevral 2026 19:15
- Tı kto takoy, Rasim Balayev? Səni adam edən mən olmuşdum – Şeyx Əbdül Mahmudovla ŞOK MÜSAHİBƏ
9 yanvar 2026 20:03
- Azərbaycan cazının əfsanəsi erməni əli ilə necə öldürüldü?
7 yanvar 2026 23:05
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 2025 11:28
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
- QUQUŞ-dan maraqlı etiraflar - Azərbaycanın ürəyimdə xüsusi yeri var…Bakıda, Gəncədə, Sumqayıtda kasetlərimə qulaq asırdılar
10 dekabr 2025 01:05
- İlk hərbi təyyarəçimiz: Milli Qəhrəman Vaqif Qurbanov haqqında maraqlı faktlar
7 noyabr 2025 22:16
- Silahla gəlib dedi ki, məni Ramiz Mehdiyev göndərib, sizi öldürmək... - MÜSAHİBƏ
25 oktyabr 2025 03:41
- Ramiz Mehdiyevin həbsdəki adamı - Ona da xəyanət etmişdi
23 oktyabr 2025 11:26
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
