Vasif Talıbovun deputat oğlu haqda maraqlı məlumatlar (FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymur Talıbovun deputat seçilməsi Talıbovlar ailəsini yenidən medianın gündəminə gətirib.
yenisabah.az xəbər verir ki, bu, S. Talıbovun ilk deputatlığı deyil. O, 2015-ci ildə Naxçıvan Ali Məclisinə keçirilən seçkilərdə də deputat olub.
V. Talıbovla bağlı internet resurslarda kifayət qədər informasiya mövcuddur. O, media üçün qapalı olmayan məmur övladlarındandır və zaman-zaman haqqında KİV-də məlumatlar yayılıb.
S. Talıbov kifayət qədər gənc olmasına baxmayaraq, elm sahəsində alimlik dərəcəsi alıb. Onun London Universitetində ali təhsil aldığı, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin Beynəlxalq münasibətlər kafedrasında baş müəllim vəzifəsində işlədiyi haqda məlumatlar mövcuddur.
Oğul Talıbov 2014-cü ildə Ali Attestasiya Komissiyasına hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi təqdim edib. "Regional enerji təhlükəsizliyinin beynəlxalq hüquqi problemləri" adlı elmi işdə Xəzər regionunda enerji təhlükəsizliyi məsələlərindən bəhs olunub.
S. Talıbov 2017-ci ildə dəbdəbəli toyu ilə gündəmə gəlib. Onun "Buta Palace"da etdiyi toy məclisinə ölkənin tanınmış şəxsləri dəvət alıb. Seymur Naxçıvan MR-nın daxili işlər naziri Fazil Ələkbərovun qızı ilə ailə həyatı qurub.
2019-cu ilin mayında S. Talıbov Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmovun əmri ilə Federasiyanın vitse-prezidenti təyin edilib.
Onu da qeyd edək ki, bir neçə ildir mediada S. Talıbovun atasının yerinə - Naxçıvan MR-nın Ali Məclisinin sədri postuna hazırlanması haqda iddialar yayılmaqdadır. Bu xəbərlərdə bildirilir ki, onun son zamanlar ictimai həyatda aktivliyi 9 fevral seçkilərindən sonra AM sədri olacağı ilə bağlıdır.
İddialara görə, Naxçıvan MR Ali Məclisi sədrinin bu planı rəsmi Bakı tərəfindən bəyənilməsə də, muxtar iradə öz arzusunu həyata keçirməkdə israrlıdır. Seymur Talıbovun Naxçıvan Muxtar Respublikasının Şahmat Federasiyasına rəhbərlik etməsi də varis planı ilə əlaqələndirilir.
20 ildir Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Vasif Talıbovun isə Naxçıvandan Bakıya daha yüksək vəzifəyə gətiriləcəyi də iddialar sırasındadır.
Oxşar xəbərlər
- Prezident qəbul keçirdi - Fotolar
13 may 2024 11:13
- Prezident məni bağrına basdı, çox həyəcanlı idim - Fotolar
12 may 2024 12:09
- Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto
11 may 2024 16:39
- Prezident Füzulidə açılış etdi - Fotolar - Yenilənib
10 may 2024 16:17
- Müşfiq Atakişiyevə 14 il 6 ay həbs cəzası verildi
10 may 2024 16:10
- Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
10 may 2024 12:00
- Sənədsiz evi olanlara şad xəbər
9 may 2024 23:29
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
7 may 2024 14:18
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
7 may 2024 01:46
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
7 may 2024 00:53
Xəbər lenti
- Anası ayrılmaq istəyib, məşqçi də hirsini Fəriddən çıxıb – Şahid DANIŞDI
13 may 11:42
- Prezident qəbul keçirdi - Fotolar
13 may 11:13
- Prezident məni bağrına basdı, çox həyəcanlı idim - Fotolar
12 may 12:09
- Zakir Fərəcov məhkəməyə verildi
11 may 19:34
- Ziba Osmanova iki azyaşlını maşınla vurdu
11 may 19:18
- Ramiz Tahirov vəzifəsindən azad olundu - Foto
11 may 16:54
- Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto
11 may 16:39
- Prezident Füzulidə açılış etdi - Fotolar - Yenilənib
10 may 16:17
- Müşfiq Atakişiyevə 14 il 6 ay həbs cəzası verildi
10 may 16:10
- İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad (VİDEO)
10 may 12:27
- Prezident Zakir Fərəcovla Gündüz Əliyevin işini nəzarətə götürsə... - Sahibkarlar xahiş etdi
10 may 12:20
- Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
10 may 12:00
- Sənədsiz evi olanlara şad xəbər
09 may 23:29
- Rusiya sərhədçiləri Ermənistanın hansı bölgəsində qalacaq?
09 may 23:20
- Alman ayaqqabısı - Daşqın Məmmədovun hekayəsi
09 may 23:03
- Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi
09 may 12:11
- Bu ölkədə ilk dəfə qadın prezident seçildi
09 may 12:06
- Azərbaycanda Qələbə Günü qeyd olunur
09 may 11:57
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
Video & Fotoqalereya
Video
Fotoqalereya