Universitet rektoru vətəndaşın torpağını zəbt edib
Azərbaycan Dövlət İqdisadiyyat Universitenin rektoru
Cənab Muradov Ədalətə.
Açıq məktub!
Bildiyiniz kimi universitetin yeni tədris korpusu Bakı şəhəri, Yasamal rayonu M. Muxtarov küçəsi 194 ünvanında tikilir. Bir vətəndaş olaraq, Sizə aşağıdakı məlumatları çatdırmaq istəyirəm:
1.Mənim torpaq ərazimdən universitetin kanalizasiya və su komunikasiya xətləri keçirilib və məhz bu səbəblərdən gələcəkdə öz tikintimin bünövrəsini qoya bilməyəcəyəm- bu barədə ekspertizanın rəyi, qərarı və foto şəkillər vardır.
2.Mənim torpaq ərazimdən qaz sistemi çəkilib- bu faktı fotoşəkil təstiqləyir.
3.Sizin göstərişiniz ilə Universitet (nümayəndə Nəsibov Kamandar) öz qarşılıqlı iddia ərizəsi ilə məhkəmədən xahiş edir ki, mənim torpaq ərazimin bir hissəsini onların istifadəsinə verilsin (məhz mənim torpaq ərazimin bir hissəsini).
4. 2020-ci il yanvar ayının sonunda mənim sizin ilə, baş verən görüşümüzün nəticəsində, siz öz məhkəməyə verdiyiniz iddianı geri götürməyə, eskiz layihəni dəyişdirməyə və s., söz vermişdiniz. İndiyə qədər heç bir dəyişiklik yoxdur.
5.Proyektin (eskiz layihəsinin) mənim ərazimə düşən hissəsinə heç bir hüquqi qüvvəsi yoxdur. Bunu sizə ən savadsız hüquqşünas belə təstiq edə bilər.
6.Sizin tərəfinizdən mənim ərazimin bir hissəsi betonlaşdırılıqdan sonra orada iki yol çəkilib: piyada və nəqliyyat vasitələri üçün (ekspertiza qərarı və fotoşəkillərlə təstiqlənə bilər). Ən qəribəsi odur ki, gələcəkdə siz, proyektə əsaslanaraq bu yolu saxlamaq niyyətindəsiniz. Təkrarən sizi məlumatlandırmaq istəyirəm ki, layihənin mənim ərazimə düşən hissəsinin heç bir hüquqi qüvvəsi yoxdur.
7.Mənə məxsus olan torpaq sahəsində sizin həyata keçirdiyiniz işlər, hansı biri mənim tərəfimdən təstiqlənib?
Biz Azərbaycan Respublikasında yaşayırıq. Bizim ölkədə halal və haram anlayışları mövcuddur. Siz, sizə məxsus olmayan torpaq sahəsini mənimsəməyə çalışırsınız.
8.Məhkəməyə müraciət etmədən öncə universitet nümayəndələri ilə görüşmək cəhdləri, onlar tərəfindən təkrar-təkrar rədd edilmişdir. Hətta şəxsən sizə yazılı formada olan müraciətimin qəbzi var.
Çıxış yolum olmadığından 2019-cu il avqust ayında Yasamal Rayon Məhkəməsinə müraciət etdim. Hal-hazırda hakim Mehdiyev Emin tərəfindən işə baxılır.
Habelə; məhkəmənin bütün üzüntü və çətinliklərini bilərəkdən sizcə, hansı Azərbaycan Respublikasının vətandaşı könüllü olaraq, məhkəməyə müraciət edər?
Siz artıq 2 ildir ki, icazəm olmadan, mənim şəxsi mülkümü istifadə edərək, Azərbaycan Respublikasının qanununu tapdalayırsınız. Hansı mübahisəli torpaq ərazisindən söhbət gedə bilər? Bizim torpaq sahələrimizin arasında olan daş hasar sizin tərəfinizdən sökülüb (sənədlə təstiqlənə bilər). Bizim hətta ünvanlarımız belə fərqlidir:
Bakı şəhəri M.Muxarov 194 sizə aid olan sahədir, mənə aid olan sahə isə M.Muxtarov 190-dır. Mənim ərazimin mübahisəli olduğunu təstiq edən hər hansı bir sənədi təqdim etməyinizi tələb edirəm. Universitet məhkəmədən mənim ərazimin bir hissəsini onlara verməyimi xahiş edir (gələcəkdə orada yol çəkmək istəyirsiniz) və bununla da bu ərazinin məhz sizə aid olmadığını təstiq etmiş olursunuz. Siz, Ali Təhsil müəssisəsi olaraq 1 hektardan çox, şəhərin 3 müxtəlif küçəsinə yönələn ərazisinə sahibsiniz. Mənim 2.4 sot ərazimdən nə istəyirsiniz?
Mənki sizdən heç nə istəmirəm, mən sadəcə sizdən sizə aid olmayan öz şəxsi ərazimdən gözünüzü çəkməyinizi tələb edirəm. Darvazaları bağlayın! Boruları, qaz sistemini yığışdırın! Məndən və mənim torpaq sahəmdən əl çəkin! Siz məhkəməyə, ekspertizaya və digər dövlət orqanlarına Prezidentin adından istifadə edərək təzyiq göstərirsiniz. Möhtərəm Prezident, heç bir zaman hər hansı bir ərazinin qanunsuz, icazəsiz zəbtinə və sonra həmin ərazidə yeni tədris korpusunun açılışına, onu dəvət olunması barədə heç kəsə belə səlahiyyət verməyib. Prezidentimiz çox gözəl qeyd edib: “Nə Allahdan qorxurlar, nə də insanlardan”! Mən anlayıram ki, siz və mən fərqli statuslara malik olan insanlarıq. Sizi inandırıram ki, əgər burada ədalət, haqq tapmasam (sizin məhkəməyə, ekspertizaya və digər dövlət orqanlarına göstərdiyiniz təzyiqi nəzərə alaraq), cənab Muradov, biz bu işi Avropa İnsan Hüquqları Məhkəməsinə çatdıracağıq. A.İ.H.M.-i bu işə yekdilliklə baxacaq. Və bu iş sizin rektor vəzifəsini tutduğunuz dövrdə başlayıb (sizdən sonra siz, universitetə və Azərbaycan hakimiyyətinə hansı problemi yaradırsınız?). Bir Azərbaycan vətəndaşı olaraq mən və mənim vəkillərim Konsutitsiyamıza əsaslanaraq hər zaman sözümüzün üzərində duracağıq. Universitetin elmi inkşafında iştirak etdiyi zamanda, kiminsə şəxsi mülkünü qanunsuz zəbt etmək; yol verilməzdir!
Mir Valeh Mövsümov Seyid Rza oğlu
Əlaqə tel: +994 50-549-50-40
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 2026 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
