10 gündür parlamentdə meymunluq edirsiniz
Maraqlı25 iyun 2020 14:12
"Türkiyə səfirliyindən Mehmet Əli Bayar sevinə-sevinə dedi ki, Heydər Əliyev Əbülfəzlə birgə işləməyə razılıq verib..."
"Heydər Əliyev: "Artıq 10 gündür ki, siz burada əyləşmişsiniz və ölkə parçalandığı vaxt meymun kimi boşboğazlıq edirsiniz!!."
Ötən il tanınmış Amerika araşdırmaçı jurnalistinin Azərbaycanın yaxın tarixində baş vermiş olaylar barədəki qeyd və xatirələrindən ibarət "Azərbaycan gündəliyi" adlı kitabından bəzi parçaları vermişdik...
Bu dəfə Moderator.az oxucularına amerikalı həmkarımızın 4 iyun Gəncə hadisələrindən sonrakı təxminən bir ay ərzində Azərbaycanda şahidi olduğu olay və proseslər barədəki gündəlik qeydlərindən ən maraqlı epizodları nəzərinizə çatdırmağa çalışacağıq... Yəqin ki, Azərbaycan daxilində heç bir siyasi qüvvəyə birbaşa bağlılığı olmayan əcnəbi jurnalistin Azərbaycan xalqının və dövlətinin taleyində həlledici rol oynamış həmin olaylar barədəki tərəfsiz olmalı olan fikir və təhlilləri oxucular üçün maraqlı olar.

(Əvvəli burada: https://www.moderator.az/news/331414.html)
1993-cü il iyunun 15-də Heydər Əliyev Gəncədən Bakıya döndükdən sonra yenidən sessiya çağırıldı ki, 13-də yarımçıq qalmış məsələlər, yəni Gəncədəki vəziyyətin müzakirələri davam etdirilsin. Heydər Əliyev sessiyaya gələnlərlə öz təəssüratlarını bölüşəcəkdi. Lakin təəssüratdan başqa daha nə isə də vardı...
“Biz razılığa gəldik!”- Türkiyə səfirliyindən Mehmet Əli Bayar mən onun maşınına əyləşdiyim zaman sevinə-sevinə belə dedi.
“Nə məsələdir ki?”- deyə maraqla soruşdum.
“Heydər Əliyev Əbülfəzlə birgə işləməyə razılıq verib. Onun Surətdən qətiyyən gözü su içmir. Onun fikrincə, o, dəlidir və onu mütləq durdurmaq lazımdır... Beləliklə, o, “şərikli idarə olunan hökumət qurmağa razıdır!”..
Elçibəy hakimiyyəti itirmiş kimi qalır və Heydər Əliyev gündəlik işlərlə hakimiyyəti ələ keçirir? Mən parlament sədrinin əslində Vitse-prezident, yəni Elçibəyin başına bir iş gəldiyi təqdirdə onu əvəz edəcək birinci adam olduğunu deməklə Mehmet Əlinin qanını qaraltmaq istəmədim...
Parlamentdə zal adamla qaynaşırdı. Və birinci mərtəbə deputatlarla və mən Mehmət Əli və Filip kimi xüsusi əlaqəli dostlarla dolu idi. Biz zalın arxa hissəsində- VİP sektoru tərəfində bir yerdə əyləşdik və bataqlığı seyr etmyə başladıq. Mənim nə vaxtsa Azərbaycanda gördüyüm hər bir timsah orada idi... Bu gün nə isə xüsusi bir gün olacaqdı...
Bayırda gecikmişləri içəri çağıran səs siqnalı verildi, qeydiyyat və səsvermə ekranları işıqlandı... Sədr üçün nəzərdə tutulmuş yerdə əyləşmiş Tamerlan Qarayev qalstukunu düzəltdi və boğazını arıtladı. Onunla yanaşı əyləşmiş sədrin o biri müavini Afiyəddin Cəlilov idi. Nəhayət, Naxçıvan Məclisinin sədri, eyni zamanda Milli Məclisin ikinci sədr müavini üçün ayrılmış yerdə Heydər Əliyev oturdu...
Sonra isə hamını təəccübləndirən, çoxunu isə heyrətə gətirən bir şey baş verdi – qapı açıldı və tribunanın arxa tərəfində dövlət başçısı üçün ayrılmış yerə doğru addımlayan arıq və beli bükülmüş adam peyda oldu. Bu, Əbülfəz Elçibəy idi. O əyləşdi və gözlərini parlamentdəki düşmən dənizinə zillədi. O, elə sakit və soyuqqanlı görünürdü ki, sanki nəyinsə təsiri altında idi...
Tamerlan adbaad səsverməyə başladı və yetərsay olduğunu müəyyən etdi. Təəccüblü deyildi ki, o, Heydər Əliyev Gəncəyə səfər etməzdən əvvəl müzakirəsi yarımçıq qalmış məsələdən, yəni İsa Qəmbərin qəfil istefasıyla əlaqədar olaraq yeni sədrin seçilməsinin müzakirəsinə keçdi...
“Bəs Gəncə hadisələrinin və hökumətin törətdiyi cinayətn müzakirəsi necə oldu?! Siz bizim başımızı poeziya və yalanla aldadırsınız!”- deyə Yaqub (“dollar”) Məmmədov qışqırdı.
1992-ci il mayın 14-dən bəri ilk dəfə idi ki, o, parlamentdə görünürdü və burda olmasında məqsəd onun Heydər Əliyevin seçilməsindən qabaq seçki prosedurlarına əngəl törətmək cəhdi idi. Onun ikinci çağırışı bu şübhəni təsdiq etdi:
“Mən Azərbaycan xalqı tərəfindən qayda-qanuna uyğun və demokratik surətdə seçilmiş konqresin – Ali Sovetin iclasının çağırılmasını tələb edirəm!”
Rəhim Qazıyev də Yaqub Məmmədovun təklifini dəstəklədi. Belə görünürdü ki, onun Heydər Əliyevlə Gəncəyə gedib-qayıtmasından yaxşı heç nə alınmamışdı...
Həmçinin bir sıra başqa prosedur çəkişmələri də oldu, lakin Heydər Əliyev onların davam etməsinə yol vermədi.
“Siz mənim Surət Hüseynovla Gəncədəki görüşümdən aldığım təəssürat barədə soruşursunuz” - deyə Heydər Əliyev başladı və səsi getdikcə daha da gurultulu oldu – Lakin mən ora müzakirə etmək üçün məlumat toplamağa getməmişdim. Siz artıq bunu iki gün ərzində müzakirə etmisiniz və təhqiqat komissiyası da təşkil etmisiniz! Hadisələr iyunun 4-də baş verib və indi artıq 10 gündür ki, siz burada əyləşmişsiniz və ölkə parçalandığı vaxt meymun kimi boşboğazlıq edirsiniz!!.”
“Mən başa düşmürəm” –deyə o, səsinə xüsusi intonasiya verərək yenidən başladı- Əgər siz yeni sədr seçmək istəyirsinizsə, mən qalacağam, yox, əgər Gəncə barədə danışmaq istəyirsinizsə, mən gedəcəm. Sizlərdən hansınız nə deyə bilər? Sizin hamınız burada oturmusunuz, heç biriniz Gəncəyə getməmisiniz; siz nəyi müzakirə edə biıərsiniz?! İndi istəyirsiniz ki, mən sizə özünüzün yaratdığınız bu hərc-mərclikdən xilas yolunu göstərim?! Əgər deputatlar mənim köməyimi istəyirlərsə, mən kömək edəcəm, yox istəmirlərsə, etməyəcəm! Hərəkət etmək lazımdır, müzakirə yox! Mən bura Azərbaycan Prezidentinin qonağı kimi elə buna görə dəvət olunmuşam...”
Tamerlan Qarayev gözlədi ki, Heydər Əiyev sözünü qurtarsın və sonra “müzakirəyə ehtiyacın olub-olmamasını”səsverməyə çıxardı. Elektron hesablayıcı “yox” cavabını verdi. Sonra o, ikinci səsverməni elan etdi - deputatlar yeni sədrin seçilməsini istəyirlər, ya yox. Cavab 36 nəfərin iki nəfərə qarşı səsi ilə “Hə” oldu...
(Davamı var)
Qeyd : Materialda adları çəkilən hər bir şəxsi və ya bəhs edilən hadisələrin digər şahidlərini də dinləməyə hazırıq.
Təqdim etdi: Sultan Laçın
Oxşar xəbərlər
- Parlamentdə 1 dəqiqəlik sükut
24 fevral 2026 13:01
- Bu kəndlərə bir neçə gündür canavarlar hücum edir
22 fevral 2026 23:08
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- 15 yaşadək uşaqlara sosial şəbəkələr qadağası
25 yanvar 2026 13:52
- Tı kto takoy, Rasim Balayev? Səni adam edən mən olmuşdum – Şeyx Əbdül Mahmudovla ŞOK MÜSAHİBƏ
9 yanvar 2026 20:03
- Dünya çox təhlükəli mərhələyə girir – Əli Məsimlidən sensasion müsahibə
4 yanvar 2026 13:26
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 2025 12:33
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 2025 09:02
- 107 yaşlı Azərbaycan Parlamenti - müsəlman dünyasında ilk
7 dekabr 2025 00:40
- Gültəkin Hacıbəyli Türkiyədə SAXLANILDI
30 noyabr 2025 09:43
Xəbər lenti
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
Video & Fotoqalereya
Video
Fotoqalereya
