Müharibənin 5-ci günündə İrəvanda etiraf etdilər ki...
Müsahibə26 dekabr 2020 20:50
Rusiyanın geniş oxucu auditoriyasına malik olan nüfuzlu "Nasionalnaya oborona” jurnalında "İkinci Qarabağ müharibəsi: Azərbaycan zəfər çaldı, Ermənistan təslim oldu” sərlövhəli məqalə dərc edilib.
axar.az xəbər verir ki, müəllifləri Yevgeni Krutikov və Vladislav Listovski olan materialda Dağlıq Qarabağda 44 günlük silahlı münaqişənin erməni tərəfinin tam məğlubiyyəti və Nikol Paşinyanın faktiki kapitulyasiyası ilə başa çatmasından bəhs olunur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Döyüş əməliyyatlarının yekununa və imzalanan üçtərəfli bəyanata müvafiq olaraq, Ermənistan belə adlandırılan "təhlükəsizlik kəməri” (erməni qoşunları tərəfindən işğal edilən Azərbaycanın yeddi rayonu) və Dağlıq Qarabağ üzərində nəzarəti itirib. Hərbi uğursuzluqlar nəticəsində Ermənistanda kəskin siyasi böhran yaranıb.
Erməni tərəfinin məğlub olmasının səbəblərini təhlil edən müəlliflər yazır ki, qondarma "DQR”də və Ermənistanın özündə ermənilər psixoloji səviyyədə 1994-cü ilin qələbəsi barədə xatirələrə arxayın idilər. 2020-ci il üçün olan vəziyyətə görə Azərbaycan Ordusunun həm sayca, həm də keyfiyyətcə aşkar üstünlüyünə baxmayaraq, Xankəndidə və İrəvanda "biz o vaxt qələbə qazandıq, indi də Bakıyadək gedib çıxacağıq” kimi xülyalarla yaşayırdılar.
Məqalədə qeyd olunur ki, indiki müharibədə Ermənistanın məğlubiyyət səbəbləri strategiya, kəşfiyyat və qismən də psixologiya məsələlərinə əsaslanır. Ermənistanın müharibəyə tamamilə hazırlıqsız vəziyyətdə olması ortaya çıxdı. Hərbi əməliyyatların artıq beşinci günündə İrəvanda etiraf etdilər ki, döyüşməkdən imtina edən 1500 erməni hərbi qulluqçu fərarilik edib. Müharibənin sonuna yaxın erməni fərarilərinin sayı artıq 10 min nəfərə bərabər idi. Özü də bütün səhvlərin bir hissəsi təkcə Paşinyan hakimiyyəti dövrünə deyil, həm də onun sələfləri – Robert Köçəryan və Serj Sərkisyan dövrünə də aid edilir. Lakin etiraf etmək lazımdır ki, məhz Nikol Paşinyan Azərbaycanı həmişə təhrik edərək, müharibənin reallığa çevrilməsi üçün əlindən gələni etdi.
Məqalədə vurğulanır ki, qondarma "dqr”in hava hücumuna qarşı müdafiə sistemi İsrail və Türkiyə istehsalı olan yüzlərə dronun qarşısında effektli müqavimət göstərə bilmədi. Erməni ordusu qarşı tərəfin zərbə pilotsuz uçuş aparatlarının və hava patrulu xidməti üçün silah-sursatın təsirindən quruda ağır itkilərə məruz qaldı. Həm də azərbaycanlılar ermənilərin hava hücumuna qarşı müdafiə sistemi mövqelərinə raket və uzaqvuran artilleriya silahlarından məqsədyönlü şəkildə zərbələr endirirdilər.
Məqalədə qeyd olunur ki, Azərbaycan Ordusu səhra zonasında uğurla irəliləyəndən sonra ümumi potensialını qoruyub saxlamışdı. Bakıda güman edirdilər ki, ermənilərin ehtiyatları tükənib, onların səfərbərlik planı pozulub. Bununla belə, düşmənin silah-sursat anbarlarını uğurla məhv edən artilleriya resursu düzgün şəkildə istifadə olunurdu. Bu, erməni tərəfinin ehtiyatının azalması və onların müdafiə potensialının böhran dərəcəsində zəifləməsi ilə nəticələndi.
Müəlliflər yazırlar: "İrəvan bu müharibədə faktiki olaraq uduzmasını artıq başa düşəndə Ermənistan ərazisindən Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən şəhərlərinə gecə saatlarında bir neçə raket zərbəsi endirildi. "Toçka-U” və "Elbrus” operativ-taktiki raket komplekslərindən istifadə olunmaqla endirilən raket hücumlarına, əsasən, Gəncə (Azərbaycanın ikinci böyük şəhəri) və Mingəçevir məruz qaldı. Bu, Azərbaycanı analoji hərbi cavaba təhrik etmək, sonra isə "təcavüz qurbanı” qismində kömək üçün Rusiya və KTMT-yə müraciət etmək məqsədi daşıyırdı. Lakin bu taktika Ermənistana uğur gətirmədi, Bakıda bəyan etdilər ki, onlar Ermənistan şəhərlərinə hücum etməyəcək və düşmənlə döyüş meydanında savaşacaqlar”.
Oxşar xəbərlər
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Ramiz Mehdiyevin adı keçən 18 illik uşaq oğurluğu dosyesi yenidən açılır – DTX-dən cavab
27 yanvar 2026 21:29
- Bizimlə donuzdan da pis rəftar edirdilər - Azərbaycanlı əsir Rusiyanı biabır etdi
26 yanvar 2026 11:06
- Əliağa Vahid ölü yiyələrindən niyə küsmüşdü? – Qızından atası ilə bağlı maraqlı xatirə
11 yanvar 2026 12:42
- Pezeşkiandan ŞOK ETİRAF: Ürək cərrahıyam, üç aylıq maaşım...
10 yanvar 2026 22:39
- 1799-cu ildə Suvorov Alpları niyə aşmışdı? - Rusiyanın köləlik naminə qanlı savaşları
10 yanvar 2026 11:21
- Tı kto takoy, Rasim Balayev? Səni adam edən mən olmuşdum – Şeyx Əbdül Mahmudovla ŞOK MÜSAHİBƏ
9 yanvar 2026 20:03
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
