- Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - Fotolar
- Dramatirix Hüseynbala Mirələmova Türkiyənin xüsusi mükafatı təqdim edildi (FOTO)
- Gecə-gündüz QARANLIQ və ÇİRKAB işlərə bulaşan Gündüz Əliyev kimdir – Fərəcovun “sağ əli”nin milyonluq cinayətləri...
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
“Belə bir vəziyyətdə Xankəndi və Xocalını ala bilərdik, lakin...”
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov İkinci Qarabağ müharibəsinin razılaşdırılmış olması ilə bağlı iddiaları şərh edib.
“Qafqazinfo” xəbər verir ki, keçmiş XİN rəhbəri bu barədə öz feysbuk hesabında yazıb.
“Bu gecə, yaxud sabah səhər Ermənistanın bizim torpaqlarımızı işğal etməsinə qarşı Azərbaycanın İkinci Vətən Müharibəsi zamanı apardığı hərbi əməliyyatlara son qoymuş Birgə Bəyanatın qəbul olunmasından dörd ay ötür. İlk emosional dalğanın səngiməsi, nəyin baş verdiyini və hazırda bizim harada olduğumuzu dərk etmək üçün müddət yetərli olmasa da, kifayət qədərdir.
Şübhəsiz, bu tarixi hadisəyə daha dolğun qiymət dövlət başçısı tərəfindən verilib, lakin obyektivliyə rəğmən, hamının yaxşı anladığı reallıqların diktə etdiyi statusa və siyasi konyukturaya görə, bu qiymət mütləq şəkildə hərtərəfli ola bilməz...
Fövqəladə şəkildə məlumatlı insan roluna qəti şəkildə iddialı deyiləm, lakin hansısa “vəzifə sahibi” olmamaq statusu “dövlət sistemi”nə aid insanların heç vaxt deməyəcəkləri məsələlər haqqında açıq danışmağa imkan verir...
Beləliklə, əsas sual – baş verənlərin hamısı “əvvəlcədən razılaşdırılmış” idi, yoxsa əksinə?
Səmimi olsaq, birinci variantın da əlamətləri var və elə hadisələr var ki, bunları əvvəlcədən “planlaşdırmaq” və reallaşdırmaq qeyri-mümkündür. Məsələn, heç kimin gözləmədiyi halda Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin qəhrəmanlığı və taktiki yenilikləri, istifadə olunan PUA-ların dağıdıcı effekti, Ali Baş Komandanın ayrı-ayrı birləşmələri birbaşa idarəetməsinin əhəmiyyəti və s...
Yaxud düşmənin müdafiə sisteminin gözlənilmədən sürətli bir şəkildə çökməsi və hərbi qulluqçularının kütləvi şəkildə fərarilik etməsi (rəsmi mənbələrə görə, 10 min nəfər)...
İkinci variantın xeyrinə olan belə nümunələrin sayı olduqca çoxdur və bunlar hamıya məlumdur. Lakin bütün bunlar Ermənistanda və Azərbaycanda “sövdələşmə nəzəriyyələri”nin çoxsaylı və qatı tərəfdarlarının rəylərinə təsir etmir.
Bəs, həqiqət haradadır? Həmişə olduğu kimi, həqiqət mərkəzdədir.
Əlbəttə, hərbi əməliyyatlar başlayana qədər Ermənistanın və Azərbaycanın rəhbərlikləri çoxsaylı tərəfdaşlarla çoxsaylı məsləhətləşmələr aparıblar və nəticədə özünəməxsus sərhədlər yaxud “qırmızı xət”lər müəyyən edilirdi ki, bunları pozmaq tövsiyə olunmurdu.
Misal üçün, çox güman ki, Ermənistana tövsiyə olunurdu ki, Azərbaycanın infrastrukturunun mühüm obyektlərinə, dinc əhalinin yaşadığı məntəqələrə, xarici şirkətlərin iştirakı ilə inşa edilmiş əhəmiyyətli obyektlərə zərbələr endirilməsin və s. Azərbaycana gəlincə, yuxarıda sadalananlara əlavə olaraq, erməni əhalisinin ənənəvi olaraq sıx yaşadığı yerlərdə və Ermənistan Respublikasının ərazisində hərbi əməliyyatların aparılmasına qadağa barədə danışmaq olar. Görünür, məhz buna görə, Şuşa rayonu və Şuşa şəhəri ətrafındakı vəziyyəti şərh edərkən Vladimir Putin, Rusiyanın 12 oktyabr təklifini qəbul etməyən Paşinyasnın mövqeyinin təəccüb doğurması haqda danışır...
Bu gün aydındır ki, Azərbaycan qoşunlarının Xankəndini götürmələri əvvəlcədən razılaşdırılmış “qırmızı xətlərin” pozulması demək olardı.
Əgər ermənilərin Şuşanı itirməsinə görə günah Paşinyanın tərsliyi və dözülməz davranışının üzərinə qoyulubsa, bu zaman Xankəndində hərbi əməliyyatların davam etdirilməsi Azərbaycan Prezidentinin əldə olunmuş razılaşmalardan kənara çıxmasına bərabər tutulardı. Belə olan halda, ermənilərin adından, o cümlədən “İsgəndər”lərlə PUA-ların idarəolunması məntəqələrinə, hava limanlarına, həmçinin ordu birləşmələrinin toplanma məntəqələrinə və onları idarəetmə məntəqələrinə zərbələr endirilərdi. Hərbi sursatlarını almağa unutduqları “SU-30” qırıcı təyyarələri birdən-birə həmin sursatları alardılar və s.
Belə bir vəziyyətdə biz yəqin ki, Xankəndini və çox güman, Xocalını ala bilərdik, lakin bu zaman “Rusiyanın neytrallığı”nın olmaması şəraitində Ağdam, Laçın və Kəlbəcərin azadlığı uğrunda uzunmüddətli və qanlı döyüşlər aparmalı olardıq.
Beləliklə, “böyük oyunçular”, - mən yalnız Rusiya və Türkiyəni nəzərdə tutmuram-, müharibəyə qədər Azərbaycan əhalisinin yaşadığı ərazilərin Azərbaycanın öz nəzarətinə qaytaracağına hazır idi. Lakin erməni təcrübəsində olan etnik təmizləmələri təkrarlayaraq, artıq ermənilərin özlərinə qarşı tətbiq etməyə bizə icazə verməzdilər. Bu, reallıqdır və bizim münasibətimizdən asılı olmayaraq o, belədir.
Yuxarıda bu gün bizim nəzarətimizdə olan torpaqları azad etməyə imkan verilməsinə dair şübhələrimi artıq açıqladım. Birmənalı şəkildə yeni və əhəmiyyətli itkilərə məruz qala bilərdik. Lakin bu da əsas deyil. Əgər biz bu “qırmızı xətt”i keçsəydik, əsas üstünlüyümüzü – mənəvi cəhətdən düzgünlüyümüzü və Qarabağa olan suveren haqlarımızın hüquqi əsasını itirmiş olardıq. Belə vəziyyətin yaratdığı digər effekt hakimiyyətin və şəxsən Prezidentin beynəlxalq legitimliyinin itirilməsi ola bilərdi. Belə olan halda Prezident təcavüzkar üzərində qalibdən erməni əhalisinə qarşı “etniz təmizləmənin təşkilatçısı və günahkarı”na çevrilərdi.
Burada yazdığım uğursuz və sonu məğlubiyyət olan ssenari, birmənalı olaraq, Azərbaycanın maraqlarına uyğun deyil.
Lakin sual yaranır ki, nəyə görə bizim qələbənin tənqidçiləri sakitləşmirlər? Bəlkə bütün bunları dərk etmirlər? Və bəlkə onları Qarabağ yox, hakimiyyət maraqlandırır?”
- İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
3 may 2024 11:51
- Ramiz Mehdiyevin kürəkəni məhkəmədə 3 milyonluq MMC-ni 1 qara qəpiksiz almışam dedi, videoçəkilişi gizlətdilər
2 may 2024 22:16
- Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - Fotolar
2 may 2024 21:18
- Gecə-gündüz QARANLIQ və ÇİRKAB işlərə bulaşan Gündüz Əliyev kimdir – Fərəcovun “sağ əli”nin milyonluq cinayətləri...
2 may 2024 17:51
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
2 may 2024 14:13
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
2 may 2024 12:32
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
1 may 2024 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
1 may 2024 22:04
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
1 may 2024 19:01
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
1 may 2024 16:13
- İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
03 may 11:51
- Ramiz Mehdiyevin kürəkəni məhkəmədə 3 milyonluq MMC-ni 1 qara qəpiksiz almışam dedi, videoçəkilişi gizlətdilər
02 may 22:16
- Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - Fotolar
02 may 21:18
- Dramatirix Hüseynbala Mirələmova Türkiyənin xüsusi mükafatı təqdim edildi (FOTO)
02 may 18:19
- Gecə-gündüz QARANLIQ və ÇİRKAB işlərə bulaşan Gündüz Əliyev kimdir – Fərəcovun “sağ əli”nin milyonluq cinayətləri...
02 may 17:51
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
02 may 14:13
- Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
02 may 12:44
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
02 may 12:32
- Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)
02 may 10:47
- Həmid Herisçi AYB-nin üzvü oldu
02 may 10:36
- Musabəyov, bir gün Başkənddə döyüşsəydin, bu sözü deyə bilməzdin... Etibar Əmiraslanov
01 may 22:28
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
01 may 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
01 may 22:04
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
01 may 21:56
- Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi
01 may 19:15
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
01 may 19:01
- İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi
01 may 15:55
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
01 may 15:50
- Sabah DEPUTAT Ramin Məmmədovla bağlı iclas keçiriləcək
01 may 15:24
- Rasim Tağıyevin oğlu həbs edildi
01 may 15:18
- 100 uşağı öldürən həkimin Azərbaycanda gizli əməlləri - VİDEO
01 may 11:53
- Bakıda beynəlxalq forum keçirilir: Prezident çıxış edib (YENİLƏNİB)
01 may 11:45
- Nəcməddin Sadıqovun həbsinə HAZIRLIQ BAŞLADI!
01 may 09:37
- Nazir ölkəyə yeni baş notarius təyin etdi (ÖZƏL)
30 aprel 21:40
- Azərbaycanlı milyarder əfv edildi - Edam cəzası verilmişdi
30 aprel 19:48
- NAR rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
30 aprel 19:29
- Şəhərin 85 faizi azərbaycanlıdır, amma bir TV-miz belə yoxdur- Sabiq deputat
30 aprel 19:20
- Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 aprel 16:19
- Mayın ilk gününün havası
30 aprel 13:17
- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat
30 aprel 12:00