Generalın ANASININ BAZARI
Ölkədə antikorrupsiya həbsləri gerçəkləşdirildiyi bir vaxtda daha bir sabiq məmurun adı rüşvət qalmaqalı üzərindən gündəmə gəlib.
Ötən illər ərzində mətbuatda yazılanlar, iddialar onu deməyə əsas verir ki, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin sabiq rəisi, keçmiş baş icra məmuru Nurəddin Mustafayevi də istintaqa cəlb edə bilərlər. İddialara inansaq, baş icra məmuru postu Nurəddin Mustafayevi bir neçə yüz milyonun sahibinə çevirib, yarım milyarda qədər sərvət toplaya bilib. Bu iddiaları gücləndirən daha bir məlumat “Yeni Müsavat”a daxil olub. İddialara görə Nurəddin Mustafayev vəzifədə olarkən 20-ci sahə bazarına sahiblənib. Həmin vaxt bazar Nurəddin Mustafayevin sürücüsü Raminin atasının adına rəsmiləşdirilib. Bazar bir müddət sürücünün atasının adında qalıb və sonradan Nurəddin Mustafayevin anasının adına keçirilib.
Bu məlumatlar maraqlı suallar ortaya çıxarır: əgər bazar qanuni yolla alınıbsa, əldə edilməsində hər hansı korrupsiya elementi olmayıbsa, bu ötür-ötür oyununa nə ehtiyac olub? Yəni Nurəddin Mustafayev bazarı birbaşa elə anasının adına keçirə bilməzdi?

Nurəddin Mustafayev
Maraqlı bir məqam da odur ki, bazar Nurəddin Mustafayevin anasının adına keçiriləndən sonra da, bazarla bağlı sabiq baş icra məmurunun narahatlığı qalıb. Bu dəfə bazarı ParaBOKT-a girov qoyaraq külli miqdarda pul götürülüb. Nurəddin Mustafayevin 20-ci sahə bazarına sahiblənməsində vəzifədə olduğu müddətdə onun “qara kassa”sı olan Tural Məmmədovun xüsusi rolunun olması da iddia edilir.
Daha bir maraqlı məqam isə Nurəddin Mustafayevin vəzifəyə təyinat alması ilə bağlıdır. Onun baş icra məmuru vəzifəsinə təyinat almasında Ramiz Mehdiyevin rolu olub. Bu haqda ovqat.com bunları yazıb: “Nurəddin Mustafayev Ramiz Mehdiyevin həmkəndlisidir. Bu vəzifəyə də Ramiz Mehdiyevin təzyiqi altında təyin edilib. Ona görə də digər həmkəndlisi olan Şərurlu İsfəndiyarla bağlı bütün qalmaqallı icra sənədlərinin icra edilməsinin qarşısını alıb. Məlumata görə hazırda təkcə “Moskva” univermağının həndəvərindəki bütün kommersiya obyektlərinin yarısının onun mülkiyyətində olduğu bildirilir”.

Ümumiyyətlə isə 4 il müddətində baş icra məmuru postunda olması Nurəddin Mustafayevin hədsiz dərəcədə varlanmasına yol açıb. Bildirilir ki, Nurəddin Mustafayevin baş icra məmuru vəzifəsində olduğu dövrdə məhkəmə qərarlarının icra vəziyyəti tərəflərin onunla münasibət qura bilməsindən asılı olub. Nurəddin Mustafayevin “xüsusi qaydaları”na görə onu “görənlər” qərarların icrasını və ya icra edilməməsini özləri müəyyən ediblər. Hətta Nurəddin Mustafayevin diqtəsi ilə qərarların icrası ilə bağlı 50/50-yə qaydası da varmış. Azərbaycan Respublikası adından çıxarılan qərar üzrə ödənilməli olan məbləğin 50 faizi alınmaqla icra olunurmuş. Onun işdən çıxarılmasının da məhz belə qanundankənar əməlləri ilə əlaqəli olması iddiası da var. Hələ rəsmən vəzifəsindən azad edilməzdən əvvəl 4 gün ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dindirilib. Nurəddin Mustafayev korrupsiya faktlarına dair sorğu-sual edilib. Buna səbəb onun rəhbərlik etdiyi sahədə geniş korrupsiya mexanizmi yaratmasına dair Korrupsiya İdarəsinə ciddi siqnalların daxil olması göstərilirdi.
Xatırladaq ki, ədliyyə naziri Fikrət Məmmədovun 13 avqust 2020-ci il tarixində imzaladığı əmrlə Nurəddin Mustafayev vəzifəsindən uzaqlaşdırılıb. Ədliyyə Nazirliyi generalın işdən çıxarılmasını belə şərh edib: “Nurəddin Mustafayev ölkədə gedən islahatlar və kadr dəyişilikləri ilə bağlı işlərin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər çərçivəsində tuduğu vəzifədən azad olunub”.
Nazirliyin şərhindən az sonra tanınmış vəkil Adəm Məmmədov öz “facebook” səhifəsində sabiq icra məmuru barəsində olduqca ilginc bir iddianı ortaya qoydu. Yazdı ki, Nurəddin Mustafayev 100 min manat rüşvət alaraq, qarşılığında vəd etdiyi işi görmədiyinə görə vəzifəsindən uzaqlaşdırılıb və hətta generalın rüşvət almasını təsdiq edən səs yazısı da var.
Adəm Məmmədovun “Azpolitika.info”da paylaşılan fikirlərindən sitat:

“Adəm Məmmədov bildirib ki, vəkil İsmayıl Kəngərli ilə general arasında Hafiz Məmmədovun tələbkar olduğu qətnamənin icrası ilə bağlı müzakirələr olub. Həmin müzakirədə Baş idarə rəisi sənədin icrası ilə əlaqədar 100 min manat pul alıb. Amma nə qətnaməni icra edib, nə də pulu geri qaytarıb. “Generalla danışıqlar vəkil İsmayıl Kəngərli tərəfindən qeydə alındıqdan sonra diskə köçürülərək şikayət ərizəsi ilə birlikdə Prezident Administrasiyasına göndərilib. General və vəkil arasında olan səs yazısı böyük səs-küyə səbəb olub”, – Adəm Məmmədov qeyd edib.
Düzdür, vəkil İsmayıl Kəngərli öz "Facebook" səhifəsində Adəm Məmmədovun ittihamlarını təkzib edib. Qeyd edək ki, Adəm Məmmədov sonradan öz “facebook” səhifəsindən generalla bağlı yazdığı fikirləri silib. İzah olaraq isə yazıb ki, statusu silməsinin səbəbi həmkarlarının çoxsaylı xahişləridir. Yəni, Adəm Məmmədov dediklərini təkzib etməyib, qeyd olunan hadisənin baş verməsi ilə bağlı fikirlərinin üzərində dayanıb. Vəkilin iddiasından belə məlum olub ki, general Mustafayev, 100 min manat rüşvət aldığını sübut edən səs yazısı Prezident Administrasiyasına çatan kimi, istintaqa cəlb olunub və ardınca işdən azad olunub”.
Maraqlıdır ki, Nurəddin Mustafayev işdən çıxarılandan sonra bu məsələnin nəticəsi ilə bağlı ictimaiyyətə geniş açıqlama verilməyib. Bu gün də bilinmir ki, 100 minlik rüşvət alınmasına görə Nurəddin Mustafayev barəsində hansı addım atılıb.
E.HÜSEYNOV,
“Yeni Müsavat”
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 2026 16:33
- -Əvəzsiz podoloq mifi- yaradan Sevda Alibekovnanın keçmişini və bu gününü qaranlıq məcraya sürükləyən səbəblər — Digah sakinlərinin dedikləri
23 aprel 2026 11:34
- General adından sui-istifadə, aldadılan insanlar və… — Alibek Kurbanovun qorxu ssenarili oyunları: General kimdir?
16 aprel 2026 23:05
- İşığa çevrilən ömür: Elmin, mərhəmətin və mənəvi ucalığın simvolu
10 aprel 2026 13:46
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Generala ərə gedən xanım digər generalın bacısı qızıdır
2 fevral 2026 20:34
- Generalın yerinə gələn Arzu Yusifova işdən çıxarıldı
25 yanvar 2026 21:48
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 14:47
