Hacıbala, yanına türməyə gələcəm...
Region10 aprel 2021 12:16
"Hacıbala Abutalıbov tezliklə həbs olunacaq, buna əminəm. Çıxıb açıqlama verib ki, ”mənim həbs olunmağını istəyənlər ürəyi bəd, qara olan insanlardır". Demək istəyirəm ki, sən qara yox, çirkin "moşennik”in birisən".
Bu sözləri xalq artisti, tanınmış kinorejissor-aktyor Şeyx Əbdül Mahmudbəyov "Yeni Müsavat”a danışarkən deyib.
Xalq artisti Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovun özbaşınalığı ucbatından öz evindən məhrum olaraq, hazırda damda yaşadığını bildirib: "Bildiyiniz kimi, mənim Nəsimi rayon Mirzə Ağa Əliyev küçəsində yerləşən, həyəti parka açılan çox gözəl evim var idi. Mən orada böyüyüb-başa çatmışam. O məhəllədə köhnə bakılılar yaşayırdı. Bir sözlə, həmin məhəllə mənim üçün çox əziz və doğmadır. Lakin illər öncə həmn ərazidə ”Qış parkı" salınarkən milyonlar qazanmaq üçün başladılar orada tələsəm-tələsik parnik, dibçək ağacları basdırmağa. Həmçinin ərazinin yeraltı strukturları nəzərə almadan tikinti işləri aparılmağa. Halbuki həmin ərazi çökmələr, sürüşmələr var. Beləliklə, heç bir hazırlıq görmədən milyonlar qazanmaq üçün hər şeyi verdilər ekskavatorun, bulduzerin ağzına. Bir dəfə isə gecənin bir aləmində evimin düz yanında 8-9 metr yer qazıb, qaraj düzəltmişdilər. Nəticədə evim çökməyə başladı, sanki zəlzələ olmuşdu. Təsəvvür edin, bu qədər özbaşınalıq, məsuliyyətsizlik, qudurğanlıq olarmı?"
Xalq artisti qeyd edib ki, yaranmış vəziyyətlə bağlı dəfələrlə Hacıbala Abutalıbova müraciət etsə də, heç bir nəticəsi olmayıb: "Bununla bağlı şikayət edəndə Abutalıbov camaatın içində məni 100 dəfə öpüb-qucaqladı, ”iki balamın ölmüşünə, vicdan haqqı sənin evinlə bağlı problem həll olunacaq" dedi. Dediyi vaxtdan aylar keçdi, heç bir səs-soraq olmadı. Axırda mənə dedilər ki, "heç nə gözləmə, o nə deyirsə, həmişə yalan deyib, insanları yol verir”. Həmin ərazidə mənim kimi onlarla ailəyə bu cür vəd verilmişdi. Nəhayət ki, aylar sonra onun qəbuluna düşdüm və yenə də məni qucaqlayıb, öpdü, dedi ki, "sənə nə deyirlərsə yalandır, bir həftəyə vicdanım haqqı, balalarımın ölmüşünə düzələcək”. Dedim ki, Hacıbala müəllim, sənin balaların sənin statusun deyil, sənin statusun sənin vəzifəndir, dağıtdığın evlərdir. Aylar keçdikcə evimin divarındakı çatlar getdikcə artmağa, kommunikasiya xətlərində problemlər yaranmağa başlamışdı. Bir sözlə, evdə yaşamaq getdikcə daha da təhlükəli vəziyyətə düşürdü. Və sonda nə baş verdiyini də bilirsiniz, evim uçmuşdu. İşi belə görüb, Nəsimi Rayon Məhkəməsinə müraciət etdim. Bununla bağlı komissiya yaradıldı, hər şey nəzərdən keçirilib, araşdırıldı və məhkəmə mənim xeyrimə qərar qəbul etdi. Abutalıbov isə məhkəmənin çıxartdığı qətnaməni icra etmək əvəzinə Apelyasiya Məhkəməsinə şikayət verdi.
Apelyasiya Məhkəməsi yenə də mənim xeyrimə qərar çıxartdı, hələ üstəlik Abutalıbova 10 min manat dəyərində təzminat yazdı. O da ərinmədən işi verdi Ali Məhkəməyə. Hakim işə baxdı, məəttəl qaldı. Dedi ki, "bəyəm Abutalıbovun səninlə ədavəti var ki, bu cür haqsızlıq edib?” Dedim ki, yox, mənimlə görüşəndə az qala ağız-ağıza öpüşür. Ali Məhkəmə də mənim xeyrimə qərar çıxartdı. Lakin məhkəmələrin qərarları icra edilmədi. Məsələ düz 7 il davam etdi. Onda dedim ki, Abutalıbov, bütün bu cinayətlərinə görə bir gün həbs olunacaqsan, onda türməyə sənin yanına gələcəm və məhkəmədə sənin əleyhinə ilk şahid kimi iştirak edib, hər şeyi danışacam. İndi də bu sözləri təkrar edirəm. Onun boynunda hələ də mənim haqqım var və o mənim haqqımı verməlidir".
Xalq artistinin sözlərinə Hacıbala Abutalıbov adıçəkilən ərazini zamanında özəl MTK-ya satıb: "Onlar da bir-bir insanları razılığa gətirərək, ərazidən köçürməyə başladılar. Lakin tikinti yarımçıq qalıb, dayandırıb. Məlum olub ki, Abutalıbov onlara səhv qətnamə verib. Onları nə günahları var, pullarını verib, yer alıblar. 50-60 ailəni oradan öz hesablarına köçürüblər. Camaat məsələ ilə bağlı yığışıb, Prezident Administrasiyasının qarşısına gedirdi. Onda MTK üzvləri camaatı sakitləşdirdilər və böyük bir etiraz aksiyasının qarşısını aldılar.
Mən indi "Karlson” kimi damda yaşayıram. Azərbaycanın xalq artisti, Dövlət Mükafatı laureatı, əməkdar incəsənət xadimi, Respublika Baş Kino Mükafatı laureatı, Rejissorlar Gildiasının vitse-prezidenti, Əsilzadələr Cəmiyyətinin ağsaqqalı hazırda "krişada” yaşayır. Bir daha qeyd edirəm ki, köçürəndə vəd verdilər ki, tezliklə evlərimizin yerində yeni evlər tikiləcək və biz ora köçürüləcəyik. Biz də buna görə razılıq verdik və əmin olmuşduq ki, geri qayıdacağıq. Mən yenidən öz doğma məhəlləmdə yaşamaq istəyirəm və bunu tələb edirəm. Abutalıbova demək istəyirəm ki, sən kişi deyilsən. Əgər kişi olsaydın, bu qədər cinayətlərinə görə özünü öldürərdin. Hazırda həbs olunanlar cinayətkar deyil, onlar buraxılmalıdır. Əsl cinayətkar Abutalıbovdur və azadlıqdadır".
Xatırladaq ki, bugünlərdə Hacıbala Abutalıbovun keçmiş müavini olmuş, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri Rasim Quliyev həbs olunub. R.Quliyevə Cinayət Məcəlləsinin iki maddəsi -314-2.3-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Məlum olub ki, o, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair "FF-2011" Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verib. Sakinlər köçürülmələri təmin edilmədən binada söküntü işləri aparılmasına dair müxtəlif instansiyalara, o cümlədən Baş Prokurorluğa dəfələrlə müraciət göndəriblər. Lakin ekspertlər bildirir ki, Rasim Quliyev öz rəhbərindən, yəni Abutalıbovdan icazəsiz hər hansı bir addım ata bilməzdi və onun tapşırığı ilə tikintinin aparılmasına dair sənədlərə qol çəkib. Bu baxımdan Abutalıbovun da tezliklə həbs oluna biləcəyi haqda iddialar səsləndirilir.
Ötən gün isə bir sıra mətbuat orqanlarında Abutalıbovun artıq həbs olunduğu haqda məlumatlar yayılmışdı. Lakin Abutalıbov barəsində yayılan xəbərləri uydurma adlandırıb: "Bəzi jurnalistlər özündən uydurur bunu. Gördüyünüz kimi, indi sizinlə danışıramsa, deməli, həbs olunmamışam. Mənim həbs olunmağımı istəyənlər ürəyi bəd olan insanlardır”.
Oxşar xəbərlər
- ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR - NADİR QOCABƏYLİ
30 yanvar 2026 15:25
- İlhamənin oğulluğu Elmira Axundovanın oğlu ilə birləşib deputatlara pul atırdı - Əli Mirəliyevdən ŞOK AÇIQLAMALAR
19 yanvar 2026 17:24
- Görün Hacıbala Abutalıbov harada yaşayır (FOTO)
15 yanvar 2026 17:58
- Tı kto takoy, Rasim Balayev? Səni adam edən mən olmuşdum – Şeyx Əbdül Mahmudovla ŞOK MÜSAHİBƏ
9 yanvar 2026 20:03
- Azərbaycan cazının əfsanəsi erməni əli ilə necə öldürüldü?
7 yanvar 2026 23:05
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 2025 11:29
- YAPON HOKKULARI - İLQAR TAĞI
26 dekabr 2025 16:51
- Abbas Abbasov təcili Türkiyədən Rusiyaya qayıtdı
17 dekabr 2025 12:32
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 2025 00:12
- İlham Əliyevlə Peter Pelleqrini arasında geniş tərkibdə görüş oldu
8 dekabr 2025 22:55
Xəbər lenti
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
Video & Fotoqalereya
Video
Fotoqalereya
