ADP sədri koronavirusa yoluxdu – “Nəvəm məktəbdən gətirdi...”
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və ailə üzvləri koronavirusa yoluxub. 20 günlük müalicədən sonra vəziyyəti yaxşılaşan partiya sədri hazırda ev şəraitində müalicəsini davam etdirir.
Partiya sədri "AzPolitika.info”ya açıqlamasında bildirib ki, ailəni məktəbə gedən nəvəsi yoluxdurub.
"Nəvəm məktəbə gedirdi və böyük ehtimalla, bizi Covid-19 infeksiyasına o yoluxdurub. Səhv etmirəmsə, nəvəmin müəlliməsi də xəstə olub. Biz koronavirusa yoluxduqdan sonra təxminən on gün ev şəraitində qaldıq. Sonra vəziyyətimiz ağırlaşdığı üçün Yeni Klinikaya yerləşdirildik”.
S.Cəlaloğlu deyib ki, ailə üzvlərinin hamısının vəziyyəti ağır olub: "Dediyim kimi, bir müddət evdə qaldıqdan sonra səhhətimizdə ağırlaşma müşahidə edildi və Yeni Klinikaya yerləşdirildik. Burada təxminən on günə yaxın yardım aldıq. İndi artıq evdəyik. Hazırda koronavirus infeksiyasının müəyyən qalıqları qalıb. Öskürək qalıb, təngnəfəslik hiss olunur, şəkər qalxır. Qalıq əlamətləri olsa da, tədricən düzəlirik. İndi ev şəraitində bir neçə dərman qəbul edirik. Bir növ sağalmış hesab olunuruq, amma qalıq əlamətləri olduğundan "Vitamin D” daxil olmaqla, bəzi hənblər qəbul edirik. İndi yaxşıyıq”.
Sərdar Cəlaloğlu deyir ki, xəstə olduğu müddətdə özünə qarşı ciddi diqqət hiss edib: "Partiya sədrləri, mətbuat işçiləri, çoxlu sayda insan maraqlandı. Hər birinə təşəkkür edirəm. Eləcə də xəstəxanada yatdığımız zaman çox ciddi qayğı ilə əhatə olunduq, diqqət gördük. Bir neçə dəfə müayinə olunurduq, ən kiçik məsələ olduqda dərhal yardın edilirdi. Mən həm xəstəxanada göstərilən diqqətdən, həm də cəmiyyətimizin nümayiş etdirdiyi münasibətdən kifayət qədər razıyam”.
Özünün həkim olduğunu xatırladan Sərdar Cəlaloğlu qeyd edib ki, karantin tətbiq edilsə də, edilməsə də, maksimum nəticə vermir. O, hesab edir ki, vətəndaşlar şüurlu şəkildə xəstəliyin mahiyyətini aydın dərk etməli, bunun nə dərəcədə təhlükəli olduğu və ağır nəticələrə səbəb olacağını bilməlidirlər: "Açığı, çox adam inanmır ki, bu xəstəlik qısa müddətə insanları öldürə bilər. Bu virus insanın cavan və ya qoca olmasından asılı olmayaraq, onun həyatına son qoya bilər. Məsələn, 37 yaşlı cavan oğlan bu xəstəlikdən vəfat edib. Eləcə də bir 28 yaşlı cavan insan. Xəstəxanada cavan-cavan uşaqlar vardı ki, çox ağır vəziyyətdə idilər. Yəni bu xəstəliyin ancaq yaşlı insanlara təsir edəcəyi haqda fikirlər də yanlışdır. Mənim iki yaşında olan nəvəm koronavirus tutub. Bu baxımdan insanlar bilməlidir ki, yaşın fərqi yoxdur. Sadəcə orqanizmi zəif olan insanlar qısa müddətdə məhv olurlar. Koronavirus bu qədər ciddi xəstəlikdir. Xəstəxanalar doludur, reanimasiyalarda yer yoxdur. Xəstələrin bir qisminin müalicəsi evlərdə aparılır, amma bu zamanda günün tələbləri səviyyəsində olmur. Mən dəqiq faktlara əsaslanıb bu fikirlərimi deyirəm. Yəni vəziyyət çox təhlükəlidir, insanlar özünü qorumalıdır və bilməlidir ki, yoluxduğu təqdirdə ağır nəticələrlə üzləşə bilərlər”.
Oxşar xəbərlər
- Həmid Herisçi AYB-nin üzvü oldu
2 may 2024 10:36
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
1 may 2024 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
1 may 2024 22:04
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
1 may 2024 21:56
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
1 may 2024 19:01
- Sabah DEPUTAT Ramin Məmmədovla bağlı iclas keçiriləcək
1 may 2024 15:24
- Şəhərin 85 faizi azərbaycanlıdır, amma bir TV-miz belə yoxdur- Sabiq deputat
30 aprel 2024 19:20
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 2024 10:46
- İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 aprel 2024 23:33
- Prezident qəbul keçirdi
29 aprel 2024 11:01
Xəbər lenti
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
02 may 12:32
- Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)
02 may 10:47
- Həmid Herisçi AYB-nin üzvü oldu
02 may 10:36
- Musabəyov, bir gün Başkənddə döyüşsəydin, bu sözü deyə bilməzdin... Etibar Əmiraslanov
01 may 22:28
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
01 may 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
01 may 22:04
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
01 may 21:56
- Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi
01 may 19:15
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
01 may 19:01
- İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi
01 may 15:55
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
01 may 15:50
- Sabah DEPUTAT Ramin Məmmədovla bağlı iclas keçiriləcək
01 may 15:24
- Rasim Tağıyevin oğlu həbs edildi
01 may 15:18
- 100 uşağı öldürən həkimin Azərbaycanda gizli əməlləri - VİDEO
01 may 11:53
- Bakıda beynəlxalq forum keçirilir: Prezident çıxış edib (YENİLƏNİB)
01 may 11:45
- Nəcməddin Sadıqovun həbsinə HAZIRLIQ BAŞLADI!
01 may 09:37
- Nazir ölkəyə yeni baş notarius təyin etdi (ÖZƏL)
30 aprel 21:40
- Azərbaycanlı milyarder əfv edildi - Edam cəzası verilmişdi
30 aprel 19:48
- NAR rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
30 aprel 19:29
- Şəhərin 85 faizi azərbaycanlıdır, amma bir TV-miz belə yoxdur- Sabiq deputat
30 aprel 19:20
- Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 aprel 16:19
- Mayın ilk gününün havası
30 aprel 13:17
- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat
30 aprel 12:00
- Bakcell ilə innovasiya dövrü başladı!
30 aprel 11:50
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 10:46
- ADNA terrorundan 15 il ötür...
30 aprel 10:28
- Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb
29 aprel 23:51
- İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 aprel 23:33
- Mehriban Əliyevadan Ülviyyəyə təbrik - Səninlə fəxr edirəm!
29 aprel 23:27
- Anar Məmmədli saxlanıldı
29 aprel 18:29
Video & Fotoqalereya
Video
Fotoqalereya