FHN generalı niyə polisə silah çəkdi ?
Cəmiyyət17 may 2021 00:08
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun işdən çıxardığı general-mayor Ramin Cəfərov məmur oğludur.
HİT.Az xəbər verir ki, general-mayorun atası Nazim Cəfərov 2001-2004-cü illərdə "Aztelekom”un rəhbəri olub. Hazırda Nazim Cəfərovun Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yüksək vəzifədə çalışdığı bildirilir.
Mülki Müdafiə Qoşunlarının komandan müavini vəzifəsində çalışmış Ramin Cəfərovun işdən çıxarılmasına gəlincə, bu barədə məlumat yeni yayılsa da, generalın əslində bir neçə il əvvəl vəzifəsinin itirdiyi bildirilir. İddialara görə, Ramin Cəfərovun işdən çıxarılmasının kökündə onun qalmaqallı şəxs olması dayanır.
2016-cı ildə Ramin Cəfərovun adı silahlı insidentdə hallanırdı. Həmin vaxt mətbuatda Binəqədi Rayon Polis İdarəsinə istinadən yayılan məlumatlarda bildirilirdi ki, Bakının 6-cı mikrorayon ərazisində "Lexus” avtomobilini idarə edən (dövlət nömrə nişanı 90 SH 900) Ramin Cəfərov Füzuli rayon Polis Şöbəsinin ictimai təhlükəsizlk şöbəsinin sahə müvəkkili Rafael Xudiyevə tapança çəkib.
İlkin təhqiqat zamanı müəyyən olunub ki, gecə saat 02.00-da S.Məmmədov küçəsində Baş Xüsusi Dövlət Mühafizə İdarəsinin 31 yaşlı zabiti Famil Quliyevlə FHN-in xidmət rəisi, 39 yaşlı general-mayor Ramin Cəfərov arasında münaqişə yaranıb. Quliyev "Mercedes” markalı avtomobilin, Cəfərov isə "Lexus”un sükanı arxasında olub.
Münaqişənin kökündə sürücülərin bir-birlərinə yol verməməsi olub. İddialara görə, general Ramin Cəfərov Famil Quliyevi təhqir edərək hadisə yerindən uzaqlaşıb. Bu zaman Famil Quliyevin arxasınca "Opel” markalı avtomobili ilə hərəkət edən tanışı-sahə müvəkkili Rafael Xudiyev generalın avtomobilinin arxasınca düşərək onu ötüb və qarşısını kəsib. Ramin Cəfərov bundan qəzəblənərək maşından düşüb və "Jeriko” markalı tabel silahını çıxararaq polisə tuşlayıb.
Lakin polis generala yumruq zərbəsi endirib və onun silahını əlindən alıb. Daha sonra hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Onların izahatı alınaraq sərbəst buraxılıb. İş üzrə materiallar Binəqədi Rayon Prokurorluğuna verilib. Bu iddialar təkzib olunmayıb.
İddia olunur ki, hadisə 2016-cı ildə baş versə də, Ramin Cəfərovun işdən çıxarılmasında bu olay da əhəmiyyətli faktora çevrilib.
Oxşar xəbərlər
- Fəzail Ağamalının gizlətdiyi OĞLU üzə çıxdı – BU ÖLKƏDƏ YAŞAYIRMIŞ
28 oktyabr 2025 13:03
- Şərhləri oxuyanda dəhşətə gəldim... - 50 yaşından sonra bloqer olan filoloq
27 oktyabr 2025 10:24
- Abel Məhərrəmov Ramiz Mehdiyevin müdafiəsinə qalxdı - ŞOK TƏFƏRRÜAT
26 oktyabr 2025 21:35
- Qurultayda DAVA düşdü, Fəzail Ağamalı oğlu ilə ƏLBƏYAXA OLDU...
25 oktyabr 2025 16:25
- Silahla gəlib dedi ki, məni Ramiz Mehdiyev göndərib, sizi öldürmək... - MÜSAHİBƏ
25 oktyabr 2025 03:41
- Müəllimin qarşısına problem qoyuruq - işə qəbul üçün pul ödəməlisən
24 oktyabr 2025 23:36
- General Mövlam Şıxəliyev HƏBSXANADA KEFDƏDİR, HƏR AY 2O MİN DOLLAR XƏRCLƏYİR
24 oktyabr 2025 00:22
- Rəsulzadəni öldürməkdən imtina etdiyi üçün ölüm əmri verilən qəhrəman
24 oktyabr 2025 00:04
- Mehdiyevin xanımı dövlətə olan borcunu niyə ödəmir?
23 oktyabr 2025 22:02
- Yazıçı Kəramət Böyükçöl və İlqar Məmmədov arasında qırğın - ÖLÜ -DİRİ SÖHBƏTİ DÜŞDÜ...
21 oktyabr 2025 01:54
Xəbər lenti
- Prezident Horovlu kəndinin AÇILIŞINDA
28 oktyabr 15:15
- Bu gün QAÇAQ SƏFİRƏ-nin yaxın adamının məhkəməsidir
28 oktyabr 13:32
- Fəzail Ağamalının gizlətdiyi OĞLU üzə çıxdı – BU ÖLKƏDƏ YAŞAYIRMIŞ
28 oktyabr 13:03
- Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin büstü qoyuldu - Fotolar
28 oktyabr 11:48
- Prezident Sabirabada səfər etdi (FOTO)
28 oktyabr 11:20
- Dünyada 3 paytaxtı və 12 RƏSMİ DİLİ olan yeganə ölkə
28 oktyabr 02:48
- Pezeşkian və Hatəmidən eyni mesaj - Neft var, inkişaf yox...
28 oktyabr 01:51
- 15 il əvvəl Xaçmazda sahibkarı Ramiz Mehdiyevin şəbəkəsi QƏTLƏ YETİRİB ? öldürülən
28 oktyabr 00:08
- Boz kardinal məktubunda nə yazıb? - Azərbaycanca tərcüməsi
27 oktyabr 23:10
- NAR-a yeni baş icraçı direktor təyin olundu
27 oktyabr 22:44
- Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxdı (FOTO)
27 oktyabr 21:45
- Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar
27 oktyabr 21:37
- Allahşükür Paşazadə Vatikanda Papa ilə görüşəcək
27 oktyabr 14:02
- Cənab Prezident ! Mən Sizdən XAHİŞ etmirəm, TƏLƏB EDİRƏM !
27 oktyabr 13:57
- Putin hərbi paltarını geyindi ))
27 oktyabr 11:06
- XX əsrin ən gözəl oğlanı vəfat etdi
27 oktyabr 10:52
- Şərhləri oxuyanda dəhşətə gəldim... - 50 yaşından sonra bloqer olan filoloq
27 oktyabr 10:24
- Bərdəyə raket hücumundan beş il keçir – dinc sakinlərin qətli unudulmur
27 oktyabr 02:03
- Putin Azərbaycan və Ermənistanla bağlı mənə dedi ki... - Tramp AÇIQLADI
26 oktyabr 22:33
- Abel Məhərrəmov Ramiz Mehdiyevin müdafiəsinə qalxdı - ŞOK TƏFƏRRÜAT
26 oktyabr 21:35
- Fəzail Ağamalının səhhəti pisləşdi - Təcili həkim gətirildi
26 oktyabr 21:18
- Axundovanın həbsdən qanunsuz azad olunan yaxın adamının türməyə qaytarılması tələb olunur - 8 milyonluq cinayət
26 oktyabr 13:17
- İlham Əliyev avstriyalı həmkarını təbrik etdi
26 oktyabr 11:28
- İrlandiyanın yeni Prezidenti o oldu
26 oktyabr 11:15
- Fəzail Ağamalının oğlu DANIŞDI: Atamı və bacımı məhkəməyə verəcəyəm
25 oktyabr 23:47
- Macarıstanda 1956-cı il üsyanının ildönümü: Budapeştdə siyasi qarşıdurma yenidən qızışır
25 oktyabr 23:24
- Azərbaycanlı alim erməni təxribatı ilə üzləşdi
25 oktyabr 21:41
- Qurultayda DAVA düşdü, Fəzail Ağamalı oğlu ilə ƏLBƏYAXA OLDU...
25 oktyabr 16:25
- MEYİT-dən ilk dəfə QARACİYƏR köçürülən Mənzər Şərifova: Yenidən həyata qovuşdum
25 oktyabr 13:11
- Zəfər Günü hamı bulvarda olacaq
25 oktyabr 12:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
