“Azər həkim oğlumu bayram günü təmənnasız əməliyyat etdi”
Hərbi həkim, uzman neyrocərrah Azər Əkbərov haqqında film çəkilib.
Ötən il uzunsürən xəstəlikdən dünyasını dəyişən həkimlə bağlı həmkarları, ölümdən xilas etdiyi xəstəsi və ailəsi danışıb. 2 il əvvəl uğurla əməliyyat etdiyi Şəmsi Abbasov Azər həkim haqqında xatirələrini bölüşərək, həyatını ona borclu olduğunu bildirib: “Başımda yaranan şişə görə gözüm tamam tutuldu. Məni Azər Əkbərov əməliyyat edərək yenidən həyata qaytardı. Onun sayəsində görməm də bərpa oldu. Xəstəsinə çox can yandıran, diqqət göstərən həkim idi. Hətta biz yazmayanda belə, o özü əlaqə saxlayıb, səhhətimlə maraqlanırdı”.
Ş.Abbasovun bacısı Şəmsiyyə Abbasova A.Əkbərovun qardaşını bayram günü və təmənnasız əməliyyat etdiyini deyib: “Şəmsiyə görə Azər Əkbərovla əlaqə saxladıq. 31 dekabr, bayram günü idi. Azər həkim dedi ki, xəstənin vəziyyəti ağırdır, yubatmadan yanıma gətirin. Qardaşımı xəstəxanaya apardıq. Elə bayram günü də əməliyyat etdi. Hətta pula görə narahat olduğumuzu görəndə, “mənə pul yox, xəstə lazımdır”,-dedi”.
Filmdə Şəmsi Abbasovun anası Bahar Abbasova da müsahibə verərək, Azər Əkbərovun xəstələrinə qarşı çox qayğıkeş olduğunu söyləyib: “Əməliyyatdan sonra oğlumun səhhəti ilə bağlı Azər həkimlə tez-tez əlaqə saxlayırdıq. Heç vaxt zənglərimizə narazılıq etməz, səbirlə dinləyərdi. Hətta ölümündən bir gün əvvəl də ona zəng etdik. Özü ölüm yatağında ikən yenə də oğlumla maraqlandı, son tövsiyələrini verdi.
Azər Əkbərov bizim kimi kasıbların həkimi idi. Oğlumdan başqa da pulsuz əməliyyat etdiyi çox xəstəsi var. Şəmsini əməliyyat edəndə dedim ki, bayram günüdür, amma siz ailənizin yox, bizim yanımızdasınız. O da cavabında bildirdi ki, bir xəstənin həyatını xilas etmək mənim üçün elə bayramdır”.
Filmdə A.Əkbərovun həkim yoldaşlarının da müsahibələri yer alıb.
Qeyd edək ki, uzman neyrocərrah Azər Əkbərov ehtiyatda olan tibb xidməti mayoru, Gülhanə Hərbi Tibb Akademiyasının məzunu idi. O, ağır və riskli beyin əməliyyatlarını uğurla icra edən yüksək dərəcəli mütəxəssis kimi tanınırdı. Uzun illər xərçəng xəstəliyindən əziyyət çəkən A.Əkbərov 2021-ci il noyabrın 24-də 42 yaşında vəfat edib.
Könül Cəfərli
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
30 mart 2026 20:33
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 2026 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
