“Əmisi dedi ki, Nərminin meyitini qapıma ata bilərlər”
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunan İlkin Süleymanovun məhkəməsi davam edir.
“Qafqazinfo” xəbər verir ki, ötən gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə kənd sakini Ürfət Əliyev dindirilib. O deyib ki, Nərminin əmisi yanmış meyit tapılmamışdan iki-üç gün əvvəl kənd sakinlərindən birinə deyib ki, onun qapısına Nərminin paltarı, ayaqqabısı, özü atıla bilər: “Həmin vaxt uşaq təxminən 45 gün idi ki, itmişdi. Üstündən iki gün keçəndən sonra yaxınlıqdan yanmış meyit tapılıb. Yoldaşım gəlib dedi ki, Arif səni çağırır. Çıxdım, dedi ki, göz-qulaqda ol, birdən Nərminin ayaqqabısından, paltarından gətirib atarlar qapına, dərhal xəbər ver bizə, qonşuyuq, düşmən edərlər bizi. Nərminin əmisinin hansı məqsədlə belə bir söz dediyini, başqa kənd sakinlərinə də belə bir müraciətinin olub-olmadığını bilmirəm”.
Məhkəmədə İlkinin bacısı oğlu Nicat Eminov da dindirilib. O, Nərminin 47 gün ərzində saxlandığı iddia olunan otaqla bağlı ifadə verib: “Mən Bakıda yaşayıram. Dekabrın 15-də sinif yoldaşımın toyuna görə kəndə gəldim. Dekabrın 18-nə qədər orada qaldıq, iki toya getdim. Toya gedəndə Nərminin saxlandığı iddia olunan otaqda geyimimi dəyişdim. Otaqda heç kim yox idi. Anamla yanaşı, mənlə toya gələn dostum Orxan da bunu təsdiq edə bilər. Hər iki toyda iştirakım və geyimlərlə bağlı video və fotoşəkilləri məhkəməyə təqdim edə bilərəm.
Fotoda: İlkin Süleymanov

Dayımın saxlandığını yanvarın 6-dan bilirdik. Lakin bizi əmin edirdilər ki, İlkin Süleymanovun izahatı alınıb buraxılacaq. 2020-ci il yanvarın 10-da internetdən oxudum ki, dayım Nərminin qatili kimi təqdim edilərək həbs olunub. Dərhal kəndə getdim. Polis rəisi Şirzad Əsgərov və səhv eləmirəmsə, icra başçısı gəldi. Şirzad məni hədələdi ki, səni də basaram dayının yanına. Dedi ki, sənə vaxt verirəm kənddən çıxmaq üçün, yoxsa dayının yanına göndərəcəyəm səni. Dedim, nə istəyirsən, elə. Şirzad yanıma iki polis qoşdu, gətirdilər məni "üçyol"dan avtobusa mindirib kənddən çıxartdılar. Avtobus sürücüsünün nömrəsini götürmüşdülər, tez-tez zəng edib soruşurdular ki, düşməmişəm?”
Məhkəmədə Tovuzdakı mərkəzi bazarda satışla məşğul olan Müslüm Əliyev də dindirilib. O, İlkin Süleymanov üçün alınan isti alt paltarı ilə bağlı ifadə verib. Belə ki, istintaq zamanı həmin paltarın üzərindən Nərmin Quliyevanın paltarının lifinin tapılması haqda ekspertiza rəy verib. İlkin Süleymanovun qardaşı Bəhruz Süleymanov bildirib ki, həmin alt paltarını qardaşı polis şöbəsində olduğu vaxt - 8 yanvar 2020-ci ildə bazardan alıb. Yeməklə birlikdə Tovuz Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verib. Müslüm Əliyev də məhkəmədə bu faktı təsdiqləyib: “Mən yanvarın 6-da Bakıya mal almağa gəlmişdim, 7-də rayona qayıtdım. 8-də bazara çıxdım. Həmin vaxt Bəhruz gəldi, isti alt paltarı istədi. Dedi ki, İlkin üçün istəyir. Biz sellofandan açdıq, baxdıq ki, İlkinin ölçüsünə uyğun olsun. İlkin onda tutulmuşdu, polis şöbəsində idi”.
Qeyd edək ki, 48 yaşlı İlkin Süleymanov 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinir. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq 47 gün sonra qətlə yetirib. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. Süleymanov 4 gün Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün etiraf ifadəsinə imza atdığını bildirir. Baş Prokurorluq isə İlkinə işgəncə verilməsi faktını təkzib edir.
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 2026 17:41
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
6 fevral 2026 23:21
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
6 fevral 2026 19:17
- Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul etdi (FOTO)
6 fevral 2026 17:40
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR - NADİR QOCABƏYLİ
30 yanvar 2026 15:25
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- 12-ci erməni Qarabağdan niyə getmək istəmədi - Həkəri körpüsünə çatanda dedi ki...
28 yanvar 2026 00:28
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
