Əqli Mülkiyyət Agentliyi beynəlxalq konfrans keçirdi: nələr danışıldı?
Hadisə26 iyul 2022 22:42
Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin təşkilatçılığı ilə “Müasir mərhələdə müəlliflərin və əlaqəli hüquq sahiblərinin hüquqlarının qorunması üzrə Kollektiv İdarəetmə Təşkilatlarının fəaliyyətləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
TİA.Az-ın verdiyi xəbərə görə, beynəlxalq tədbirin məqsədi müəlliflik hüququ və əlaqəli hüquqların qorunmasının təşviqi, bu sahədə əmlak hüquqlarının kollektiv əsasda idarə edən təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi, müəlliflərin (hüquq sahiblərinin) və əlaqəli hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinin, o cümlədən onların qonorar almaq hüquqlarının təmin edilməsi üçün təşkilatlar arasında təcrübə mübadiləsi və qarşılıqlı dəstəyin göstərilməsidir.
Konfransı açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov tədbirin əhəmiyyətindən danışıb. O, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə irimiqyaslı layihələrin həyata keçirildiyini vurğulayıb. S.Tapdıqov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişafın bu gün uğurla davam etdirildiyini, islahatların həmçinin əqli mülkiyyətin qorunması sahəsində aparıldığını bildirib.
Türkiyənin “Musiki Eseri Sahipleri Meslek Birliği”nin (MESAM) İdarə Heyətinin sədri Recep Ergül təşkilat haqqında məlumat veib, müəllif hüquqlarının qorunması sahəsində öz ölkəsinin təcrübəsindən danışıb.
Tədbirdə Əqli Mülkiyyət Agentliyinin Aparat rəhbəri Xudayət Həsənlinin “Şəffaflıq – müəllif və kollektiv idarəetmə təşkilatları arasında qarşılıqlı etimadın əsas şərti kimi” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Agentlik tərəfindən ölkəmizdə fəaliyyət göstərən kollektiv idarəetmə təşkilatlarının gücləndirilməsinə dəstək göstərilməsi, yeni idarəetmə təşkilatlarının yaradılmasının təşviq edilməsi istiqamətində görülən işlərə toxunulub, əmlak hüquqlarının idarəçiliyində şəffaflıq və hesabatlılıq prinsiplərinə ciddi əməl edilməsinin vacibliyi bildirilib.
Daha sonra Rusiya Federasiyasının “Rusiya Müəllif Cəmiyyəti”nin (Российское Авторское Общество – РАО) Baş direktorunun beynəlxalq əlaqələr üzrə müavini Qriqoriy Turinçev, Türkiyənin “Musiki Eseri Sahipleri Grubu Meslek Birliği”nin (MSG) nümayəndəsi Muharrem Ömer Özgür, Özbəkistan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqların qorunması cəmiyyəti”nin (UzAvtor) sədr müavini Abdumumin Yoldaşov,
Azərbaycanın “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin İdarə Heyətinin sədri Murad Babayev, “Müəllif Hüquqları Uğrunda İctimai Birliyinin İdarə Heyətinin sədri Gövhər Həsənzadə, “Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Hüseyn Mehdiyev təşkilatların fəaliyyəti və təcrübələri haqqında məlumat veriblər.
Konfransda çıxış edən Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlaının Təminatı Mərkəzinin direktoru Nəcəf Quliyev Mərkəzin fəaliyyət istiqamətləri və Agentlikdə akkreditasiyadan keçmiş kollektiv idarəetmə təşkilatları haqqında məlumatı özündə əks etdirən təqdimatla çıxış edib. Vurğulanıb ki, əvvəllər musiqili əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasının öz üzərinə götürmüş “Azərbaycan Müəllifləri” İctimai Birliyi öz fəaliyyətini mövcud qanunvericiliyin tələblərinə uyğun qurmayıb, açıqlıq və şəffaflığa əməl etməyib və təmsil etdiyi müəlliflər və digər hüquq sahibləri arasında öz nüfuzunu itirib. Dəfələrlə İctimai Birliyin mövcud qanunvericilik aktlarına uyğun olaraq, akkreditasiyadan keçməsi tələb edilsə də akkreditasiya üçün tələb olunan sənədlər Agentliyə təqdim edilməyib.
Konfransda ölkəmizi təmsil edən müəlliflərin və əlaqəli hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edən təşkilatlarının rəhbərləri və üzvləri ilə yanaşı “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi (APKG),“Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi (MHU), “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyi (RAYS), o cümlədən Türkiyənin “Musiki Eseri Sahipleri Meslek Birliği” (MESAM), “Musiki Eseri Sahipleri Grubu Meslek Birliği” (MSG), Rusiya Federasiyasının “Rusiya Müəllif Cəmiyyəti” (Российское Авторское Общество – РАО), Qırığız Respublikasının Nazirlər Kabineti yanında Əqli Mülkiyyət və İnnovasiya Dövlət Agentliyi (KIGIZPATENT), Qazaxıstan Respublikasının “Amanat” Müəlliflik hüququ və əlaqəli hüquqların qorunması üzrə qeyri-kommersiya təşkilatı, Özbəkistan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqların qorunması cəmiyyəti”nin (UzAvtor) nümayəndələri, ölkəmizin sənət adamları, bəstəkarlar, yazarlar, fonoqram istehsalçılar iştirak edib. Tədbirin sonunda konfransda iştirak edən xarici və yerli kollektiv idarəetmə təşkilatları əməkdaşlığın genişləndirilməsi barədə birgə bəyanat imzalayıblar.

Oxşar xəbərlər
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 2026 13:39
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 2026 13:38
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 2026 20:00
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 2026 11:13
- Prezident daha bir qəbul keçirdi - Fotolar
9 fevral 2026 14:26
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
9 fevral 2026 12:15
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
Xəbər lenti
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
Video & Fotoqalereya
Video
Fotoqalereya