Qubanın kənd kitabxanalarında korrupsioner axtarışı…
Qubanın kənd kitabxanalarında korrupsioner axtarışı…
Cənab nazir Anar Kərimovun münasibət bildirməsini gözləyiik…
Məlumat üçün qeyd edək ki, Quba rayonunun kənd və qəsəbələrində 86 kitabxana filialı faəliyyət göstərir.
Quba şəhərindəki kitabxana da daxil olmaqla bu 86 kitabxana Quba rayon Mərkəzləşdirlmiş Kitabxana Sistemində ( MKS ) birləşdirilib. Və MKS-nin direktoru Saməddin Nəsirovdur.
Onu da qeyd edək ki, MKS Quba mədəniyyət şöbəsinə ( şöbə müdiri Fuad Orucov ) və Xaçmaz Regional Mədəniyyət İdarəsinə tabedir.
Bir il əvvəl mədəniyyət naziri Anar Kərimovun əmri ilə Vüsal Hüseynov Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
O, bu təyinata qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Quba Rayon Şöbəsinin rəisi vəzifəsində işləyib.
NUH.az-a daxil olan məlumata görə, MKS-in direktoru Saməddin Nəsirov kənd və qəsəbə kitabxalarında korrupsiya ilə mübarizə adı altında 20 nəfər kitabxanaçını işdən azad edib. Daha doğrusu, cənab Saməddin Nəsirov iki qohumun eyni kitabxanada işləməsinin guya “ Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa zidd olduğunu əsas gətirərək işçilərə məcburi ərizə yazdıraraq onları işdən azad edib.
Birincisi, kənd kitabxana filialında hansı korrupsiyadan danışmaq olar..?
İkincisi, Bakıda nazirliklərin çoxunda yaxın qohumlar, hətta eyni ailənin üzvləri bir qurumda çalışdığı halda kənd kitabxanasında çalışan şəxslərin uzaq qohum olmasının korrupsiyaya nə dəxli ola bilər..?
Görünür, MKS-nin direktoru cənab Saməddin Nəsirov kitabxanaçıları işdən azad edərək yenilərini işə qəbul etməklə “qaz vurub qazan doldurmaq” eşqinə dşüb. Və bunu “Korrupsiya qanunu” ilə əsaslandırıb.
NUH.az-a daxil olan məlumatdan o da bəlli olur ki, Saməddin Nəsirov kitabxanaçılara hədə-qorxu gələrək deyib ki, əgər ərizə yazmasanız, “Korrupsiya qanunu”nu pozduğunuza görə, indiyədək aldığınız əmək haqqı geri alınacaqdır.
İşdən qanusuz çıxarılan kitabxanaçılardan biri məhkəməyə müraciət edərək işinə bərpa oluna bilib.
Görəsən, Saməddin Nəsirovun bu əməllərindən mədəniyyət naziri cənab Anar Kərimovun və Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi cənab Vüsal Hüseynovun xəbəri varmı..?
“ Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun məluma maddəsini cənab nazir Anar Kərimovun və MKS-nin direktoru Saməddin Nəsirovun yadına salırıq:
Maddə 7. Yaxın qohumların birgə işləməsinə yol verilməməsi
7.1.Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta
bilməzlər.
7.2.Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.
Cənab nazir Anar Kərimov !
Bu qanunun Qubanın kəndlərində çalışan və uzaq qohum olan kitabxanaçılara nə aidiyyəti var..?
NUH.az olaraq məsələni sonadək gündəmdə saxlayacağıq və cənab nazirdən münasibət bildirməsini gözləyirik.
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
5 mart 2026 12:45
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Prezident ailə üzvləri ilə Xocavənd və Xocalıya səfər edib
25 fevral 2026 18:53
- Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 fevral 2026 12:09
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Bu kəndlərə bir neçə gündür canavarlar hücum edir
22 fevral 2026 23:08
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 2026 18:51
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 2026 13:50
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
11 fevral 2026 13:56
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
