Məni evə zəncirləyib, telefonumu götürüb gedirdi...
Yeddi ay öncə ailə həyatı quran tanınmış müğənni Mina Hüseynova boşanmağı haqda danışaraq ərinin onun barədə səsləndirdiyi iddialara münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, müğənni "MTV maqazin"ə açıqlamasında ailəsinin dağılmasını istəmədiyini bildirib: “Çünki ailəyə müqəddəs kimi yanaşırdım. Ana olmaq istəyirdim. Nikahın ilk günü dedi ki, instaqram bağlanacaq və sənətdən uzaqlaşacaqsan. Zatən mən efirlərə çıxanda, müsahibələr verəndə deyirdim ki, ailə qurandan sonra hər şeyi bağlamağa hazıram. Amma o təqdirdə ki, ailə quranda yoldaşım mənə dəstək olacaq".
O qeyd edib ki, əri ona pis münasibət göstərib: "Məni evə bağlayırdı, telefonumu götürüb gedirdi. Qohumlarımla görüşə bilmirdim. Qapını bağlayırdı, gözləyirdim ki, qayıdacaq anama zəng edəcəm".
Minanın sözlərinə görə, nişanlı olan vaxtda münasibətləri yaxşı olub: “Mənə demişdi ki, üç evim var, heç nəyə ehtiyacın olmayacaq, səni təmin edəcəyəm, amma sənəti atacaqsan. Mən də razılaşdım. Amma aylar keçdikcə gördüm ki, bu insan məni aldadır. Kirayə tutdu, 3 ay orada qaldıq. Dedi, yeni evə köçəcəyik, köçmədik. Dedim ki, instaqramı açım, işimin başına qayıdım, sənin nəzarətin altında gedib-gəlim. Aylarımı aldı, aldatdı. Axırda etiraf etdi ki, yalan danışmışam: nə evim var, nə sənə baxacaq pulum. Mənə dedi ki, vətəndaşlıqdan çıx, gedək Fransaya, orada taksi sürücüsü işləyim.
.jpg)
Gördüm ki, uçuruma gedirəm. Onunla bir yerdə qalmağım mümkün deyildi. Oktyabrın 9-da əşyalarımı götürüb köçdüm. İki vəkil tutdum, həftənin birinci günü rəsmən boşanacağıq. Amma sonradan özü çıxıb deyir ki, guya boşanmaq üçün ərizəni o verib. Buna da səbəb mənim onunla olan şəklimi paylaşmağımdır. Həyat yoldaşımsan, özün məni seçmisən, niyə fotonu paylaşmamalıyam? Hamı soruşur kimdir, biri deyir 50 yaşlı kişiyə gedib, biri deyir türkdür, biri deyir kiminsə əridir. Niyə ərimi gizlətməliyəm? İndi deyir ki, mənim fotomu paylaşırsan və məhkəməyə verəcəm. Harada elə qanun var ki, ərini paylaşmaq olmaz?”.
İfaçının sözlərinə görə həyat yoldaşının ailəsi bu nikaha razı olmayıb: “Valideynləri istəmirdi. Gediş-gəliş yox idi. Ancaq evimizə tort, aş göndərirdi. Anamgillə də münasibət yox idi. Çünki narazı idilər. Biz azad insanlar kimi qərar verib evlənmişik.
Bu insan məni hava almağa da qoymurdu. Deyirdi ki, mənim anam salona getməyib bütün gün evdə olub. Mən də səni anam kimi görürəm. Anam kimi olacaqsan. Bütün gün ev işləri ilə məşğul olmalısan. Onunla hətta psixoloqa da getdik. Amma heç nə dəyişmədi".


- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- Ermənilər barışığa can atır, amma heç vaxt inanmaq olmaz – Xankəndili sabiq deputat
21 yanvar 2026 17:09
- Əliağa Vahid ölü yiyələrindən niyə küsmüşdü? – Qızından atası ilə bağlı maraqlı xatirə
11 yanvar 2026 12:42
- 1799-cu ildə Suvorov Alpları niyə aşmışdı? - Rusiyanın köləlik naminə qanlı savaşları
10 yanvar 2026 11:21
- Mən sözü qoymuşam gözümün üstə... - Səksənincilər- layihəsindən Səməd Qaraçöpün şeirləri
9 yanvar 2026 20:33
- Tı kto takoy, Rasim Balayev? Səni adam edən mən olmuşdum – Şeyx Əbdül Mahmudovla ŞOK MÜSAHİBƏ
9 yanvar 2026 20:03
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
