Mingəçevirdə “Zəfər Parkı” salınır
Mingəçevirdə “Zəfər Parkı” salınır
İstirahət məkanında işlər yekunlaşmaq üzrədir
Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, eləcə də sakinlərin mənalı istirahətini təmin etmək məqsədilə Mingəçevir şəhərində “Zəfər Parkı” inşa edilir.
Şəhərin Heydər Əliyev prospektində istifadəsiz ərazidə salınan yeni parkda yaşıllaşdırma işləri aparılıb, piyada və köməkçi avtomobil yolları salınıb. Parkın yaşıllıq sahəsinə qazon örtük döşənib, müxtəlif növ ağac, kol və güllər əkilib.
Ümumilikdə, “Zəfər Parkı” təxminən 3 hektar ərazini əhatə edir. İstirahət mərkəzi modern layihə əsasında inşa olunur. Parkda şanlı qələbəmizi özündə əks etdirən lövhə, müasir standartlara cavab verən fəvvarə quraşıdırlır. Müxtəlif qurğuların, velosiped zolağının yaradılması da görülən işlərin sırasındadır.
Hazırda parkda son tamamlanma işləri gedir. Parkın ərazisində müasir işıqlandırma sistemi qurulub. Yerə tamet döşənib, çoxlu sayda söhbətgah və skamya quraşdılırıb.
Qeyd edək ki, ərazidə işlər əsasən Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizilk İdarəsi tərəfindən həyata keçirilir. İdarənin rəisi Əli Ağamirov günün demək olar ki, böyük bir hissəsini tikinti meydançasında olur, parkın müasir tələblər səviyyəsində inşası istiqamətində müvafiq tapşırıqlarını verir.
Bizimlə söhbət zamanı Əli Ağamirov bildirdi ki, ölkə başçısı cənab İlham Əliyevin 8 noyabr tarixinin Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd edilməsi ilə əlaqədar Sərəncamından sonra Mingəçevir şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə şəhərin Heydər Əliyev prospektində “Zəfər Parkı”nın inşasına başlanıb: “Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın sivil ordularından birinə çevrilən Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində şanlı qəhrəmanlıq salnaməsi yazaraq düşmən üzərində tarixi zəfər çaldı. Bu qələbə xalqımızın birliyi, qəhrəman əsgər və zabitlərimizin Vətən sevgisi, iradəsi, əzmi ilə qazanıldı. Mingəçevirdə “Zəfər Parkı”nın yaradılması barədə ideya səslənəndən bəri kollektivimizin üzvləri işlərin ən yüksək səviyyədə görülməsi üçün əllərindən gələni edirlər. Qələbəmizin rəmzi olan “Zəfər Parkı”nda əməyi keçən hər bir əməkdaşımız bundan hədsiz qürur duyur. Gördüyünz kimi, parkın ərazisində həmişəyaşıl ağaclar, bəzək kolları və güllər əkilib, müasir işıqlandırma sistemi, fəvvarə quraşdırılıb. Əlbəttə, görülən işlər bununla yekunlaşmayacaq və bundan sonra da davam etdiriləcək. Çalışırıq ki, burada həm sakinlərin mənalı istirahət etmələri üçün lazımi şəraiti yaradaq, həm də haqları heç nəylə ödənilməyəcək şəhidlərimizin ruhu qarşısında cüzi də olsa öz mənəvi borcumuzu yerinə yetirək. İnşallah, Zəfər gününədək işləri yekunlaşdırmaq niyyətindəyik. Əminəm ki, sakinlərin səbrsizliklə açılışını gözlədikləri “Zəfər Parkı” qısa vaxt ərzində həm mingəçevirlilərin, həm də şəhərimizin qonaqlarının sevimli istirahət məkanlarından biri olacaq”.
Azər

- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Fevralın 9 və 10-u bayramdır
9 fevral 2026 11:08
- İlham Əliyev: Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik! (YENİLƏNİB)
2 fevral 2026 11:11
- Prezident Sumqayıt Sənaye Parkında açılışlar etdi (YENİLƏNİB)
27 yanvar 2026 12:20
- Pulsuz qəbul etməyəcəm - Mingəçevirdə şoka düşən körpəyə qəddar münasibət FOTO
27 dekabr 2025 17:54
- 44 günə Ermənistanı böyrü üstə qoyduq - Prezident
25 dekabr 2025 21:27
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Sərəncam
25 dekabr 2025 19:20
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 2025 11:25
- Dişlərini fırçala, rahatlıqla dələduzluq et - Polisin 3 günə tutduğu 20 dələduzu Azərbaycan məhkəməsi neçə günə azad edər
8 dekabr 2025 14:20
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
