Xankəndi separatçıları yeni təxribat hazırlayır - dekabrın 20-22-də...
Oyuncaq rejim “referendum”a gedir; məqsəd “fövqəladə şura” yaradıb Kremlin emissarını ora “sədr” təyin etməkdir - cavabımız nə olacaq?
Qarabağda müvəqqəti yerləşmiş Rusiya “sülhməramlı” kontingentinin çətiri altına sığınan, üstəlik, Fransa kimi qatı ermənipərəst dövlətlərin mənəvi-siyasi dəstəyindən ruhlanan və özlərini cəzasız hiss edən separatçı ünsürlərin Azərbaycan əleyhinə “dövlətcik” oyunu davam edir.
“Yeni Müsavat” xəbər verir ki, cəmi 20 min erməninin yaşadığı “Şeytan yuvası”nda indi də “konstitusiya islahatları”na şıdırğı hazırlıq gedir. Erməni nəşri “Hraparak” bu xüsusda yazıb: “Artsax”da “konstitusiya” ilə bağlı “referendum” keçirməyə tələsirlər. Əvvəlcə “referendum”un gələn ilin yazında təyin edilməsi nəzərdə tutulurdu, lakin son günlərdə vəziyyət dəyişmiş kimi görünür və “konstitusiya referendumu”nun tarixini ilin sonunadək, dekabrın 20-dən dekabrın 22-nə kimi təyin etmək əhval-ruhiyyəsi var".
Qəzet daha sonra qeyd edib: “Dünən (srağagün - red.) ”artsax parlamenti"nin növbədənkənar iclası keçirilib, onun gündəliyində “Ailə Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” və “referendum haqqında” qanuna dəyişikliklər edilməsi haqqında" qanun layihələri olub. Layihə 44 günlük müharibədən sonra Ermənistana köçmüş məcburi köçkünlər və “Artsax” sakinləri üçün referendumda iştirak etmək imkanı verir. Yəqin ki, Ermənistanda vahid seçki məntəqəsi fəaliyyət göstərəcək və o, Ermənistandakı “artsax”ın operativ qərargahında yerləşəcək".
Məlumatlara görə, iclasda “seçki məcəlləsinə dəyişiklik və əlavələrin edilməsi” təşəbbüsü də irəli sürülüb. Nəticədə separatçı anklavda “seçkilər”də səsvermə hüququ “təkcə qeydiyyat yerində deyil, həm də yaşayış yeri üzrə” veriləcək. O halda nə vaxtsa Qarabağda yaşamış, lakin oranı tərk etmiş ermənilər də səsvermədə iştirak edə biləcəklər. Daha bir məkrli hədəf də elə budur: separatçı liderlər “səs verənlərin” sayının Qarabağdakı ermənilərin faktiki sayından qat-qat çox olduğunu iddia edəcəklər.
“Hraparak” onu da bildirir ki, “referendum”dan sonra “artsax”da “parlament” və “prezident” seçkiləri ayrıca keçiriləcək: “Gələn ilin 1-ci yarısında ”parlament", 2024-cü ildə isə “prezident” seçkiləri olacaq".
Əlbəttə ki, Azərbaycan dövləti bu seçki tamaşalarına göz yumsa. Təbii ki, belə şey olmayacaq. Separatçıların ağlı yəqin özlərinə, bir də Rusiya hərbi kontingentinə və Qərbdəki havadarlarına gedib. Ancaq indi 44 günlük müharibədən öncəki dönəm deyil. Bakı özünü yenidən arxayın hiss eləməyə başlamış separatçı-kriminal tör-töküntülərin cilovunu yığmaq, bu qəbildən hoqqalarını önləmək üçün yetərincə resursa malikdir.
Azərbaycan gələn aya planlaşdırılan təxribata qarşı indidən hansı ön tədbirləri görməlidir? Saxta referendumla bağlı rəsmi Bakı Rusiyadan bunu önləməyi tələb eləməlidir, yoxsa özü hərəkətə keçməlidir? Seçki tamaşalarını pozmaq üçün hansı ssenarilər ola bilər?

Pənah Hüseyn
Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn TV Musavat-a bildirib ki, Qarabağ ərazisində saxta referendum keçirilməsinə hazırlıq çox ciddi məsələdir: “Buna əhəmiyyətsiz baxa bilmərik, seyrçi qalmalı deyilik. Fransa Senatının qətnaməsi, ABŞ Konqresində baş verənlər, referendum keçirilməsi və bu kimi addımların atılması, Ağdam və Xocalıda mühəndis-istehkam qurğularının tikilməsi gərginliyi artıran hallardır. Əgər bunu Rusiya etmirsə, deməli, bu terrorçu dəstələr zərərsizləşdirilməlidir. Buna Azərbaycanın hüquqi əsasları da var. Ona görə siyasi-hərbi addımların atılmasının vacibliyini qeyd edirəm”.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirdi ki, separatçı rejim nəzarət etdikləri ərazidə saxta “referendum” keçirib “idarəetmə sistemini” dəyişməyi planlaşdırır. Onun sözlərinə görə, məqsəd qondarma “prezident idarəetmə sistemini” ləğv edib, “fövqəladə şura” yaratmaq və Rusiya tərəfindən göndərilmiş, öyrədilmiş ünsür Ruben Vardanyanı da “fövqəladə şuranın”"sədri" təyin etməkdir: “Belə olan halda qondarma rejimin ”parlamenti" də fəaliyyətini dayandırır və bütün “hakimiyyət” Ruben Vardanyanın, yəni Rusiyanın tam əlinə keçir. Rusiya da iki ildir yerləşdiyi Qarabağ ərazisində nə siyasəti aparıbsa, onu daha da dərinləşdirəcək. Yəni münaqişəyə yekun nöqtənin qoyulması uzanacaq. Müəyyən mənada proses və mövcud səhnə bizim üçün aydındır. Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə mövcud status-kvonun “seçki”, “referendum” yolu ilə dəyişdirilməsinin 10 noyabr razılaşmasına zidd olduğunu öncədən qarşı tərəfə bildirməliyik".

Cavanşir Abbaslı
AĞ Partiya başqanının müavini Cavanşir Abbaslı isə təklif edir ki, erməni həyasızlığını daha çox görməmək üçün elə dekabrın 22-nə qədər antiterror əməliyyatı həyata keçirib, onların “referendum arzuları”nı gözlərində qoymaq lazımdır: “Xankəndidə mitinq keçiriləndə bu cür təxribatçı hərəkətlərin davam edəcəyini təxmin etmək olardı. Eyni zamanda, Vardanyan Xankəndiyə gələndən sonra bunun boş plan olmadığını bilirdik. Belə bir ”referendum"un yazda planlaşdırıldığı barədə xəbərlər yayılmışdı. İndi isə məlum olur ki, separatçılar tez-bazar bu şounu həyata keçirmək eşqinə düşüblər. Sanki nəyəsə tələsirlər. Bu da təsadüfi deyil. Çünki proseslərin durmadan sülh sazişinə doğru getdiyini onlar da görməmiş deyil. Paşinyanın artıq sülh sazişini uzatmaq üçün baş vurduğu yollar demək olar ki, tükənib. Sülh sazişi imzalanarsa, hakimiyyətini itirmək qoxusunu tam burnunun ucunda hiss edəcəyini yaxşı bilir"
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 2026 22:24
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
