- Cümşüdün toyu olacaqmış - Nişanlışından ürəkparçalayan məktub - FOTO
- Bakı Bulvar İdarəsində 12 MİLYON yeyinti, 2 MİLYON VERGİDƏN yayınma..))
- Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi
- Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq... (FOTO)
- Rus dilli məktəblər ödənişli olmalıdır - Elçin Şıxlı
Türkiyədən qayıdanda...Səfər Mehdiyevə zəng elədim...

"Fikrimizdə qalırıq: uşaqpulu məsələsi həll olunmalıdır"
Milli Məclisin komitə və plenar iclaslarında bir aya yaxın davam edən büdcə müzakirələri başa çatdı. Parlament rəhbərliyi müzakirələrə hərtərəfli şərait yaratdı və çıxış etmək istəyən deputatlar hamısı sözlərini hökumət üzvlərinə birbaşa çatdırdılar. Bəs yekunu necə dəyərləndirmək olar, 2023-cü ildə Azərbaycan vətəndaşlarını nələr gözləyir? Müstəqillik tariximizin ən iritutumlu büdcəsindən sadə vətəndaşa nələr düşəcək?
Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”ın bununla bağlı suallarına çox maraqlı cavablar verib, faydalı təkliflərini səsləndirib:
- Vahid bəy, büdcə müzakirələri yekunlaşdı. Təklifləriniz nə dərəcədə eşidildi, dinlənildi və nəzərə alındı?
- 2023-cü ilin dövlət büdcəsi çox geniş müzakirə olundu. Plenar iclaslardan əvvəl, komitə iclaslarında da bizi maraqlandıran kifayət qədər məsələlərə toxunduq, tam olmasa da, müəyyən qədər cavablar aldıq. Cavabını almadığımız məsələlər də oldu. Məsələn, sahibkarlara təklif olunan kreditlərin faizlərinin yüksək olması... Düzdür, Mərkəzi Bankın İdarə Heyətinin sədri bizə dedi ki, müəyyən tədbirlər planı işləyib hazırlayırlar. O cümlədən iqtisadiyyat nazirinin 1-ci müavini Elnur Əliyev Mərkəzi Bankla sahibkarlara kreditin verilməsi, xüsusilə kənd təsərrüfatı ilə əlaqədar bir proqram üzərində işlədiklərini söylədi. Ərzaq bahalığı, ərzaq qıtlığı gözlənilir, ona görə də kənd təsərrüfatına diqqət daha böyük olmalıdır. Biz sosial sahələrə daha çox diqqət göstərilməsini istədik.
- Sadə vətəndaşları düşündürən əsas məsələ budur: onların gələnilki büdcəsində nə qədər artım olacaq? Bu suala cavabınız maraqlıdır...
- 2023-cü il dövlət büdcəsinin gəlirlərinin təxminən 45 faizi, yəni 15,2 milyard manatı sosial sahəyə ayrılıb. Təqaüdlərə, müavinətlərə, şəhid ailələri və qazilərə diqqət, qayğı böyükdür. Cənab Prezidentin ən çox diqqət yetirdiyi sahə məhz sosial sahədir. O cümlədən pensiyaların müəyyən qədər artırılması məsələsi var. İlk dəfə olaraq ehtiyac meyarı yaşayış minimumuna bərabərləşdirildi. Biz uzun müddət idi bu məsələni qaldırırdıq. Çünki beynəlxalq maliyyə anlayışında, iqtisadiyyatda ehtiyac meyarı anlayışı yoxdur, yaşayış minimumu var. Gələn il üçün 246 manat təyin edildi, bu, müsbət haldır. Amma biz uşaqpulu ilə bağlı sualımıza sonadək cavab ala bilmədi. Əmək və sosial müdafiə naziri Sahil Babayev qeyd elədi ki, biz 600 minə yaxın uşağa əlavə vəsaitlər və yardımlar edirik. Biz də təklif etdik ki, onun strukturunu verin, baxaq, görək 600 min uşaq kimlərdən ibarətdir. Fikrimizdə qalırıq: uşaqpulu məsələsi həll olunmalıdır. Deyirlər ünvanlı yardımlar verilir və sair. Ünvanlı yardımlar ünvanlara çatmaq üçün çox böyük problemlər yaşayır. Bəzən dəqiqliklə ünvanlarına çatmır, bununla əlaqədar müəyyən problemlər var. İkincisi, ünvanlı yardım almaq üçün ola bilər rayon mərkəzində müəyyən işlər görülür, amma kənd yerlərində kompüter, telefon, internet problemlərinin olması səbəbindən ciddi problemlər yaşanır. Amma uşaqpulu birbaşa, ünvanlıdır. Ailədə iki uşaq varsa, iki uşağa, üç uşaq varsa, üç uşağa uşaqpulu ayrılır.
- Pensiya yaşının aşağı salınması təklifləri də oldu...
- Mən bu məsələ ilə bağlı fikrimi bildirdim, dedim ki, pensiya yaşı azaldılmalıdır. Hətta Statistika Komitəsinin yaydığı məlumatlara diqqət etsək, görərik ki, pensiya yaşı ilə bağlı problemlər var. Özü də ilbəil pensiyaya çıxanların sayında azalma gedir. 2021-ci ildə pensiyaya çıxanların sayı 1 milyon 218 min idisə, 2022-ci ildə 1 milyon 118 min olub. Yəni 100 minə yaxın azalma gedib. Düzdür, Sahil Babayevin təyinatından sonra pensiya islahatları ilə əlaqədar müəyyən yoxlamalar həyata keçirilib, qeyri-qanuni pensiyalar ləğv olunub. Yəni biz bu tədbirləri də dəstəkləyirik, pensiya almağa haqqı çatmayan insanlar pensiya alıblar və bu, ləğv olunub. Amma ümumi götürəndə pensiya yaşı məsələsi mübahisəlidir. Ona görə də mən bir neçə dəfə təklif etmişəm ki, gəlin Milli Məclisdə oturaq, sosial sahə ilə əlaqədar olan məsələləri müzakirə edək. Mən komitə iclasında da şəhid ailələri və qazilərin mənzillə təmin edilməsi məsələsini qaldırdım. Baxdım ki, cənab Prezident artıq sərəncam imzalayıb, 3 il müddətində onlar hamısı mənzillə təmin ediləcək, proqram təsdiqlənib.
- Baş nazir Əli Əsədov parlamentdəki çıxışında çox açıq danışdı, deputatların səsləndirdiyi ərzaq və dərman bahalığından tutmuş, digər məsələlərə qədər münasibət bildirdi. Hökumət başçısının arqumentləri ilə razısınız?
- Cənab baş nazir Əli Əsədovun çıxışı mənim çox xoşuma gəldi. İlk dəfə idi ki, Baş nazir faktiki olaraq bizim qaldırdığımız bütün məsələlərə toxundu. O cümlədən ərzaq qıtlığı, buğda istehsalı, dərmanların qiymətinə. Bundan əvvəl baş nazirlərin Milli Məclisdə çox çıxışları olub. Amma açığını deyim, Əli müəllimin çıxışı çox xoşuma gəldi. Bir sıra məsələləri çılpaq şəkildə bizə çatdırdı. Ərzaq məhsullarının bahalaşması bizi də narahat edir. Baş nazirin arqumentlərində müəyyən razılaşdığımız məsələlər var. Məsələn, ərzaqla əlaqədar dedikləri ilə razılaşıram, çünki idxal edirik, qiymət qalxır. Amma bizi narahat edən süni qiymət artımıdır. O cümlədən dərman vasitələrinin süni qiymət artımı kifayət qədərdir. Bu yaxınlarda Türkiyədən dərmanlar gətirtmişəm. Türkiyədə 5 qutusu 20 manata - bir qutusu 4 manata - olan dərmanın bir qutusu Bakıda 28 manat, 12 qəpikdir (telefonu açıb, dərmanı göstərir - E.P.) Düzdür, dərman qiymətləri tənzimlənir, amma qiymətlərdə belə kəskin fərq niyə olmalıdır? Baş nazir dedi ki, biz Türkiyə, Ukrayna, Rusiyadan dərmanlar gətiririk. İndi biz bu dərmanı Türkiyədən gətiririk. Qiymətlər 5-7 dəfə baha ola bilməz axı. Yol xərclərinə nəzərə alsaq, qoy iki dəfə baha olsun. Ona görə də problemlər var.
“O məcəllə qəbul olunsa, inhisarçılığın qarşısı müəyyən qədər alınacaq” |
- Türkiyə və Azərbaycan arasında gömrük sadələşməsinə gedib, dərman və ərzağı rüsumlardan azad etmək olarmı?
- Niyə olmaz ki? Müəyyən məsələlər tədricən həllini tapır. İndi biz 25 adda məhsula gömrük rüsumu almırıq, nə Türkiyə, nə Azərbaycan. Yavaş-yavaş digər məhsullarla bağlı da güzəştlər tətbiq etmək olar. Bu yaxınlarda Türkiyənin biznes adamları gəlmişdilər, onlarla görüşdə mən onlardan xahiş etdim ki, gəlin Azərbaycanda dərman fabrikləri tikin. Onlar razılıq verdilər, dedilər ki, gəlib burada işləyəcəyik. Dedik bizdən nə kömək lazımdır, hazırıq, gəlin, tikin, dərman istehsalına başlayaq.
- Baş nazir dərmanlarla bağlı parlament komitəsinin də iştirakı ilə müzakirələrə hazır olduqlarını söylədi.
- Bəli, müzakirələr lazımdır, bunun başqa yolu yoxdur. Süni qiymət artımının qarşısını almaq lazımdır.
- Aydın məsələdir ki, qiymət artımı əhalini hakimiyyətdən narazı salır. Belə olan təqdirdə süni şəkildə qiymətləri artıranlar kimlər, hansı qüvvələrdir?
- Biz çox çalışırıq ki, Rəqabət Məcəlləsini qəbul edək. Bugünlərdə hökumətdən mənə dedilər ki, layihəni vermişik, Prezident Administrasiyasında baxırlar. Sizi inandırıram, o məcəllə qəbul olunsa, inhisarçılığın qarşı müəyyən qədər alınacaq. Bu gün kim desə ki, inhisarçılıq yoxdur, mən onunla razı deyiləm. Cənab baş nazir deyir ki, kim istəyirsə, şəxsi istifadəsi üçün dərman gətirə bilər. Mən millət vəkiliyəm. Bir dəfə Türkiyədən dərman gətirəndə çamadanımı açmışdılar. Özümə dərman gətirəndə 3, ya 6 aylıq gətirirəm. Bir saata yaxın yubandım, gördüm çamadan gəlib çıxmır. Soruşdum nə olub? Dedilər bəs belə. Zəng etdim Səfər Mehdiyevə - onda gömrüyün sədri idi - dedim mən dərmansatanam? Xəstəliyimlə əlaqədar dərman gətirirəm. O işə qarışandan sonra buraxdılar. Yəni belə hallar var, deməklə deyil ki. Gömrükdə də müəyyən qədər dəyişikliklər, işlər gedir. Amma sən dediyin variant yaxşı variantdır, Azərbaycan və Türkiyə bir gömrük sistemi ilə çalışmalıdır. Ona doğru da addım atılır, bayaq qeyd etdim, yavaş-yavaş buna qədər gediləcək.
- Qaz və işığın limitinin ləğvi ilə bağlı hansısa addımları gözləyirsinizmi?
- Mən belə hesab edirəm ki, qaz və işığa olan borcların ilin sonunda sıfırlanmasına ehtiyac var. Çox ölkələrdə buna gedirlər, ilin sonunda limitləri sıfırlayırlar, yeni ildən hamı “0"-dan başlayır və heç bir problem yaranmır. Açığını deyim, qaz və işıq ödənişi ilə əlaqədar problem çoxdur. İnsanlar ödəniş edə bilmir. Mərkəzi şəhərləri demirəm, rayon yerlərindən bizə müraciətlər kifayət qədər çoxdur. Biz məcbur qalıb "Azəriqaz"a, "Azərişıq"a zəng edirik, xahiş edirik ki, qazı, işığı açın, ya kəsməyin.
- Təcrübəli mütəxəssis, millət vəkili olaraq ölkə əhalisinin həyat şəraitinin yaxşılaşdırılması üçün başqa hansı addımların atılmasını zəruri sayırsınız?
- Bizim bugünlərdə ən çox qaldırdığımız məsələ işsizlik problemidir. Bölgələrdə iş yerləri kifayət qədər deyil, insanlar işləmək istəyirlər. Biz Quba-Xaçmaz zonasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə bir yerdə böyük bir konfrans keçirdik, icra hakimiyyətinin nümayəndələri və 300-dək sahibkarın iştirakı ilə. Onlar məsələ qaldırdılar ki, kreditlərin faizi aşağı olsun, kredit əlçatan olsun. İkincisi, bəzi torpaqlar var, sahibləri sənəd ala bilmir. Hamı işləmək istəyir, torpağa bağlı adamlardır, amma iş yerləri azdır. Biz desək ki, sənaye müəssisələri tikəcəyik, bu, bir-iki günün işi deyil. Əlbəttə, rayonlarda emal müəssisələrinin tikilməsinə çox böyük ehtiyac var. Quba-Xaçmaz zonası meyvə-tərəvəzlə zəngindir, orada mütləq emal müəssisələri olmalıdır. Demirəm böyük, kiçik müəssisələr, qiyməti 2-2,5 milyon dollar olan.
- Yeri gəlmişkən, Avropa İttifaqının Azərbaycana 2 milyard avroluq dəstək layihəsi var. Bu vəsaitlər dediyiniz müəssisələrin tikintisinə yönəldilə bilərmi?
- Mən indi bilmirəm o 2 milyardın hansı sahəyə yönəldilməsi nəzərdə tutulub. Amma çox istərdim ki, 2 milyardın əsas hissəsi kənd təsərrüfatının inkişafına, bölgələrdə kənd təsərrüfatının emal müəssisələrinin yaradılmasına xərclənsin. Bir də ki, Qarabağın qurulması ilə əlaqədar böyük işlər görülür, bu, 5-10 milyarda başa gələn məsələ deyil. Oraya kifayət qədər böyük vəsaitlər lazımdır. İndi biz dövlət və özəl sektorun tərəfdaşlığı haqqında qanun qəbul edirik. O qanun qəbul olunandan sonra investorlara təminat veriləcək, həm mülkiyyət hüququnun qorunması, həm maliyyə yardımı və sairlə bağlı. Yəqin ki, qanun qəbul olunandan sonra böyük şirkətlər Azərbaycana, o cümlədən Qarabağa böyük investisiyalar qoyacaqlar.
- Vahid bəy, adətən həmkarlarınız hökumətdən şikayətlənir, elə son iclaslarda da bənzər çıxışlar oldu. Siz parlament-hökumət münasibətlərini necə qiymətləndirirsiniz?
- Açığını deyim, biz hökumətlə işləyirik, çox gözəl əlaqə var. Düzü, mən müraciətlər edirəm, eşidirlər. Fikirlərimizlə razılaşanlar da var, razılaşmayanlar da. Mən çox çalışıram ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi ilə oturaq, bəzi məsələlərə aydınlıq gətirək. Əhali bilsin ki, bu, olacaq, ya olmayacaq, yaxud bunun səbəbi nədir? Təklifimi vermişəm, gözləyirəm ki, görüşü təşkil etsinlər. Amma mən tək deyiləm, həmkarlarım var, onları da bu suallar maraqlandırır, onların da iştirakı ilə müzakirələr lazımdır. Ümumilikdə hökumətlə təmaslarımız yaxşıdır. Əvvəllər çox da ciddi deyildi, amma son illər bütün nazirlər, hökumət üzvləri ilə yaxşı təmaslar qurmuşuq, müəyyən problemləri həll edirik. Fikir verdiniz, Bakı-Quba yolunun tikintisi... O, böyük xərc tələb edən məsələ idi. Baş nazir cənab Prezidentə məruzə elədi. Özü də həmişə məndən soruşur, nəzarətdə saxlayır. Bu ayın 20-si, ya 22-si o yolu təhvil verməliyik. “Azəravtoyol” orada çox böyük işlər gördü, gecə-gündüz işlədilər. Elə yerlər var idi ki, 3-4 metr qazırdılar. 8 briqada işləyirdi orada. Artıq təmir olunub qurtarmaq üzrədir. Ödənişli yol da qurtarmaq üzrədir. Yəqin gələn ilin iyul-avqust aylarında o yol da təhvil verilər.
- Ödənişli olması narazılıq doğurmaz ki?
- İnanmıram elə yüksək ödəniş olsun. İkincisi də eyni səviyyədə alternativ yol var. Kim haradan istəsə, oradan gedəcək.
- Ümumilikdə 2023-cü illə bağlı nikbinsiniz, yoxsa...
- Mən Azərbaycanın 9 ayının yekunlarına baxdım. Yekunlar göstərir ki, 2023-cü il üçün çox gözəl baza yaranıb, qeyri-neft sektorunda çox böyük inkişaf var. Əsas sahələrdə artımları görürük. İndi bizi narahat edən məsələlər pensiya, təminat, sosial müavinətlərdir, cənab baş nazir də qeyd etdi, aztəminatlı ailələrdir. Aztəminatlı ailələri nəzarətdə saxlamaq, onlara vəsait vermək lazımdır. Şəhid ailələri və qazilərə diqqət böyükdür, amma diqqətdən kənarda qalanların olduğunu da görürəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daim ciddi işlər görməlidir ki, onların ciddi problemləri olmasın.
Elşad PAŞASOY
- Zelenski İlham Əliyevə başsağlığı verdi
1 iyul 2025 20:18
- İlham Əliyev Ruanda Prezidentini təbrik edib
1 iyul 2025 11:27
- Ərdoğan Azərbaycana GƏLİR
30 iyun 2025 22:58
- Yekaterinburqda məhkəməsi başlayan Məzahir Səmədov: Xanımımdan muğayat olun
29 iyun 2025 16:44
- Türk dünyasının gizli xeyriyyəçiləri MƏLAMİ DƏRVİŞLƏRİ
27 iyun 2025 17:43
- Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi
27 iyun 2025 15:15
- Türk polisi kişi paltarında gizlənən azərbaycanlı qadını axtarır - 444 minlik -evlilik-...
27 iyun 2025 14:33
- Sabah Məhərrəmlik başlayır - nələr vacibdir?
25 iyun 2025 22:34
- TƏK -SƏBİR- və yaxud Elm ilə təhsilin inteqrasiyası (Felyeton)
25 iyun 2025 11:12
- Ərdoğan Trampla GÖRÜŞDÜ - Nələr müzakirə olundu?
25 iyun 2025 02:56
- Cümşüdün toyu olacaqmış - Nişanlışından ürəkparçalayan məktub - FOTO
01 iyul 22:10
- Bakı Bulvar İdarəsində 12 MİLYON yeyinti, 2 MİLYON VERGİDƏN yayınma..))
01 iyul 20:38
- Zelenski İlham Əliyevə başsağlığı verdi
01 iyul 20:18
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - SİYAHI
01 iyul 19:04
- Əsir Qafqaz - Rusiya regiona gənə kimi yapışıb, qoparılma prosesi ağrılı gedir
01 iyul 18:42
- Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi
01 iyul 16:20
- Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq... (FOTO)
01 iyul 15:39
- Rus dilli məktəblər ödənişli olmalıdır - Elçin Şıxlı
01 iyul 15:18
- Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı: Qabırğalardan birini tapa bilmədik
01 iyul 13:57
- Mənim oğlumun ölümündə bu hakimiyyət günahkardı - ƏHMƏD ORUC
01 iyul 13:34
- Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim - Rəisdən ŞOK AÇIQLAMA
01 iyul 11:36
- İlham Əliyev Ruanda Prezidentini təbrik edib
01 iyul 11:27
- Slovakiya azərbaycanlı diplomatı Azərbaycana səfir təyin etdi
01 iyul 11:18
- Evdən döyülərək çıxarıldılar - Öldürülən həmyerlilərimizin qardaşı qızı hadisə barədə DANIŞDI VİDEO
01 iyul 11:05
- DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
01 iyul 10:48
- Rusiyanın hüquq-mühafizə orqanlarının hüquqazidd əməllərinin arxasında siyasi motivlər dayanır ŞƏRH
01 iyul 00:29
- DGK-nın şöbə rəisi: Mən RÜŞVƏT almamışam, 55 MİN manat ŞİRİNLİK almışam
30 iyun 23:55
- Ərdoğan Azərbaycana GƏLİR
30 iyun 22:58
- Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir? – DOSYE
30 iyun 17:51
- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
30 iyun 17:46
- Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı BUNKER: Harada yerləşir? (FOTO)
30 iyun 16:59
- Veysəloğlu-nun elan etdiyi -Qida Təhlükəsizliyi Ayı- çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
30 iyun 16:49
- Təyyarəmizi Qazaxıstan vurubmuş – Samir Vəliyev özünü rüsvay etdi
30 iyun 16:43
- İki İosifin və iki ittifaqın intriqası – Tito dirənməsə, Moskva və London Balkanı böləcəkmiş
30 iyun 16:26
- Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
30 iyun 16:19
- Cümşüd Cümşüdlünün ölümünə səbəb olan kanal bu qurumun balansındadır, cinayət işi başlandı
30 iyun 15:48
- Yekaterinburqda öldürülən qardaşların cənazələri yaxınlarına təhvil verildi
30 iyun 15:30
- Rusiyanın imperiya siyasəti açıq formaya keçir
30 iyun 12:28
- Ruslar Ukraynaya qarşı döyüşmək istəmirlər – daha bir hərbi çağırış məntəqəsində yanğın...
30 iyun 11:20
- ŞOK! Putinin mümkün varisləri açıqlandı – Rusiya elitası yeni dövrə hazırlaşır
30 iyun 11:13