72 yaşlı Ramiz Zeynalova görə, bəlkə Konstitutsiyanı dəyişək..?
29 ildir BDYPİ-nin rəisi olan Ramiz Zeynalovla onun “qara kassiri” Afiyəddin Leysanovun əməlləri…
Bu gün Azərbaycanda vətəndaşları dövlətdən narazı salan ən birinci qurum, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsidir ( BDYPİ). Hətta illər öncə Ulu Öndər Heydər Əliyev müşavirələrin birində bu qurumun rəhbərliyini kəskin, sərt tənqid elədi və qanunsuzluqlara son qoymağı tələb etdi. Amma BDYPİ-nin işində heç bir müsbət dəyişiklik baş vermədi. Məlumdur ki, BDYPİ-nə 1994-cü ilin avqust ayından bu günədək polis general-mayoru Ramiz Zeynalov rəhbərlik edir. Birincisi, bu qurumda baş verən kütləvi rüşvətxorluqdan Ramiz Zeynalovun xəbəri olmaya bilməz. İkincisi, 29 ildir BDYPİ-nə rəhbərlik edən, təqaüd yaşı çoxdan keçmiş, 72 yaşlı Ramiz Zeynalov hansı keyfiyyətlərinə görə, vəzifədə qalmaqda davam edir? Məlumdur ki, dövlət qulluğunda çalışmanın yaş həddinə görə müəllimlər, məktəb direktorları, sıravi dövlət məmurları təqaüdə göndərilir. Bəs, Ramiz Zeynalova nə üçün bir söz deyən yoxdur..?Bəlkə referendum keçirək, ölkə Konstitutsiyasını dəyişib, Ramiz Zeynalova nəsə xüsusi bir status-zad, toxunulmazlıq verək..? Bəlkə, onun vətən qarşısında xüsusi xidmətləri var..? Hamıya bəllidir ki, BDYPİ neçə illərdir ki, Ramiz Zeynalovun rəhbərliyi altında sürücülük vəsiqəsi satmaqla, nömrə biznesi ilə, son illər evakuator biznesi, cərimə meydançası bazarı açmaqla və s neqativ əməllərlə məşğul olur. Məlumdur ki, avtomobil qəzalarından ölən ( 1000 nəfərə görə) vətəndaşların sayına görə, Azərbaycan bəlkə də dünyada birinci yeri tutur. Bizimlə söhbət edən soydaşımız deyir ki, Rusiyada 2 il imtahandan keçə bilmədiyim üçün sürücülük vəsiqəsi ala bilmədim, amma Bakıya gələn kimi 2 aydan sonra “prava” aldım. Bəli, BDYPİ-nin tabeçiliyində olan Qeydiyyat-İmtahan Şöbələrində ( el arasında MERO deyirlər) açıq bazarda olduğu kimi “prava” alveri gedir. Nömrə alverindən tutmuş, sürücülük vəsiqələrinə qədər hər şeyin alınıb-satıldığı MERO-larda sürücülük vəsiqəsi almaq istəyənlər rayonlarda 1000, Bakıda 1200 manat rüşvət verməlidirlər. Təəsvvür edirsiniz, elə nömrələr var ki, az qala bir villanın qiymətinədir. İndi xırda bir hesablama aparsaq bəlli olar ki, 29 ildə Ramiz Zeynalov nələr qazanmayıb. Əlbəttə, bütün mediada Ramiz Zeynalovun daş karxanalarından, beton zavodlarından, otel və villalarından yazılır. Və qarşı tərəf bunu təkzib etmir. Bütün bunları dövlət məmuru olan Ramiz Zeynalov bəlkə maaşla əldə edib..? Onu da qeyd edək ki, Bakıda evakuatorlar tərəfindən cərimə meydançalarına aparılan avtomobillərə görə sürücülər tərəfindən ödənən cərimələr dövlət hesabına yox, şəxsi hesablara gedir. Və sürücülərə heç bir qəbz verilmir. Dəfələrlə Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəhbərliyi qarşısında tələb qoyub. Amma heç bir müsbət nəticə yoxdur, əksinə vəziyyət günbəgün pisləşir. Cənab Prezidentimiz, islahatlar aparır, korrupsiyaya görə həbslər olur, 30 illik Qarabağ problemini 44 günə həll edir.Amma BDYPİ məsələsi az qala Qarabağ problemindən çətinə düşüb. Necə ola bilər ki, dəstə-dəstə icra başçıları həbs olunur, amma əməlləri onlardan az olmayan Ramiz Zeynalova əlavə vaxt verilir. Təsəvvür edin ki, hələ yeni il gəlməyib, sürücülük vəsiqələri yeni qiymətlə 1300 manata satılır.Bax, bu biabırçı İDARƏÇİLİYİN BAŞINDA Ramiz Zeynalov dayanıb. Məlumdur ki, təkcə BAŞLA iş bitmir, bu şəbəkənin bir GÖVDƏSİ, obrazlı desək, Ramiz Zeynalovun vuran qolu da var. Söhbət Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin ( MERO ) rəisi Afiyəddin Leysanovdan gedir. Mediada “nömrə kralı”, “vəsiqə baronu” kimi ad çıxardan bu adam vaxtilə Meyvəli bazar deyilən yerdə MERO-nun tabeçiliyindəki quruma rəhbərlik edirdi. O vaxtdan pullar onun cibinə leysan kimi axmağa başladı. Əlbəttə, Ramiz Zeynalovun nəzarəti altında. Hazırda isə Afiyyədin Leysanov Bakı MERO-nu açıq bazara döndərib. Onun müəyyən etdiyi tariflərə görə, ən ucuz avtomobili qeydiyyata salmaq 1500 manatdan başlayır və 25.000 manata qədər davam edir. Söhbət tək avtomobilin qeydiyatından gedir. 1500-5000 manata qədər orta klass avtomobillər, ondan yuxarı isə 25.000 manata qədər olan lüks klass sinifinə aid olan avtomobillərdi. Bu qiymətlərin üstünə də Afiyəddin Leysanovun nömrə tariflərini əlavə etsək…Avtomobil nömrələrinin qiymətləri isə çox şeydən asılıdır.Nömrələrin qiymətləri nömrənin, seriyanin cüt olmağından, şirkətin balansına qeydiyyat olan avtomobillərin AA, AZ və sair seriyalarda olan nömrələr isə 20.000 manatdan başlayır 200.000 manata qədər artır. Biz oxuculara avtomobilin dövlət qeydiyyatına alınması ilə bağlı dövlət rüsumunun cədvəlini təqdim edirik ki, qoy Leysanovun və onun tabeliyindəki qurumların nümayəndələrinin qapısı ağzında canı və üstəlik pulu çıxan sürücülər görsün ki, Leysanovlar onları necə talayır. Biz bir media olaraq Prezidentimizə, DİN rəhbərliyinə üz tutaraq xahiş edirik ki, bu xalqı Leysanov kimilərin zülmündən xilas etsinlər. Bu xalq bu zülmə layiq deyil. Bu xalq 44 günlük savaşda öz həqiqi kimliyini sübut etdi. Leysanovların yeri isə Ədalət məhkəməsidir.
NUH.az
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 2026 21:30
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Mehdiyevi AMEA-dan çıxardacaqdılar, yatdılar - İclasdan maraqlı (FOTOLAR ) )
25 fevral 2026 18:45
- Abel Məhərrəmovdan Ramiz Mehdiyev - Açıqlaması
25 fevral 2026 12:02
- Gültəkin Hacıbəyli sərbəst buraxıldı - Yenilənib
25 fevral 2026 01:26
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Gültəkin Hacıbəylinin evində axtarış aparıldı - DTX-yə çağırıldı
24 fevral 2026 18:57
- Şəmşad Ağanın ailəsində daha bir itki
24 fevral 2026 10:31
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
