Dünya universitetlərin reytinqi - Ölkəmiz heç ilk üçminlikdə də deyil
Ötən ayın son günü Webometrics.info süni intelekt proqramı 2022-ci ilin nəticələrinə görə, dünyanın 30 mindən çox universitetlərinin reytinq cədvəlini öz saytında dərc edib. Bu reytinq qurumu insan subyektivizmindən çox uzaq olan, süni intelekt əsasında çalışan ən obyektiv reytinq (universitetlər üzrə) qurumudur. https://www.webometrics.info/en/world
Materialların təhlili bir neçə nəticə əldə etməyə imkan verir:
- Həmişə olduğu kimi, bu ildə də top yüzlüyə bir dənə də olsun müsəlman ölkələrində fəaliyyət göstərən universtieti düsə bilməyib, top yuzlukdə daha çox ingilis universitetləri düşüb. İlk 20-likdə 17 ABŞ, 3 Britaniya və bir Kanada uneivrsiteti yer almışdır. Bu ölkələrin hamısı ingilislərə məxsusdur. Eyni durum digər 100 univresitetin təhlili zamanı görünür. Top yüzlukldə olan universitetlərin hamısı inkişaf etmiş ölkələrə aiddir. Buradan cıxan əsas qanunauyğunluq: Universitetlərni səviyyəsi ilə ölkələrin inkişaf səviyyəsi düz mütənasibdir. Bir ölkənin inkişaf səviyyəsini xarakterizə etmək üçün geniş analizə ehtiyac qalmır, yalnız həmin ölkənin universitetlərinin reytinqinə baxmaq kifayət edir.
Cədvəl 1. Dünya universitetlərinin reytinqi
|
Det. |
Country |
|
Det. |
Country |
|||||
|
1 |
1 |
1 |
1 |
|||
|
2 |
3 |
2 |
4 |
|||
|
3 |
1 |
3 |
15 |
|||
|
4 |
4 |
4 |
27 |
|||
|
5 |
15 |
5 |
5 |
|||
|
6 |
8 |
10 |
8 |
|||
|
7 |
6 |
80 |
10 |
|||
|
7 |
5 |
15 |
23 |
|||
|
9 |
9 |
7 |
18 |
|||
|
10 |
16 |
35 |
7 |
|||
|
11 |
14 |
12 |
19 |
|||
|
12 |
20 |
6 |
14 |
|||
|
13 |
21 |
8 |
20 |
|||
|
14 |
11 |
13 |
29 |
|||
|
15 |
44 |
11 |
6 |
|||
|
16 |
35 |
24 |
13 |
|||
|
17 |
27 |
9 |
24 |
|||
|
18 |
10 |
31 |
57 |
|||
|
19 |
13 |
22 |
53 |
|||
|
20 |
30 |
14 |
33 |
- Müsəlman ölkələri üzrə universitetlərin vəziyyəti daha acınacaqlıdır. Dünya reytinqində müsəlman universitetlərinin ilk tutduğu yer 289-cu yerdir. Bu yerə Malaziyanın Malaya universiteti iddia edir. İkinci yerı İranın Tehran universiteti (293-cü yer) tutur. Müsəlman universitetləri içərisində 3-cü yeri Səüdiyyə Ərəbistanının Kral universiteti tutur. Təəssüflə qeyd etmək lazımdır ki, həmişə müsəlman universitetləri içərisində birinci yeri tutan Türkiyə universitetləri hazırda çox geriləyiblər. Türkiyədən dünya reytinqinə düşən ilk universiteti Ortadoğu Texnik Universiteti yalnız 525-ci yerdə qərarlaşıb. Bu müsəlman ölkələri üzrə yalnız 4-cü yerdir. (Cədvəl 2)
Cədvəl 2. Azərbaycana qonşu ölkələrin (ölkə daxilində) universitetlərinin reytinqi
|
Ölkə reytinqi |
Dünya üzrə r. |
Universitet adı |
Ölkə adı |
|||
|
1 |
202 |
Lomonosov ad. MDU |
Rusiya F. |
0 |
0 |
0 |
|
1 |
289 |
Malaya Universiteti |
Malaziya |
440 |
373 |
241 |
|
1 |
293 |
Tehran Universiteti |
İran-fars |
547 |
398 |
203 |
|
1 |
320 |
Səudyyə Kral Universiteti |
Saud.Ərəbistanı |
1019 |
380 |
122 |
|
1 |
525 |
Orta Doğu Teknik Üniversitesi |
Türkiyə |
566 |
522 |
696 |
|
1 |
827 |
Komsat İnf. Texn. institutu |
Pakistan |
4809 |
1064 |
253 |
|
1 |
848 |
Təbriz Tibb University |
Cənubi Azərbaycan |
3190 |
595 |
540 |
|
1 |
906 |
Nazarbayev Universiteti |
Qazağıstan R |
1261 |
892 |
1123 |
|
1 |
1450 |
Tbilisi Dövlət Universiteti |
Gürcüstan |
3889 |
1745 |
1202 |
|
1 |
2997 |
Yerevan Dövlət Universiteti |
Ermənistan R |
4664 |
2458 |
3679 |
|
1 |
3429 |
Bakı Dövlət Universiteti |
Azərbaycan R |
8567 |
3117 |
3151 |
|
2 |
3628 |
ADİU-UNEC |
Azərbaycan R |
6200 |
3225 |
4088 |
|
1 |
29231 |
Dövlət Enerji Universiteti |
Türkmənistan |
29197 |
6547 |
7206 |
- Cədvəl 2-nin məlumatlarından göründüyü kim,i digər Türk ölkələrinin universitetlərinin vəziyyəti daha bərbaddır. Türk dövlətlərinin heç bir universiteti ilk 500-yə düşməyibr. Minliyə düşən isə cəmi iki universitet var: Cənubi Azərbaycanın Təbriz Tibb Elmləri Universiteti dünya universitetləri içərisində 848-ci yerə (İran universitetləri içərisində - 6-cı), Qazağıstanın Nazarbayev Universiteti isə 906-cı yerə çıxıb (Türkiyənin Orta Doğu Texniki Universitetindən sonra -525-ci yer). Özbəkistan universitetlərinin ilk yeri 3608, Qırğısıtanın – 4301-ci yer olmuşdur, Türkmənistan isə bütün geridə qalmış ölkələrin rekordlarını yeniləyib (ilk universiteti 30 minliyin tərkibindədir-29231-ci yer). Keçən ilə nisbətən bütün Türk ölkələrində vəziyyət pisləşməyə doğru meyllənib. Müsbət dinamika müşahidə olunmayan hər hansı bir layihənin uğurla yerinə yetirilməsi şübhə doğurmaya bilməz.
- Azərbaycan universitetləri də son illərdə bütövlükdə geriləyənlər sırasınibır. Dünya universietləri sıralamasında ilk yeri tutan BDU 2020-ci ildə 3050-ci yerdə idisə, 2022-ci ildə 3318-ə, bu ilə isə 3429-cü yerə düşüb. Həm də bu göstəriciyə görə bütün qonşu ölkələrdən geri qalıb. Məsələn, Azərbaycan üçün ciddi rəqib ölkələr olan Rusiya və İranın ilk universiteti uyğun olaraq 202 və 293-cü yerdədirsə, Azərbaycan universitetlərinin ilk yeri yalnız ilk gördüncü minliyə düşə bilib. İlk 4 minlikdə yer alan iki universitet var: BDU və UNEC. Ölkə və dünya üzrə ən geridə qalmış təhsil müəsisəsi olan Naxçıvan Dövlət Universiteti isə respublika üzrə sonuncu 48-ci yeri və dünya üzrə 30250-ci yeri tutub. Ümumiyyətlə, Azərbaycan üzrə sonuncu 10-luğa düşən universitetlərin necə attestasiyadan keçməsi haqqında Elm və Təhsil Nazirliyinin düşünməsi lazımdır (Cədvəl 3,4,5)
Cədvəl 3,4,5. Azərbaycan universitetlərinin reytinq cədvəli
![]()
![]()
- Belə davam edərsə, ölkələrin inkişaf səviyyəsində də eyni uçurum əmələ gəlməsi qaçılmaz olacaq. Vaxtilə eyni müstəmləkəçilik şərtlərilə yaşayan İsrail, Cənubi Koreya, Sinqapur və s. kimi ölkələr indi həmin müstəmləkəçilərə təhsil və elmin hesabına meydan oxuyur. Cənubi Koreya hazırda bütün SSRi ölkələrindən, İsrail bütün ərəb ölkələrindən və Sinqapur Malaziyadan daha böyük iqtisadi və hərbi gücə malikdir. Eyni yolu Azərbaycan təkrarlamasa, geriya dönüş təhlükəsi yarana bilər. Hər bir Azərbaycanlı bu kerçəkliyi dərk etməli və UNİVERSİTET islahatlarına (yalnız təhsil deyil) başlamalıdır.
Bununla bərabər, qeyd etməliyəm ki, yeni üslubla və elmi-pedoqoji təcrübə ilə işləyən universitetlər də var və bunlar, sürətlə irəliləyirlər. UNEC qısa zamanda bir neçə min universiteti arxada buraxaraq birinci yerdə duran BDU ilə birinci yer uğurunda mübarizədə fərqi 199 universitetə endirib. Həm də bu universitet bütün mənfi çalarlarla ən geridə qalan təhsil ocağı imicini aşaraq ən nümunəvi səviyyəyə qalxmağı bacarmışdı. Demək, ölkədə müsbət təcrübə müəyyən olunub ki, bu təcrübənin köməyi ilə başqa universitetlər də irəli gedə bilər.
Ümumiyyətlə, bütün sahələrdən daha vacib olan təhsil və elm sahəsində ciddi islahatlara başlamaq zərurəti var və nə qədər mümkündürsə tez aparılmalıdır. Ölkənin bütün gələcəyi, inkişafı, bütövlüyü, suverenliyi, müdafiə sisteminin, ordusunun qurulması ilk növbədə təhsil və elm sahələrinin islahatlarından və inkişafından asılıdır. İslahatlar necə və nə formada aparıla bilər. Mənim fikirimcə:
- İlk növbədə dünya səviyyəli bir və ya bir neçə universitetin yaradılması zərurəti var (World class university). Nümunə kimi ortaya bir və ya bir neçə universitet qoyularsa, digərləri üçün bir nümunə kimi sitifadə oluna bilər. Bir neçə il əvvəl Dünya bankı belə bir layihə üzərində işləmiş və bir neçə ölkədə tətbiq olunmuşdur. Dünya bankının hesablamalarına görə yeni bir universitetin qurulması üçün bir milyard dollar, fəaliyyətdə olan universitetin dünya səviyyəli universitetə çatdırmaq üçün isə 500 milyon dollar tələb olunur. Belə bir müsbət dinamikaya sahib universitet kimi UNEC bu layihəyə ən yaxşı namizəddir.
- Universitet yalnız dövlətin və ya kollektivin məsuliyyətində olmamalıdır, bu problem bütün dünyada olduğu kimi bütün ictimaiyyətin ən vacib problemi səviyyəsinə qaldırılmalıdır. Dünyada, xüsusilə də universitet məskəninə çevrilmiş ABŞ-da universitetlərin formalaşmasında bütün qüvvələr iştirak edir və bu hal ümummilli xarakter almışdır. Eyni sistemin Azərbaycanda tətbiq olunması məqsədəuyğundur. Əgər müsbət və özünü doğruldan yaxşı bir təcrübə varsa, nə üçün tətbiq olunmasın. ABŞ və əksəriyyət inkişaf etmiş ölkələrdə universitetlərin maliyyələşdirilməsi əsasən ENDOWMENT (ianələr) fondu vasitəsilə həyata keçirilir. Cədvəldən göründüyü kimi Universitetlərin bu fondlarının həcmi çox böyükdür. Ümumilikdə isə ABŞ universitetlərinin ümumi ENDOWMENT fondlarının həcmi 800 milyard dolları keçir, bu da Rusiya kimi dövlətin büdcəsindən bir neçə dəfə çoxdur. Bu universitetlərin idarəçilik təcrübəsini də bizim universitetlərə tətbiq etmək olar. Bu bütün sahələri, seçki, tədris, müstəqil qərar vermək muxtariyyəti, elmi dərəcə və elmi rütbələrin təqdimatı, elm xərclərinin ayrılması və istifadəsi qaydaları və s. istiqamətləri əhatə edə bilər.
Cədvəl 6. ABŞ universitetlərində top 10 universitetin ən böyük ENDOWMENT fondu
|
Universitetlər |
|
2021 maliyə ilinin sonuna ENDOWMENT fondu, milyard dollar |
|
|
|
$53.2 |
|
|
|
|
$42.3 |
|
|
|
|
$37.8 |
|
|
|
|
$37.0 |
|
|
|
5.Massaçusets Texnologiya İnstitutu y |
|
$27.4 |
|
|
|
$20.5 |
|
|
|
|
$18.4 |
|
|
|
|
$16.9 |
|
|
|
|
$16.8 |
|
|
|
|
$13.7 |
|
- Rəqəmsallaşma şəraitində universitetlər əsas lokomotiv olmalıdır. Azərbaycanda isə əksinə, universitetlər təcrübənin arxasınca qaçır. Rəqəmsallaşma şəraitində bütün proseslər elmi idarəetmə sisteminə keçmişdir, hər bir virtual əməliyyat elmi sayılır. Bu zaman ilk növbədə kadrlar hazırlanmalı, bütün proseslərin elmi əsası işlənməlidir. Rəqəmsallaşmanı təmin edən və Qərb universitetlərində bir neçə onilliklər müddətində mütəxəssislər hazırlanan çoxsaylı elmlərin heç biri hələ Azərbaycan universitetlərinə çatmayıb. Hələ də universitetlərdə virtualın qapısını, kompüterin açıb-bağlanmasını bilməyən müəllimlər var. Bir neçə gün ərzində sadə kompüteri öyrənə bilməyən professor tələbəyə mürəkkəb proqramlar, data sayəns, neyron şəbəkələrindən nə öyrədə bilər? Pandemiyadan sonra dərslərin yenidən köhnə auditoriyalara qaytarılması iki addım geriyə dönüş etmək oldu. Bütün proses və əməliyyatların virtualda həyata keçirilməsi şəraitində tələbəni real təcrübədən, kompüterdən ayırıb Nikolay dövründən qalma yazı taxtalarına qaytarmaq nə dərəcədə məntiqə uyğundur?
Ölkədə rəqəmsallaşmanın 3-cü onilliyi gedən vaxtda bir dənə də olsa smart dərslik yoxdur, halbu ki, qərb universitetlərində demək olar ki, bütün sahələr üzrə smart dərsliklər geniş yayılmışdır, heç klassik dərsliklər də ya buraxılmır, ya da universitetlər tərəfindən alınmır. Universitetlərin ümumi maliyyələşdirilməsi çox aşağı səviyyədədir, həm də inflyasiyaya uyğun indeksasiya olunmur. Cəmiyyət təhsilə hər cür yatırım etməli olduğu halda təhsilə ayrılan cüzi maliyyəni inflyasiya vasitəsilə çeynəyir. Elm, xüsusilə, universitet elmi sıfırlanmış vəziyyətdədir. Elm və təhsil sahəsində 20-ci əsrin 50-60-cı illərinin səviyyəsinə enmişik. Problemlər olduqca çoxdur, geniş islahatlar proqramının həyata keçirilməsi vaxtıdır.
Saleh Məmmədov, İqtisad elmləri doktoru, professor
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 2026 19:39
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 2026 13:09
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
