Alimpaşa Məmmədovun köməkçisi Mahir Əliyev həbsdən necə qurtuldu ?
Həbsdə olan icra başçısının “qara kassiri” Mahir Əliyev indi də yeni icra başçısı Rəşad Tağıyevin sağ əlidir…
Məlumdur ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Xatırladaq ki, 26 aprel 2021-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, köməkçisi Mahir Əliyev, Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev saxlanılmışdır.
Lakin DTX tərəfindən həbs olunan icra başçısının köməkçisi Mahir Əliyev hal-hazırda azadlıqdadır. Hətta Mahir Əliyev hazırda Şəmkirin yeni icra başçısı Rəşad Tağıyevin köməkçisidir.
Ortaya xeyli suallar çıxır.
Birincisi, Mahir Əliyev hansı yolla həbsdən qurtula bildi ?
Axı, bütün istintaq materiallarında Mahir Əliyevin adı keçir. Və şikayətçilər qeyd edir ki, külli miqdarda rüşvəti Mahir Əliyevin əli ilə icra başçısına göndərmişik.
Konkret olaraq, istintaq prosesində “Ağstafa Su Tikinti” ASC, Şəmkir Bina, Körpü, Yol və Su Tikintisi quraşdırma İdarəsinin müdiri, “Şəmkir bazarı” MMC-nin sədri Vaqif Məmmədov ifadə verərək deyib ki, 218 116 manat rüşvəti icra başçısının köməkçisi Mahir Əliyevə verdim.
İstintaqda o da məlum olub ki, “Şəmkir Səbəti” bazarının paylarının böyük bir hissəsi Alimpaşa Məmmədovun oğlu Adil Məmmədov və köməkçisi Mahir Əliyev arasında bölüşdürülüb.
İttihamda qeyd olunub ki, Alimpaşa Məmmədov rayon İcra Hakimiyyətinin başçısı olduğu müddətdə müxtəlif şəxslərdən rüşvət qismində aldığı pulların böyük qismini köməkçisi Mahir Əliyev vasitəsilə alıb.
Yəni ortada bu qədər cinayət əməli olduğu halda Mahir Əliyev necə azadlıqda qala bilər ?
İkincisi, yeni icra başçısı Rəşad Tağıyev nə əcəb Mahir Əliyevi yenidən özünə köməkçi təyin edib..?
Şəmkirlilər deyir ki, Alimpaşa həbs olunsa da, rayon faktiki olaraq onun komandasının, Mahir Əliyevlərin nəzarətindədir.
Bəli, yeni icra başçısı Rəşad Tağıyev bütün əməllərini Mahir Əliyevin əli ilə həyata keçirir.
Məlumdur ki, cənab Prezident İlham Əliyeb rüşvət və korrupsiyaya qarşı mübarizə elan edib.
Görəsən, istintaq prosesində Mahir Əliyevdən niyə soruşmadılar ki, o adi köməkçi maaşı ilə dəyəri 10 milyondan çox olan əmlakı necə əldə edib..?
Təsəvvür edirsiniz, adi köməkçi olan Mahir Əliyevin Bakıda mənzilləri, Gəncədə 2 bahalı evi, “Kanalın altı” deyilən yerdə 2 evi, Nizami küçəsində 2 evi, “Kraz yolu” deyilən ərazidə 6 böyük həyətyanı məhləsi, altında ən bahalı avtomobil, icra hakimiyyətinə məxsu 57 AA 005 nömrəli avtomobili də idarə edir.
Hələ bu harasıdrı..?
Mahir Əliyev Şəmkirdəki məşhur “ Şəmkir səbəti” bazarına da şərikdir.
Mahir Əliyevin digər mülkləri və əmlakı barədə növbəti yazıda şəkillərlə, konkret ünvanlarla göstərəcəyik.
Cənab icra başçısı Rəşad Tağıyevdən soruşan lazımdır ki, Alimpaşanın köhnə rüşvətxor komandası deyəsən xoşuna gəlir haa…
Yaxın zamanda Şəmkirdə baş verən qanunsuzluqlar barədə silsilə yazılar dərc edəcəyik.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.
- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
4 aprel 2026 19:53
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
4 aprel 2026 10:26
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
3 aprel 2026 18:49
- Pezeşkian İlham Əliyevə zəng etdi
2 aprel 2026 23:47
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
2 aprel 2026 20:09
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
2 aprel 2026 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
2 aprel 2026 12:38
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
1 aprel 2026 13:42
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
1 aprel 2026 10:26
- Onun general pensiyası da kəsildi
31 mart 2026 20:57
- Moskvada anti-Azərbaycan tədbiri
05 aprel 23:17
- Hər axşam qatıq yeməyin FAYDALARI
05 aprel 22:16
- 19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü
05 aprel 22:08
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
05 aprel 19:39
- Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
05 aprel 17:29
- Qusarda 29 yaşlı gənci sel apardı - Meyiti tapıldı+Foto
05 aprel 16:25
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
05 aprel 15:28
- Badamdarda sürüşmə: Nazir hadisə yerində (FOTO/VİDEO)
05 aprel 15:09
- Xocalı soyqırımının təşəbbüskarlarından olan Zori Balayan ÇEZDİ
05 aprel 12:04
- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
04 aprel 19:53
- Fazil Mustafanın ailəsindən xoş xəbər
04 aprel 19:43
- Zelenski Türkiyəyə getdi
04 aprel 19:32
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
04 aprel 10:58
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
04 aprel 10:26
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
04 aprel 00:20
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
04 aprel 00:06
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
03 aprel 23:39
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
