Dərc edilib: 04-02-2023

https://www.nuh.az/33805-.html

Alimpaşa Məmmədovun köməkçisi Mahir Əliyev həbsdən necə qurtuldu ?

04.02.2023 17:25:02

Hadisə

Həbsdə olan icra başçısının “qara kassiri” Mahir Əliyev  indi də yeni icra başçısı  Rəşad Tağıyevin sağ  əlidir…

Məlumdur ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində  Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Xatırladaq ki, 26 aprel 2021-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, köməkçisi Mahir Əliyev, Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev saxlanılmışdır.

Lakin DTX   tərəfindən həbs olunan icra başçısının köməkçisi Mahir Əliyev  hal-hazırda azadlıqdadır. Hətta Mahir  Əliyev  hazırda  Şəmkirin yeni icra başçısı Rəşad Tağıyevin köməkçisidir.

Ortaya xeyli suallar çıxır.

Birincisi, Mahir Əliyev hansı yolla həbsdən qurtula bildi ?

Axı, bütün istintaq materiallarında Mahir Əliyevin adı keçir. Və  şikayətçilər qeyd edir ki, külli miqdarda rüşvəti Mahir Əliyevin əli ilə icra başçısına göndərmişik.

Konkret olaraq, istintaq prosesində  “Ağstafa Su Tikinti” ASC, Şəmkir Bina, Körpü, Yol və Su Tikintisi quraşdırma İdarəsinin müdiri, “Şəmkir bazarı” MMC-nin sədri Vaqif Məmmədov ifadə verərək  deyib ki, 218 116 manat rüşvəti icra başçısının köməkçisi Mahir Əliyevə verdim.

İstintaqda o da  məlum olub ki,  “Şəmkir Səbəti” bazarının paylarının böyük bir hissəsi  Alimpaşa Məmmədovun oğlu Adil Məmmədov və köməkçisi Mahir Əliyev arasında bölüşdürülüb.

İttihamda qeyd olunub ki, Alimpaşa Məmmədov rayon İcra Hakimiyyətinin başçısı olduğu müddətdə müxtəlif şəxslərdən rüşvət qismində aldığı pulların böyük qismini köməkçisi Mahir Əliyev   vasitəsilə alıb.

Yəni ortada bu qədər cinayət əməli olduğu halda Mahir Əliyev necə azadlıqda qala bilər ?

İkincisi, yeni icra başçısı Rəşad Tağıyev nə əcəb Mahir Əliyevi yenidən özünə köməkçi təyin edib..?

Şəmkirlilər deyir ki, Alimpaşa həbs olunsa da, rayon faktiki olaraq onun komandasının, Mahir Əliyevlərin nəzarətindədir.

Bəli, yeni icra başçısı Rəşad Tağıyev  bütün əməllərini Mahir Əliyevin əli ilə həyata keçirir.

Məlumdur ki, cənab Prezident İlham Əliyeb rüşvət və korrupsiyaya qarşı mübarizə elan edib.

Görəsən, istintaq prosesində  Mahir Əliyevdən niyə soruşmadılar ki, o adi köməkçi maaşı ilə dəyəri 10 milyondan çox olan əmlakı necə əldə edib..?

Təsəvvür edirsiniz, adi köməkçi olan Mahir Əliyevin Bakıda mənzilləri, Gəncədə 2 bahalı evi,  “Kanalın altı”  deyilən yerdə 2 evi, Nizami küçəsində 2 evi, “Kraz yolu” deyilən ərazidə  6  böyük həyətyanı məhləsi, altında ən bahalı avtomobil,  icra hakimiyyətinə məxsu  57 AA 005 nömrəli  avtomobili də idarə edir.

Hələ bu harasıdrı..?

Mahir Əliyev  Şəmkirdəki  məşhur “ Şəmkir səbəti” bazarına da şərikdir.

Mahir Əliyevin digər mülkləri və əmlakı barədə növbəti yazıda şəkillərlə, konkret ünvanlarla göstərəcəyik.

Cənab icra başçısı Rəşad Tağıyevdən soruşan lazımdır ki, Alimpaşanın köhnə rüşvətxor komandası deyəsən xoşuna gəlir haa…

Yaxın zamanda Şəmkirdə baş verən qanunsuzluqlar barədə silsilə yazılar dərc edəcəyik.

Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib