Bakıdakı çıxışına görə tənbeh olunan Podqornı–Suslov ona nə təklif edib?
SSRİ-nin siyasi elitasının ən tanınmış simalarından biri sayılan Nikolay Podqornının adı sovet tarixinə həmişə birinciliyə can atan, liderlik iddiasında olan siyasətçi kimi düşüb.
Uzun illər Ukraynada yüksək vəzifələr, Xarkov vilayət Partiya Komitəsinin birinci katibi, Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci, daha sonra birinci katibi vəzifələrində işləyən Podqornını respublika miqyaslı vəziflər qane etməyib, o, həmişə Moskvaya can atıb və nəhayət, 1963-cü ildə Nikita Xruşovun dəstəyi ilə Mərkəzi Komitəyə katib seçilib. İttifaq miqyaslı vəzifəyə təyinat alsa da, Xruşovdan böyük dəstək görsə də vəzifə hərisliyi Podqornını öz hamisinə qarşı çıxmağa vadar edib. Belə ki, 1964-cü ildə Xruşovun devrilməsində o, əsas fiqurlardan biri sayılıb. Podqornının Brejnevlə “həmrəyrəyliyi” əvvəlcədən sövdələşmələri sayəsində baş tutub. Brejnev Xruşovun devriləcəyi halda ona SSRİ-nin ikinci şəxsi olacağını vəd edib. Artıq saray çevrilişi proseslərində Podqornı özünü SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri kimi hiss edib. Əslində bu vəzifə formal olaraq dövlət başçısı statusuna malik olub. Amma o da hamıya məlumdur ki, sovet dövründə birinci kürsü baş katibin, partiyanın rəhbərinin kürsüsü sayılıb.
![]()
“Uğurlu” saray çevrilişindən sonra Brejnev öz sözünə sadiq qalıb. 1965-ci ildə Anastas Mikoyan siyasi müstəvidən sıxışdırılaraq SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsindən kənarlaşdırılıb, onu bu vəzifədə Podqornı əvəzləyib. Bu seçki zamanı Podqornı Rəyasət Heyətinin səlahiyyətlərini rəsmi şəkildə artırmağa da nail olub. Hətta bu səlahiyyətlər arasında sətiraltı hökumətə, SSRİ Nazirlər Sovetinə nəzarət də əks olunub ki, bu da sonralar Podqornı ilə Nazirlər Sovetinin sədri Aleksey Kosıgin arasında konfliktlərə səbəb olub.
Podqornı həm də Kremldə konfliktlər və qarşıdurma yaradan, Kreml qruplaşmaları arasında ziddiyyətləri daha da qızışdıran, öz vəzifə səlahiyyətlərini aşan bir siyasətçi kimi də yadda qalıb. Bu cür mürəkkəb və kaprizli xarakter zaman-zaman Podqornını Kremldə dözülməz şəxsə çevirib.
Podqornı ilk dəfə öz “mənəmliyini” 1965-ci ildə Bakıya səfəri zamanı göstərib. Azərbaycanda səfərdə olarkən partiya və hökumət fəalları qarşısında çıxış edən Podqornı sovet iqtisadiyyatında yaranan problemləri sərt tənqid edib və bu məsələdə hökumət rəhbərlərini, SSRİ Nazirlər Sovetini günahlandırıb. Hədəf birbaşa Aleksey Kosıgin seçilib. Həmin çıxışda o, Qərb ölkələrinə qazın ixracını “Sibirin satılması” kimi xarakterizə edib.
Sözügedən çıxış Moskvada böyük qalmaqala səbəb olub. Podqornı Bakıdan qayıdan kimi onu Brejnevin yanına dəvət ediblər. Bu görüşdə Mərkəzi Komitənin ideoloji işlər isə katibi Mixail Suslov da iştirak edib. Kremlin əsas söz sahiblərindən biri olan Suslov Podqornının Bakıdakı çıxışını yarıtmaz siyasətin nəticəsi kimi qiymətləndirib.
![]()
Bir neçə ali təhsili olmasına, uzun illər partiya orqanlarında işləməsinə, SSRİ-nin dövlət və hökumət strukturunu bilməsinə, o cümlədən öz vəzifəsinin də adına yaxşı bələd olmasına baxmayaraq, Podqornı xüsusilə də xarixi ölkələrə səfərlərində bəzən özünü SSRİ-nin prezidenti kimi təqdim edib. Sözsüz ki, bu cür təqdimat, özünü SSRİ-nin birinci şəxsi kimi təqdim etmək Breynevin qəzəbinə və qıcığına səbəb olub. Baş katiblə Podqornının arasında bununla bağlı bir neçə dəfə söhbət olsa da, o, yenə də “özəl” təqdimatlarından əl çəkməyib.
1970-ci illərin ortalarından başlayaraq Brejnev mütləq hakimliyini tam təmin etmək üçün Podqornını SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsindən uzaqlaşdırmağın yollarını axtarıb. Digər bir tərəfdən Podqornı Kreml məmurları arasında arzuolunmaz şəxsə çevrilib. Təbii ki, ölkənin ikinci şəxsini heç bir ciddi səbəb olmadan vəzifədən azad etmək mümkünsüz iş sayılıb. Bunun xarici ölkələrdə, xüsusilə də Qərb mətbuatında hansı əks-səda doğuracağını Brejnev yaxşı anlayıb. Podqornının vəzifədən uzaqlaşdırmağın daha bir çətinliyi onun Brejnevin yaratdığı “Ukrayna klanı”nın ən fəal üzvü olması olub. Bu səbəbləri nəzərə alaraq Brejnev bu işi Suslova həvalə edib. Kremlin “boz kardinal”ı baş katibə məsələnin həllinin heç də çətin olmadığını söyləyib. O, bildirib ki, 1977-ci ildə qəbul olunacaq konstitusiyada kiçik bir dəyişiklik etməklə bu məsələ öz həllini tapacaq. Bu dəyişiklik isə ondan ibarət olub ki, partiyanın rəhbəri, yəni Sov.İKP MK-nın baş katibi eyni zamanda SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri olmalıdır.
![]()
Beləliklə, 1977-ci ilin may plenumunda bu məsələ müzakirə olunaraq səsə qoyulub. Plenum baş katiblə Rəyasət Heyətinin sədri vəzifəsinin eyni adama həvalə edilməsinə səs verib. Podqornı avtomatik olaraq oyundan kənar vəziyyətə düşüb. Hətta plenumdan sonra Podqornıya heç bir vəzifə təklif edilməyib. O, öz iradını Suslova bildirəndə “boz kardinal”ın cavabı konkret olub:
“Ya könüllü olaraq səhhətiniz, yaxud da yaşınızla vəzifədən getməyiniz haqqında ərizə yazın, ya da sizin məsələnizi Siyasi Büronun iclasında müzakirəyə çıxaracağıq. Hər halda ikinci variant sizin xeyrinizə olmayacaq. Siz uzun illər ərzində qazandığınız güzəşt və imtiyazlardan məhrum ola bilərsiniz...”
Bununla da məsələyə son qoyulub, Podqornı təqaüdə göndərilib. Brejnev isə daha bir vəzifəyə, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinə sahib olub.
Sonrakı illərdə Podqornının 12 illik “prezident” fəaliyyəti araşdırılıb, bu araşdırmalar zamanı onun çoxsaylı nöqsanları aşkar edilib. 50 ildən artıq Kommunist Partiyasının üzvü olan Podqornı haqqında Mərkəzi Komitənin orqanı olan “Pravda” qəzetində bir neçə tənqidi yazı da dərc edilib.
İlham Cəmiloğlu,
Musavat.com
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 2026 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 2026 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
