Məşhur sabiq rektorlar indi haradadır ?

Moderator.az bir zamanlar ali təhsil müəssisələrində rektor vəzifəsində çalışmış məşhur elm adamlarının hazırki fəaliyyətləri ilə bağlı yazını təqdim edir:
Bakı Dövlət Universitetinin sabiq rektoru akademik Abel Məhərrəmov 2018-ci ilin noyabrında vəzifəsi ilə vidalaşsa da, bu gün də ona doğma olan universitetlə əlaqəsini kəsməyib.
O, hazırda BDU-nun Kimya fakültəsinin Üzvi kimya kafedrasının müdiridir.
Qeyd edək ki, A.Məhərrəmov 1999-2018-ci illərdə BDU-nun rektoru vəzifəsində çalışıb. O, həmçinin, Milli Məclisin III (2005-2010) və IV çağırış (2010-2015) deputatı da olub.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının sabiq rektoru Ağacan Əbiyev uzun müddət bu vəzifədə çalışıb. O, 28 il (1987-2015) adıçəkilən ali təhsil müəssisəsinə rəhbərlik edib. Azərbaycanda idmanın inkişafında rolu olan şəxslərdən biridir. 86 yaşı olmasına baxmayaraq, bu gün də idman sahəsindən tam uzaqlaşmayıb. Hazırda Azərbaycan Boks Federasiyasının vitse-prezidentidir.
Professor A.Əbiyev parlamentin də 3 çağırış deputatı kimi fəaliyyət göstərib.
Azərbaycan Dövlət Aqrar Universitetinin sabiq rektoru, professor İbrahim Cəfərov ötən ilə qədər bu vəzifədə çalışıb. Onun rektorluq fəaliyyəti 2013-2022-ci illəri əhatə edir. Kənd təsərrüfatı elmləri doktoru, professordur. AMEA-nın müxbir üzvüdür. Bu gün də peşə fəaliyyətini öz ixtisası istiqamətində davam etdirir. Hazırda Kənd Təsərrüfatı Nazirliyinin nəznindəki Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktorudur. 3 dərslik, 1 dərs vəsaiti, 2 patentin müəllifidir.
Bakı Slavyan Universitetinin sabiq rektoru, professor Nurlana Əliyeva 5 il adıçəkilən ali təhsil müəssisəsinə rəhbərlik edib. 2016-cı ildə işə başlayan N.Əliyeva 2021-ci ildə ölkə başçısının sərəncamı ilə vəzifəsindən azad edilib. Filologiya elmləri doktoru olan N.Əliyeva həm də Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sabiq sədridir.
Hazırda elmi fəaliyyətini davam etdirir. BDU-nun professoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda doktorluq üzrə ixtisaslaşmış dissertasiya şurasının üzvüdür.
Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyev 10 il bu nüfuzlu ali təhsil müəssisəsinə rəhbərlik edib. 2004-cü ildə rektor vəzifəsinə keçən Ş.Hacıyev 2014-cü ildə ölkə başçısının sərəncamı ilə vəzifəsindən uzaqlaşdırılıb. Hazırda elmi fəaliyyətini yenə də həmin universitetdə davam etdirir. UNEC-in Beynəlxalq İqtisadi Münasibətlər kafedrasının müdiridir.
Azərbaycan Tibb Universitetinin sabiq rektoru akademik Əhliman Əmiraslanov və Azərbaycan Dillər Universitetinin sabiq rektoru professor Səməd Seyidov hazırda parlamentdə komitə sədri kimi çalışırlar. Akademik Ə.Əmiraslanov Səhiyyə, S.Seyidov isə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədridir.
Azərbaycan İlahiyyat İnstitutunun sabiq rektoru Ceyhun Məmmədov hazırda Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvüdür. (ardı var)
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 2025 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 2025 13:43
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 2025 22:42
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 2025 14:24
- Hamımız türk ola-ola, niyə başqa dillərdə – ingilis və rus dillərində danışırıq?
12 aprel 2025 14:12
- Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
11 aprel 2025 13:47
- SSRİ-də kölgə iqtisadiyyatı yaradan adam - o, kağız üzərində maliyyə imperiyası qurub
10 aprel 2025 16:00
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 2025 14:21
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
8 aprel 2025 14:26
- Дрессировщик обезьян - помощнице: Дай по башке ему !
21 aprel 16:54
- 5 nəfər Ədalət Partiyasının sədri olmaq istəyir
21 aprel 16:21
- Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq - Prezident
21 aprel 16:12
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24