Sevil Hacıyevanın saxta vəkillik fəaliyyəti ilə bağlı Prezidentə müraciət
Xaçmaz Rayon Məhkəməsinin sədri Xıdır Quliyev Vəkillər Kollegiyasının Sevil Hacıyeva ilə bağlı rəsmi sorğusuna niyə cavab vermir..?
Redaksiyamıza daxil olan məhkəmə qətnaməsinin mövzu üçün vacib olan hissəsini dərc edirik:
Azərbaycan Respublikası adından Q Ə T N A M Ə
Bakı şəhəri İş № 2(004)-620/2021 15.03.2021-ci il BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ
Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı Məmmədova Pərvanə Rövşən qızının, ilkin iddia üzrə iddiaçının vəkili Mustafayev Azər İsmail oğlunun, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Məmmədov Rizvan Vahid oğlunun, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Məmmədov Tural Vahid oğlunun ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Məmmədov Rizvan Vahid oğlunun vəkili Hacıyeva Sevil Balasoltan qızının iştirakı ilə........
Tarixə fikir verdinizmi ? 15.03. 2021 və vəkil Hacıyeva Sevil Balasoltan qızı
İndi isə Vəkillər Kollegiyasının Sevil Hacıyeva barəsində məhkəmə və istintaq orqanlarına müraciətinə nəzər salaq:
Bir neçə il əvvəl Vəkillər Kollegiyasının 4 saylı Hüquq Mələhətxanasında çalışan Sevil Balasoltan qızı Hacıyevanın qanunsuz əməlləri, xeyli sayda vətəndaşa külli miqdarda pul atmas barədə ölkə mediasında kifayət qədər yazılıb.
Xaçmaz rayonu, Gödəkli kənd sakini Yaşar Balasoltan oğlu Daşdəmirov isə NUH.az saytına müraciət edərək bildirib ki, dogma bacısı Sevil Hacıyeva və qızları onun ailəsini hədələyir, təhdid edir, hətta həyat yoldaşı Aybəniz Daşdəmirovanı döyərək ona xəsarət yetiriblər.
Yaşar Daşdəmirov bu barədə hüquq-mühafizə orqanlarına 2021-ci ilin avqust ayında müraciət edib.
Yaşar Daşdəmirovun şikayəti əsasında Sevil Hacıyevaya qarşı cinayət işi açılıb və iş Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində müstəntiq Cabbar Cabbarov tərəfindən araşdırılır.
Yaşar Daşdəmirov haqlı olaraq soruşur ki, nə üçün istintaq 1 ildən çoxdur davam edir..?
Məlumdur ki, Sevil Hacıyeva qanunsuz əməllərinin nəticəsi olaraq Vəkillər Kollegiyasından, vəkillik fəaliyyətindən uzaqlaşdırıldı.
Ancaq redaksiyamıza daxil olan məlumata görə, Sevil Hacıyeva qanunsuz olaraq saxta orderlərlə yenə də vəkillik edir.
Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundovun imzası ilə, Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin Məhkəmə və istintaq orqanlarına ünvanlanmış 11.10.2022-ci il tarixli , 1443 saylı müraciətində deyilir:
“Vəkillər Kollegiyası Rəyasət Heyətinin 06.11.2020-ci il tarixli iclasında Bakı şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil Hacıyeva Sevil Balasoltan qızının vəkillik fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunmuşdur. Eyni zamanda onun Vəkillər Kollegiyası üzvlüyündən xaric olunması ilə bağlı məhkəmədə qaldırılmış iddia təmin edilmişdir.
Göstərilənlərə əsasən vəkillik fəaliyyəti ilə məşğul olmaq səlahiyyəti olmayan Sevil Hacıyeva tərəfindən qurumunuza 06.11.2020-ci il tarixdən sonra vəkil kimi təqdim edilən order aşkar olunarsa, bu barədə bizə məlumat ( müvafiq sənədlərin surətləri əlavə olunmaqla ) verməyinizi xahiş edirik. ( əlaqələndirici şəxs Seymur Səfərov . tel 055-999-23-66, faks 012-596-32-71 )
Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundov.
İndi gördünüzmü, Vəkillər Kollegiyasının vəkillik fəaliyyətini dayandırdığı, Məhkəmənin qərarı ilə Vəkillər Kollegiyasından uzaqlaşdırılan Sevil Hacıyeva qanunsuz olaraq saxta orderlər məhkəmələrdə vəkillik edir.
Yazının girirşindəki Yasamal Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli qətnaməsində açıq qeyd olunub ki...VƏKİL SEVİL HACIYEVA.
Bəs görəsən Yasamal məhkəməsi nə üçün bu qanunsuzluğa yol verir..?
Əslində ortada cinayət əməli var. Sevil Hacıyeva qanunsuz olaraq saxta sənədlə vəkillik edir.
Məsələ təkcə Yasamal Rayon Məhkəməsi ilə bitmir.
NUH.az-a daxil olan məlumata görə, Sevil Hacıyeva həm də qanunsuz olaraq vəkil kimi Xaçmaz Rayon Məhkəməsində məhkəmə proseslərində iştirak edib.
Və bu hal bir dəfə deyil, dəfələrlə baş verib.
Qeyd edək ki, Xıdır İnqilab oğlu Quliyev Prezident İlham Əliyev tərəfindən 2022-ci ildə Xaçmaz Rayon Məhkəməsinin sədri təyin olunub.
Xıdır müəllimdən soruşan yoxdur ki, saxta vəkillə necə məhkəmə qətnaməsi qəbul edirsiniz..? Cənab Xıdır Quliyev, Prezidentin etimadını belə doğruldursunuz..?
NUH.az-a daxil olan məlumata görə, Vəkillər Kollegiyası Sevil Hacıyevanın qanunsuz fəaliyyəti ilə bağlı Xaçmaz Rayon Məhkəməsinin sədri Xıdır Quliyevə təkrar-təkrar rəsmi SORĞU göndərsə də cavab ala bilmir.
Biz bu məsəsləni gündəmdə saxlayıb qarşı tərəflərin fikirlərini dərc edəcəyik.
Sözün qısası, görəsən dövlət qurumları, məhkəmə-hüquq sistemi, Ədliyyə Nazirliyi, rayon məhkəmələri, Prezident Administrasiyasının Hüquq Mühafizə Orqanları şöbəsi bu qanunsuz əməllərə niyə susurlar.
Sonda bir media qururmu olaraq cənab Prezident İlham Əliyevdə müraciət edirik:
Möhtərəm Prezident !
Dəfələrlə məhkəmələrin ədalət sarayı olduğunu qeyd etmisiniz və əlavə etmisiniz ki, məhkəmə-hüquq sistemində ciddi islahatlara ehtiyac var.
Cənab Prezident ! Qanunsuz əməllərə yol verən, nəticədə vəkillik fəaliyyətinə qadağa qoyulan Sevil Hacıyevanı kimlər müdafiə edir ?
Ümid edirik ki, məhkəmə orqanlarında baş verən belə qanunsuz hallara son qoyulacaqdır.
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 2024 14:30
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 2024 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20