Daxmada qalırıq, Ağalıda ev vermirlər ki, 4 nəfər deyilsiz - Fotolar
“Zəngilan işğal olunanda ailəmlə bərabər məcburi köçkün kimi Bakıya gəlmişəm. İndi torpaqlarımız azad olunub, yaşadığımız Ağalı kəndi bərpa olunub, amma bizi ora köçürmürlər. Deyirlər ki, ailə üzvlərinizin sayı 3 nəfərdir, gərək 4 olsun ki, sizə orada ev verək...”
Bu şikayətlə “Qafqazinfo”ya Ağalı kəndindən məcburi köçkün düşən Allahverdi İsmayılov müraciət edib.
Onun sözlərinə görə, vaxtilə Ağalıda ikimərtəbəli evini, torpaq sahələrini, bağlarını qoyub Bakıya gəlib. Ailəsi ilə bir müddət zavodlardan birinin ərazisində yaşadığını deyən A.İsmayılov 10 ildən çoxdur ki, yaxınlarının Bayıl qəsəbəsindəki köhnə, qəzalı vəziyyətdə olan evinə sığındığını deyir: “Çox pis şəraitdə yaşayırıq. Hamamı, mətbəxi olmayan ikiotaqlı uçuq daxmada qalırıq. Təhlükəli ərazi olduğundan 10 il əvvəl sakinlər buradan köçürülüb. Başqa yerdə evimiz olmadığından məcbur qalıb məskunlaşmışıq. Hökumət tərəfindən bizə indiyə kimi ev verilməyib”.
A.İsmayılovun sözlərinə görə, məcburi köçkün düşəndə ailə üzvləri 5 nəfər olub. Sonradan qızları ailə quraraq köçüblər, hazırda həyat yoldaşı və oğlu ilə birgə yaşayır.
.jpg)
Şikayətçi bildirib ki, aidiyyəti orqanlara, “Qaçqınkom”a müraciət edib: “Orada ev bölgüsü ilə məşğul olan Gəray adlı şəxs deyir ki, siz 4 nəfər olmalısınız ki, ev düşsün. Bizə deyiblər ki, heç rayonda qeydiyyatda olmayan insanlar da orada yaşayır, amma Ağalı sakini olsaq da, öz kəndimizə köçürülmürük”.
Problemlə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, A. İsmayılovun ailə tərkibinə uyğun mənzilin inşası başa çatdıqdan sonra onların köçürülməsi həyata keçiriləcək: “Zəngilan rayonu Ağalı kənd sakini İsmayılov Allahverdi Kamal oğlu, həyat yoldaşı Gülnar Məmmədova və oğlu Kamal İsmayılovla birgə Bakı şəhəri Səbail rayonunda müvəqqəti qeydiyyatdadır. Ailənin Dövlət Komitəsinin aidiyyəti şöbəsinin əməkdaşları tərəfindən doğma yurda qayıdışı ilə bağlı sorğusu aparılıb, məşğulluq imkanları öyrənilib, əldə edilmiş məlumatlar Dövlət Komitəsinin vahid elektron-məlumat bazasına daxil edilib.
.jpg)
Bildiririk ki, məcburi köçkünlərin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə Zəngilan rayonunun Ağalı kəndində yeni evlərin inşası davam etdirilir. Allahverdi İsmayılovun ailə tərkibinə uyğun mənzilin inşası başa çatdıqdan sonra onların köçürülməsi həyata keçiriləcək”.
Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa – Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə ötən il iyulundan başlanılıb. Yeni Ağalı kəndinə birinci mərhələdə 41 ailə köçürülüb.
Ötən ilin sentyabrında - Böyük Qayıdışa uyğun olaraq ikinci mərhələdə 25 ailənin 125 nəfər üzvü Ağalı kəndinə yola salınıb. Bu ilin fevral-mart aylarında Ağalıya köçün üçüncü mərhələsi çərçivəsində 94 nəfərdən ibarət 20 ailə köçürülüb. Üçüncü mərhələ də daxil olmaqla, Ağalıya ümumilikdə 420 nəfərdən ibarət 86 ailə köçürülüb.
Gülnar Əliyeva





- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 2026 21:40
- Ağdama daha 90 ailə köçürüldü
5 mart 2026 14:55
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
3 mart 2026 19:48
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Kəlbəcərə, Xocavəndə və Horovluya 100-dən çox ailə köçürüldü
27 fevral 2026 11:04
- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 2026 22:18
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
