Habil Vəliyev 50 yaş - YUBİLEY...
“Yeni Əkinçi” Media Qrupunun rəhbəri Habil Vəliyevin 50 yaşı tamam olur…
Kollektiv üzvləri Habil müəllimi təbrik edir, ona işlərində uğurlar arzulayırlar…
Bu gün “Yeni Əkinçi” Media Qrupunun ( “Gündəlik Bakı“, “Yeni Əkinçi“, "Sabah-News" qəzetlərinin baş redaktoru, "Sabah Prodaction", “Bakitv.az“ internet televiziyasının sədri) rəhbəri Habil Vəliyevin 50 yaşı tamam olur.
Habil Vəliyev hələ gənc yaşlarında, 1990-cı illərdə Bakı Dövlət Universitetinin tələbəsi olarkən ölkədə başlanan siyasi proseslərdə yaxından iştirak edib və öz gələcək yolunu müəyyənləşdirib. Bu Ulu Öndər Heydər Əliyevin yolu idi. Habil Vəliyev ən çətin situasiyalarda belə Heydər Əliyevçi olmağı ilə fəxr edib. Habil Vəliyev tələbə hərəkatında yaxından iştirak etməzdən öncə erməni faşitlərinə qarşı Qarabağ müharibəsinə qoşulub, Azərbaycanın ilk zabitlərindən biri kimi qəhrəmancasına döyüşüb, dəfələrlə yaralanıb, amma sözün geniş mənasında yolundan dönməyib. Sonrakı illərdə, yəni atəşkəs rejimi dövründə də Habil Vəliyev öz mübarizəsindən geri çəkilməyib. Və bu dəfə siyasi mübarizədə, Yeni Azərbaycan Partiyasının sıralarında öz yolunu davam etdirib.
Və 30 ildən artıqdır ki, bu yolda davam edir. Məlumat üçün qeyd edək ki, Habil Vəliyev 1990-cı illərdə BDU-nu və Ali Hərbi Məktəbi bitirsə də, sonradan BDU-nun hüquq fakültəsində ikinci ali təhsil alıb, Mərkəzi Seçki Komissiyasının 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsində Məntəqə sədri kimi fəaliyyətini davam etdirib. Eyni zamanda Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Yasamal rayon təşkilatının sədri kimi veteranların problemlərinin həll olunmasında, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində yaxından iştirak edib, tez-tez cəbhə bölgələrinə səfərlər edib. Sonrakı illərdə Habil Vəliyev müsəlləh əsgər kimi silahı qələmlə əvəz edərək media rəhbəri kimi dövlətçiliyimizə ağır zərbə vuran bəzi məmurlara, cəmiyyətimizdəki neqativ hallara qarşı mübarizə aparmağa başladı. İlk təsisçisi olduğu "Sabah-News", sonradan isə "Gündəlik Bakı" və "Yeni Əkinçi" qəzetləri vasitəsilə Cənab Prezidentin siyasi kursuna dəstək verməyə başladı. (Məlumat üçün qeyd edək ki, Biz Habil Vəliyevi 1990-cı illərdə dərc olunan qəzetlərdən tanıyırıq).Qısa bir zamanda Habil Vəliyevin rəhbərlik etdiyi qəzetlər ölkənin aparıcı media qurumlarından birinə, rüşvətxor, korrupsioner məmurların, əxlaqsızlıq yuvaları saxlayan şərəfsizlərin qəniminə çevrildi. Habil Vəliyevin mediadakı fəaliyyəti həmin dövrdə mətbuatı, özünün dədə malı kimi idarə edən, mediaya göstəriş verən sabiq PA rəhbəri Ramiz Mehdiyevin, PA-nın keçmiş şöbə müdiri Əli Həsənovun, cinayətkarlara himayədarlıq edən o zamankı baş prokuror Zakir Qaralovun və digərlərinin xoşuna gəlmirdi. Onlara “əl mediası”, “media mirzələri” lazım idi. Ancaq Habil Vəliyev həmişə Ramiz Mehdiyevə "Mənim işimə qarışma" deyərək özündən uzaqlaşdırırdı.Habil Vəliyevin, Ramiz Mehdiyevə qarşı barışmaz münasibəti, nəticədə Ramiz Mehdiyevin sifarişi ilə Habil Vəliyevin məhkumluq həyatı yaşaması ilə nəticələndi. Ancaq onun məhkəmə önündəki çıxışı çoxları üçün nümumə ola bilər. Ona görə yazının girişində qeyd etdik ki, Habil Vəliyev hətta ən çətin, ağrılı situasiyalarda öz yolundan dönməyib, özünü Heydər Əliyev yolunun, İlham Əliyev siyasi kursunun ən mübariz davamçısı olduğunu bəyan edib. Yəni həbsdə olduğu müddətdə də Habil Vəliyev öz siyasi əqidəsini dəyişmədi, öz yoluna sadiq qaldı. Bir sözlə Habil Vəliyev, Ramiz Mehdiyevlərin, Əli Həsənovların, Zakir Qaralovların, Mehdilərin, Vasiflərin, Arzuların, Hüseynquluların, Səfərlərin, Səlimlərin, Şamillərin, Bəxtiyarların, Əflatunların, Oktayların, Mirsalehlərin, Ulu Öndərimiz Heydər Əliyevin qurduğu hökuməti kərpic-kərpic sökənlərə qarşı apardığı mübarizəni dayandırmadı.2016-cı ildə Prezident Yanında İdarəetmə Akademiyasında keçirilən müşavirədə Habil Vəliyevin, Ramiz Mehdiyevə və Əli Həsənova qarşı açıq fikrini bildirməsi o zamankı dövr üçün ən böyük qələbə idi. Habil Vəliyev 2016-cı ildə keçirilən müşavirədən sonra, qorxmadan, çəkinmədən, böyük cəsarətlə Əli Həsənov və Ramiz Mehdiyev cütlüklərinə "Sizin hərəkətləriniz barədə Prezidenti məlumatlandırmaq lazımdır" deməsi Ramiz Mehdiyev və Əli Həsənov çetesini hərəkətə gətirdi. Ramiz Mehdiyevin və Əli Həsənovun adamları Habil Vəliyevə qarşı hər yerdə qarayaxma kampaniyalarına başladılar. İş o yerə çatdı ki, Ramiz Mehdiyev dedi ki, "Sən heç həbs olunmaqdan qorxmursan?". O zaman Habil Vəliyevin cavabı belə olmuşdur: "Mən siyasətlə məşğul olsam da qohumlarımın heç biri ömürlük düşmənimiz olan erməni deyil". Bu cavab Ramiz Mehdiyevi daha da qəzəbləndirmişdir. Sonraki hadisələr hamımıza bəllidir. Budur, bir tərəfdə cəmiyyətdə mənfi imic qazanmaqla yanaşı, qəbrini indidən söydürən, ölüm ayağında olan, nəslini, nəcabətini daima problemdə qoyaraq, dünyasını dəyişməyə hazırlaşan Ramiz Mehdiyev, bir tərəfdə isə ömrünün ən gözəl çağında olan, həmişə ölkə başçısına, xalqına, vətəninə, millətinə, dövlətinə, dövlətçiliyinə sadiq qalan, mübariz, Qarabağ müharibəsi döyüşçüsü, ali təhsilli hüquqşünas Habil Vəliyev.Xalqın gözü tərəzidir. Ramiz Mehdiyevin və onun çetesinin hansı vəziyyətdə olması göz qabağındadır. Baxın, media sahəsində Habil Vəliyev və onun komandası ən birinci sırada təmsil olunurlar. Kimlərin hansı mövqedə olmasından asılı olmayaraq, həmişə haqqı müdafiə etmək Habil Vəliyevin həyat devizi olmuşdur. Ramiz Mehdiyev və Əli Həsənov çetesinin gənc döyüşçüyə qarşı uzun illər mübarizə aparmasına baxmayaraq, sonda məğlub olmaları Habil Vəliyevin, cənab Prezidentimizə sadiq olması ilə əlaqədar oldu. Sonda bir məsələni xatırladım ki, Allahın ucaltdığı Habil Vəliyevi endirmək, nə Ramiz Mehdiyevlərin boyu, nə çəkisi, nə də ki savadı ölçüsündədir.Budur, Habil Vəliyev media sahəsində fəaliyyətini elə bir yüksək səviyyədə davam etdirir ki, çoxları ona həsəd aparır.Bu gün Habil Vəliyevin 50 yaşı tamam olur. Həmişə milli birliyi, dövlətçiliyi öz həyat prinsipi hesab edən Habil müəllimi “Yeni Əkinçi” media qrupunun kollektivi olaraq, səmimi qəlbdən təbrik edirik, ona cansağlığı, uğurlar arzulayırıq. Qələminiz iti olsun. NUH.az
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 2026 16:14
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Azərbaycanda neçə general-polkovnik var? - TAM SİYAHI
30 yanvar 2026 00:17
- Şahin Bağırova general-polkovnik, üç nəfərə general-mayor rütbəsi verildi
29 yanvar 2026 19:34
- ARAZ supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir
28 yanvar 2026 12:19
- Tı kto takoy, Rasim Balayev? Səni adam edən mən olmuşdum – Şeyx Əbdül Mahmudovla ŞOK MÜSAHİBƏ
9 yanvar 2026 20:03
- Dünya çox təhlükəli mərhələyə girir – Əli Məsimlidən sensasion müsahibə
4 yanvar 2026 13:26
- Polad Həşimovun doğum günüdür
2 yanvar 2026 11:07
- Sabiq icra başçısı azadlığa buraxıldı
30 dekabr 2025 23:18
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Sərəncam
25 dekabr 2025 19:20
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
