“180 min xərclədim, uşağım 90 kq-dan 20-yə düşdü…” - Foto
“16 yaşlı oğlum Ümüd keçən ilin noyabrında avtomobillə vurulub. “Medera Hospital”da həkim səhlənkarlığından uşağımı ölümcül vəziyyətə salıblar. Nəfəs borusu və qida borusunun arası yırtılıb, 7 aydır ki, boğazından bir qurtum su da keçmir. Uşaq 90 kq çəkidən 20 kq-a düşüb. İndi də heç nə etmirlər, deyirlər, apar evə nə qədər ömrü var yaşasın...”
Bu şikayətlə “Qafqazinfo”ya 16 yaşlı Ümüdün anası Qızılgül Quliyeva müraciət edib.
Onun sözlərinə görə, övladı ötən il noyabrın 24-də yol qəzasına düşüb. Uşağı Kliniki Tibbi Mərkəzə (Semaşkoya) çatdırıblar. Sonra isə özəl klinikaya yerləşdirilib: “Mənə zəng elədilər, tez özümü Kliniki Tibbi Mərkəzə çatdırdım. Dedilər ki, uşağı özəl xəstəxanaya apar, həyatı qurtarsın. Bütün xəstəxanalara zəng vurdum, “Medera Hospital”dan cavab verdilər. Bildirdilər ki, adam göndəririk, xəstənin vəziyyətinə baxılsın, çox ağır olmasa, stabil olsa, xəstəxanaya qəbul edərik. 3 min manat depozitlə oğlumu ora yerləşdirdilər.
Əvvəlcə uşaq yaxşıdır desələr də, səhəri gün əməliyyat olunmalı olduğunu açıqladılar. Həkimlər Tural Hacımirzəyev və Kahraman Seyfi tərəfindən başından əməliyyat olundu, beyin qapağını qarnına tikdilər. Sonradan o qapaq da orada irinlədi. Daha sonra dedilər ki, uşaq özü nəfəs alır, amma birdən tibb bacılarının başı qarışar, uşaqda boğulma ola bilər. Ona görə də qabaqlayıcı tədbir kimi bir həftəlik nəfəs borusunu deşirik. Tural həkim necə zərbə ilə açıbsa, uşağın nəfəs borusu və qida borusunun arasını yırtıb və uşağı ölümcül vəziyyətə çatdırıb. Ağzından bir qurtum su keçmir, yoqurtu dilinə sürtürəm, onu belə uda bilmir”.
Fotoda: Ana Qızılgül Quliyeva
Q. Quliyeva iddia edir ki, klinikadan övladının əməliyyat olunaraq sağalacağına söz versələr də, sonradan əməliyyatdan imtina olunub: “Paltarıma qədər satıb 180 min manat xəstəxanaya verdim, iki ay uşaqla orada yatdım. Günə 3-5 min min manat pul ödəyirdim. Sonra evə buraxdılar, dedilər evdə müalicə et, gələrsən. Mənə xəstəxanadan söz verdilər ki, biz bu uşağı sağaldacağıq, lazım olsa, Türkiyəyə aparacağıq. Bildirdilər, uşağı başqa xəstəxanada çalışan Arif Ağayev əməliyyat edə bilər. Hətta həkim deyib ki, çox asan əməliyyatdır. 20 gün əvvəl o həkimin yanına getdim, mənə dedi 3 gündən bir 40 min manat pul ödəməlisən. Öncədən də 40 min AZN depozit qoymalısan ki, əməliyyat edək. Əməliyyata da zəmanət vermirəm, yaşamaya da bilər. Sonra isə dedi ki, mən imtina edirəm, əməliyyat etmirəm. Bizi başından elədi.Xəstəxanadan indi də deyirlər ki, qoy nə qədər ömrü var yaşasın, biz uşağı əməliyyat etsək, öləcək...”
Ananın sözlərinə görə, artıq onu xəstəxananın həndəvərinə yaxınlaşmağa qoymurlar: “Təxminən 15 gün əvvəl yenə getdim, dedilər ki, qoy həkimlərlə danışaq, sabah gələrsən. Səhəri gün gedəndə polislər tərəfindən yaxınlıqdakı polis bölməsinə aparıldım, adımdan izahat aldılar ki, bir də bu xəstəxanaya yaxınlaşmayım, yoxsa həbs olunacağam. Xəstəxanadan deyirlər ki, bizə heç bir şey edə bilməzsən.
...Oğlum idmanla məşğul olurdu, güləşçi idi, 11 yaşında çempion olmuşdu. O cür övladım indi bu vəziyyətdədir. Bu dünyada iki balamdan başqa heç kimim yoxdur. Onun da birini o günə qoydular...”
Problemlə bağlı “Medera Hospital”la əlaqə saxladıq. Tibb müəssisəsinin hüquqşünası Xeyransa Babayeva sorğumuza cavab olaraq bildirdi ki, keçirilən avtoqəzadan sonra Ümüd xəstəxanaya ağır vəziyyətdə daxil olub: “Xəstə Əhmədov Ümüd kəllə beyin travması, koma (glaskow 3-4,) süni tənəffüs cihazına bağlı vəziyyətdə “Medera Hospital”ın reanimasiya şöbəsinə ağır vəziyyətdə daxil olmuşdu. Ailəyə bütün yarana biləcək ağırlıq və həyati risk haqqında məlumat verilib və anası Qızılgül xanım ərizə yazaraq bildirib ki, 1% həyatda qalma şansı olduğunu qəbul edirik və lazım olan son tibbi tədbirlərin həyata keçirilməsinə razılığı ailə olaraq veririk. 40 gün klinikada müalicə aldıqdan sonra xəstə kafi vəziyyətdə evə yola salındı”.
Tibb müəssisəsinin nümayəndəsi həmçinin iddia edib ki, Ü. Əhmədovun ailəsi personalı təhdid etdiyi üçün polisə şikayət olunub: “Dəfələrlə ailənin klinikaya basqını, bıçaqla personalın təhdid edilməsi, ictimai asayişi pozması hospital tərəfindən polisə verilmə və cinayət işinin açılmasına vadar etdi. Hazırda polis tərəfindən araşdırılma aparılır və ictimaiyyətdən əsaslandırılmamış, həqiqəti əks etdirməyən məlumatları yayan şəxslər və mətbuat orqanları barədə gələcəkdə məhkəməyə müraciət etməyimiz üçün əsas olacaq. Ona görə də həqiqətə uyğun olmayan məlumatlar yayımlayarkən və bu barədə fikir bildirərkən diqqətli olmalarını xahiş edirik”.
Gülnar Əliyeva
- Ramiz Tahirov vəzifəsindən azad olundu - Foto
11 may 2024 16:54
- Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto
11 may 2024 16:39
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
8 may 2024 00:22
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
4 may 2024 17:23
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
4 may 2024 11:51
- Dramatirix Hüseynbala Mirələmova Türkiyənin xüsusi mükafatı təqdim edildi (FOTO)
2 may 2024 18:19
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
1 may 2024 22:21
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 2024 10:46
- İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 aprel 2024 23:33
- Mehriban Əliyevadan Ülviyyəyə təbrik - Səninlə fəxr edirəm!
29 aprel 2024 23:27
- Prezident bu qurumun ləğv edilməsinin vaxtı çatdığını bildirir
15 may 13:22
- Bakcell F1 Star Azərbaycanda ən sürətli fiber internetini təqdim edir
15 may 13:11
- Prezident qəbul keçirdi - Fotolar - Yenilənib
14 may 13:17
- Zakir Fərəcov korrupsiyaya bulaşanları niyə qoruyur
14 may 13:00
- Anası ayrılmaq istəyib, məşqçi də hirsini Fəriddən çıxıb – Şahid DANIŞDI
13 may 11:42
- Prezident qəbul keçirdi - Fotolar
13 may 11:13
- Prezident məni bağrına basdı, çox həyəcanlı idim - Fotolar
12 may 12:09
- Zakir Fərəcov məhkəməyə verildi
11 may 19:34
- Ziba Osmanova iki azyaşlını maşınla vurdu
11 may 19:18
- Ramiz Tahirov vəzifəsindən azad olundu - Foto
11 may 16:54
- Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto
11 may 16:39
- Prezident Füzulidə açılış etdi - Fotolar - Yenilənib
10 may 16:17
- Müşfiq Atakişiyevə 14 il 6 ay həbs cəzası verildi
10 may 16:10
- İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad (VİDEO)
10 may 12:27
- Prezident Zakir Fərəcovla Gündüz Əliyevin işini nəzarətə götürsə... - Sahibkarlar xahiş etdi
10 may 12:20
- Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
10 may 12:00
- Sənədsiz evi olanlara şad xəbər
09 may 23:29
- Rusiya sərhədçiləri Ermənistanın hansı bölgəsində qalacaq?
09 may 23:20
- Alman ayaqqabısı - Daşqın Məmmədovun hekayəsi
09 may 23:03
- Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi
09 may 12:11
- Bu ölkədə ilk dəfə qadın prezident seçildi
09 may 12:06
- Azərbaycanda Qələbə Günü qeyd olunur
09 may 11:57
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58