Bu il özünü BURAXAN partiyaların siyahısı
2023-cü ilin yanvar 11-də siyasi partiyalar haqqında qəbul edilən yeni qanunun qüvvəyə minməsinə artıq bir həftə vaxt qalıb. Həmin dövdən bu günə qədər yeni qanunun tələblərinə cavab verməyən bir sıra siyasi təşkilatlar artıq özlərini buraxıb.
Bu ilin mart ayından bəri artıq 28 partiya fəaliyyətini dayandırdığını elan edib. Bununla da 59 partiyadan 31-i hələ də siyasi arenada qalmağa davam edir. Onlardan bəzilərinin də buraxılan partiyalarla oxşar aqibəti yaşayacağı gözlənilir.
Maraqlıdır ki, buraxılan partiyaların əksəriyyəti son bəyanatlarında "Siyasi partiyalar haqqında” qanunun tələblərinə cavab verə bilmədikləri üçün bu addımı atdıqlarını da gizlətməyiblər.
Bizim.Media bu il ərzində özünü buraxdığını elan edən partiyaların siyahısını təqdim edir:
Siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına görə YENİ CƏRİMƏLƏR
Azərbaycan Naminə Alyans Partiyası
İlk olaraq, martın 2-də özünü buraxan partiya Abutalıb Səmədovun sədr olduğu Azərbaycan Naminə Alyans Partiyası oldu. ANAP 17 noyabr 1994-cü ildə təsis edilib.
Təkamül Partiyası
Azərbaycan Təkamül Partiyası martın 9-da fəaliyyətinə xitam verib. Teyyub Qənioğlunun sədri olduğu partiya 1995-ci ildə yaradılıb.
Azərbaycan Birlik Partiyası
Azərbaycan Birlik Partiyası da martın 9-da siyasi fəaliyyətinə son qoyub. 1992-ci ildə qeydiyyata alınan partiyanın sədri Xudu Xudiyev idi.
Milli Vəhdət Partiyası
Yunus Oğuzun sədr olduğu Milli Vəhdət Partiyası martın 13-də fəaliyyətinə son qoyub. Partiya 2002-ci ildən fəaliyyət göstərirdi.
Azad Respublikaçılar Partiyası
Martın 14-də isə Azərbaycan Azad Respublikaçılar Partiyası da bağlandığını bəyan edib. Sədri Kamil Seyidov idi.
Azərbaycan Respublikaçılar Partiyası
Aprelin 9-da Sübut Əsədovun rəhbəri olduğu Azərbaycan Respublikaçılar Partiyası da fəaliyyətinə son verdi. Partiya 1999-cu ildə təsis edilib.
Sosial Rifah Partiyası
Azərbaycan Sosial Rifah Partiyası martın 23-də siyasi səhnədən getdiyini bəyan edib. 1995-ci ildə qeydiyyata alınan partiyanın ilk sədri Xanhüseyn Kazımlı olub. Sonrakı sədri isə qızı Əsli Kazımlı sədr olub.
Liberal Demokrat Partiyası
Azərbaycan Liberal Demokrat Partiyası aprelin 1-də fəaliyyətinə xitam verib. 1999-ci ildə yaranan partiyanın sədri Fuad Əliyev idi.
Sosial Demokrat Partiyası
ASDP aprelin 4-dən fəaliyyətini dayandırıb. 1990-cı ildə təsis edilən ASDP-nin sədri Araz Əlizadənin vəfatından sonra təşkilat rəhbərsiz qalmışdı.
Vahid Kommunist Partiyası
Aprel 4-də Azərbaycan Vahid Kommunist Partiyası da siyasi fəaliyyətinə son verib. 1995-ci ildə qeydiyyata alınıb. 2019-cu ildə Musa Tukanovun vəfatından sonra partiya sədrsiz qalmışdı.
Müstəqil Azərbaycan Partiyası
MAP-ın fəaliyətinə aprel 6-da xitam verilib.
Yeni Yol Partiyası
Aprelin 8-də Yeni Yol Partiyası da siyasi səhnədən getdiyini bildirir. Sədri Ramil Hüseynov olan bu partiya 2022-ci ilin avqustunda qeydiyyata alınıb.
Milli Demokrat Partiyası
Aprelin 12-də AMDP da bağlanır. Sədri Tufan Kərim idi. Partiya Bozqurd Partiyası adı ilə 1992-ci ildə yaradılıb. 1995-ci ildən isə AMDP kimi fəaliyyət göstərirdi.
Aydınlar Partiyası
Aprelin 14-də Qulanhüseyn Əlibəylinin rəhbəri olduğu Aydınlar Partiyası fəaliyyətinə son verib. Partiya 2008-ci ildə təsis edilib.
Müstəqil Xalq Partiyası
Aprelin 18-də Müstəqil Xalq Partiyası da öz fəaliyyətinə xitam verib. Sədri Əflan İbrahimov partiya 2020-ci ildə qeydiyyatdan keçib.
Qorqud Partiyası
Qorqud Partiyasının sədri Firudin Kərimov idi. Partiya 1993-cü ildən bəri fəaliyyət göstərirdi.
Vahid Azərbaycan Milli Birlik Partiyası
Aprelin 27-də VAMBP da özünü buraxır. 1993-cü ildə dövlət qeydiyyatına alınan partiyaya istiqlalçı deputat Hacıbaba Əzimov rəhbərlik edirdi.
Azərbaycan Tərəqqi Partiyası
Aprelin 29-da Azərbaycan Tərəqqi Partiyası fəaliyyətini dayandırmaqla bağlı bəyanat yayıb. ATP 2 fevral 1999-cu il tarixində Çingiz Sadıxovun (Dəmiroğlu) rəhbərliyi ilə təsis edilib.
Azərbaycan Kommunist Partiyası
AKP mayın 4-də fəaliyyətini dayandırıb. Partiya 1993-cü ildə təsis edilib.
Milli Konqres Partiyası
Mayın 11-də, mərhum İxtiyar Şirinovun sədrlik etdiyi, 1998-ci ildən fəaliyyət göstərən Milli Konqres Partiyası da fəaliyyətinə xitam verir.
Azərbaycan Vətənpərvərlər Partiyası
Mayın 12-də Azərbaycan Vətənpərvərlər Partiyası özünü buraxdığını elan edib. Partiya 1994-cü ildə dövlət qeydiyyatına alınıb. Sədri Elvin Mahmudzadə olub.
Vətəndaş Birliyi Partiyası
Mayın 22-də deputat Sabir Hacıyevin sədri olduğu VBP-də siyasi səhnədən getdiyini bəyan edib. Qurucusu Ayaz Mütəllibovun olduğu partiya 1999-cu ildə qeydiyyata alınıb.
Milli Demokrat-İdrak Partiyası
İyunun 5-də Milli Demokrat-İdrak Partiyası fəaliyyətinə son verib. 1992-ci ilin avqustunda yaranan partiyanın sədri Osman Əfəndi olub.
Milli Həmrəylik Partiyası
İyunun 9-da MHP fəaliyyətinə son verdiyi barədə bəyanat yayıb. Partiya 1993-cü ildə dövlət qeydiyyatına alınıb, sədri Əlisahib Hüseynov olub. MHP özünü 1992-ci ildə yaradılmış Demokratik Azərbaycan Dünyası Partiyasının hüquqi varisi hesab edirdi.
Cümhuriyyət Xalq Partiyası
22 iyunda CXP-nin fəaliyyətinə xitam verilir. Sədri Bədrəddin Quliyev olan partiya 2010-cu ildə təsis edilmişdi.
Azərbaycan Yüksəliş Partiyası
AYP iyunun 23-də fəaliyyətinə son qoyur. 2020-ci ilin iyununda yaranan partiyanın sədri Anar Əsədli olub.
Azərbaycan Liberal Partiyası
24 iyun tarixində ALP də özünü buraxır. Sədri Əvəz Temirxan olan partiya 1995-ci ilin iyunundan siyasi fəaliyyət göstərirdi. Partiyanın qurucusu Lalə Şövkət olub.
Vətəndaş və İnkişaf Partiyası
25 iyunda VİP siyasi fəaliyyətinə son qoyur. 28 may 2006-cı ildə yaranan və 10 avqust 2008-ci ildə qeydiyyata alınan partiyanın sədri Əli Əliyev idi.
Oxşar xəbərlər
- Komitə İRŞAD-dan kompüter aldı, özünü dərdə saldı — FAKT
3 may 2024 12:39
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
1 may 2024 16:13
- ADNA terrorundan 15 il ötür...
30 aprel 2024 10:28
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 2024 13:01
- NAR-dan xüsusi təklif - 10%-dək endirimlə smartfon!
11 aprel 2024 23:21
- Slovakiyanın YENİ PREZİDENTİ
7 aprel 2024 19:10
- Sərdar Cəlaloğlu - İsa Qəmbər başqanlıqdan gedəndə ona dedim ki..
4 aprel 2024 12:37
- Özünü ölülüyə vuraraq terrorçulardan xilas ola bilib
23 mart 2024 17:03
- 17 yaşlı azərbaycanlı qız Moskva terrorunda həlak oldu
23 mart 2024 08:46
- Deputat özünü Bakının KOR XƏLİFƏSİ zənn edir... - GÖRÜNƏNİ BUDUR...
22 mart 2024 16:16
Xəbər lenti
- Prezident məni bağrına basdı, çox həyəcanlı idim - Fotolar
12 may 12:09
- Zakir Fərəcov məhkəməyə verildi
11 may 19:34
- Ziba Osmanova iki azyaşlını maşınla vurdu
11 may 19:18
- Ramiz Tahirov vəzifəsindən azad olundu - Foto
11 may 16:54
- Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto
11 may 16:39
- Prezident Füzulidə açılış etdi - Fotolar - Yenilənib
10 may 16:17
- Müşfiq Atakişiyevə 14 il 6 ay həbs cəzası verildi
10 may 16:10
- İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad (VİDEO)
10 may 12:27
- Prezident Zakir Fərəcovla Gündüz Əliyevin işini nəzarətə götürsə... - Sahibkarlar xahiş etdi
10 may 12:20
- Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
10 may 12:00
- Sənədsiz evi olanlara şad xəbər
09 may 23:29
- Rusiya sərhədçiləri Ermənistanın hansı bölgəsində qalacaq?
09 may 23:20
- Alman ayaqqabısı - Daşqın Məmmədovun hekayəsi
09 may 23:03
- Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi
09 may 12:11
- Bu ölkədə ilk dəfə qadın prezident seçildi
09 may 12:06
- Azərbaycanda Qələbə Günü qeyd olunur
09 may 11:57
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
07 may 02:11
Video & Fotoqalereya
Video
Fotoqalereya