RUS ORDUSU BAKIDA (28 İYUL 1723-CÜ İL)
Müstəqil araşdırmaçı Aydın Kazımov yazır
Üç yüz il əvvəl, 1723-cü ilin iyul ayında general-mayor Matyuşkinin komandanlığı ilə rus ordusu dörd polkla dənizdən daxil olaraq Bakını işğal etdi.
XVII əsrin sonu XVIII əsrin əvvəllərində bu ərazilərdə qüdrətli Azərbaycan Səfəvilər dövləti yerləşirdi.
Mən Rusiya səlnaməçisi S.M.Solovyovun 1989-cu ildə çap edilmiş “Rusiya tarixi barədə” və digər çap edilmiş nəşrlərdən istifadə edərək araşdırma apardım. Məlum oldu ki, hələ yarandığı dövrün ilk vaxtlarında, 944-cü ildə Rusiya Azərbaycana Bərdəyə hücum edərək burada kütləvi qırğınlar törətmiş və yerli əhalini qarət etmişdi.
XVII əsrin 50-60-cı illərində rus kazakları İvan Kondirevin başçılığı ilə burada qarətlər törətmiş, əraziləri viran qoymuşlar.
1668-ci ildə isə rus kazakları Stepan Razinin başçılığı ilə iki minlik dəstə ilə Dərbəndə və sonradan Bakıya daxil olur. Onlar bütün sahil boyu əraziləri zəbt və qarət edir. Əhalinin bir hissəsini isə əsir götürürlər. Bu dövrdə artıq Rusiya qüdrətli dövlətə çevrilmişdi. 1721-ci ildə orada imperiya yaradılır. Rus çarı I Pyotr təxminən əlli il sonra Razinin yolu ilə hərəkət etmək qərarına gəlir. Bu dövrdə Fars adlanan dövləti Səfəvilər sülaləsindən olan Hüseyn Şah (1694-1722-ci illər) idarə edirdi.
1722-ci ildə burada əfqanlar şaha qarşı üsyan edərək onu əsir götürürlər. Səfəvi hakimiyyətinin zəifləməsindən istifadə edən Osmanlı imperiyası öz qoşunlarını Cənubi Qafqaza yeritdi. Osmanlılar tərəfindən bütün Cənubi Qafqazın tutulması təhlükəsi I Pyotru Bakını işğal etməyə tələsdirdi.
Rusiya hakimiyyətsiz dövlətin vəziyyətindən istifadə edərək ordusunu bu ərazilərə daxil etməyə başlayır. Rus ordusu Həştərxanda cəmləşir. Pyotr işlərlə özü tanış olmaq qərarına gəlir. Çar I Pyotr ordusunun bir hissəsini Gilana yola salır. 18 iyul 1722-ci ildə isə I Pyotr və Yekaterina gəmilərlə Xəzər dənizinə daxil olurlar. Piyada ordu isə digər gəmilərlə onları müşayiət edir. Süvari ordu isə Xəzərsahili ərazilərlə hərəkət edərək, kumıkların ərazisi Tarok qalasını tutaraq, Azərbaycanın Dərbənd şəhərinə yaxınlaşır.
16 avqustda rus ordusu Dərbəndə yürüş edir. Sultan Mahmud ruslara müqavimət göstərir. Lakin onun paytaxtı Utemiş ruslar tərəfindən yerlə-yeksan olunur, nəticədə Dərbənd ruslara müqavimətsiz təslim olur.
Taroku və Dərbəndi əldə edən ruslar Bakı istiqamətində hərəkət edirlər, onlar Bakını müqavimətsiz əldə edəcəkləri qənaətinə gəlirlər. Rus ordusunun gəmiləri tələskənliklə hazırlandığından tam hazır deyildi və pis vəziyyətdə idilər. Rus ordusunu təmin edən unla yüklənmiş 12 gəmi və sonradan göndərilmiş 30 ərzaqla yüklənmiş gəmilərin dənizdə üzmələri çətinləşir. Pyotr vəziyyətlə əlaqədar hərbi şura çağırır və ərzaq çatışmazlığı ilə əlaqədar Bakıya daxil olma missiyasının dayandırılması qərarını verir. O bir qarnizonu Dərbənddə saxlatdırır, özü isə geri Həştərxana qayıdır. Beləliklə, 1722-ci ildə I Pyotr Bakıya daxil ola bilmir və buranı işğal etmək mümkün olmur.
1722-ci ilin noyabr ayında polkovnik Şirov müttəfiqlik adı ilə Rəştə daxil olur.
Bakının dənizdən mühasirəsi 1723-cü ilin iyulunda başladı. 4 günlük güclü bombardmandan sonra bakılılar təslim oldular. İyulun 28-də Bakı qarnizonunun rəisi Dərgah Qulubəy təslim olduqlarını elan etdi.
1723-cü ilin iyul ayında general-mayor Matyuşkinin komandanlığı ilə rus ordusu dörd polkla dəniz vasitəsi ilə Bakıya daxil olur və buranı zəbt edir. Buranı zəbt edən Matyuşkin knyaz Baryatinskini komendant təyin edərək Həştərxana qayıdır. I Pyotr bundan çox sevinir, türklərin Xəzərətrafı ərazilərə daxil olmasının qarşısının alınması münasibəti ilə ona öz minnətdarlığını bildirir. Matyuşkinə general-leytanant rütbəsi verilir.
Fars dövləti bu vəziyyətlə barışır, 12 sentyabr 1723-cü ildə isə müqavilə bağlanır və Xəzərsahili ərazilər Gilan, Mazandaran, Astarabad, Bakı, Dərbənd Rusiyanın nəzarətinə keçir.
Zəbt etdikləri əyalətlərdə möhkəmlənmək məqsədi ilə illər əvvəl ermənilərin müraciətlərini nəzərə alan Pyotr müsəlman əhalsinin sayının azaldılmasını, xristianların, əsasən də ermənilərin buraya köçürülməsində görürdü.
Bu dövrdə Türkiyə Rusiyanın işğalı ilə barışmır və Təhmasib ilə Rusiyanın bağladığı müqaviləni qeyri-qanuni hesab edərək, bütün ərazilərin Türkiyəyə keçməsini tələb edirdi.
Türkiyə 1724-cü ildə qeyd edilən məsələ barədə diplomatik danışıqlar aparırdı və Rusiyaya müharibə elan etməsə də, müharibəyə hazırlaşırdı.
31 mart 1725-ci ildə I Pyotr vəfat edir.
Sonralar Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi ilə əlaqədar Pyotrun qardaşı qızı olan çar Anna İvanovnanın (1730-1740-cı illər) hakimiyyəti dövründə zəbt edilmiş Xəzərsahili ərazilər Rəşt müqaviləsi (1732-ci il) və Gəncə razılaşmalarına (1735-ci il) əsasən Rusiya tərəfindən geri qaytarılır.
Cəmi 12 il sonra 1747-ci ildə Nadir şahın ölümündən sonra, onun imperiyası dağılır və Azərbaycanda 20-dək xanlıqlar və bir neçə sultanlıq yaranır.
XVIII əsrin sonunda Azərbaycan sülaləsi olan Qacarlar (1796-1925-ci illər) hakimiyyətə gələrək xanlıqları mərkəzi hakimiyyətə tabe etmək niyyətində olmuşlar. Lakin buna nail ola bilmirlər. Rusiya-İran mühasibəsi nəticələrinə görə bağlanmış Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürülür. Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatılır.
Rusiya azərbaycanlılara qarşı məkrli siyasətini davam etdirir. Rusiya-İran (1826-1828-ci illər) və Rusiya-Türkiyə (1828-1829-cu illər) müharibələrinin gedişində, həm də sonralar ruslar İran və Türkiyədən erməniləri Azərbaycana köçürürlər.
Elçin Əhmədovun “Ermənistanın Azərbaycana təcavüzü” nəşrində bu barədə geniş məlumat verilir. Burada bildirirlir ki, təkcə 1828-1830-cu illər ruslar Qarabağın dağlıq hissəsinə 200 min, 1877-1879-cu illərdə Cənubi Qafqaza 85 min, 1896-1908-ci illərdə isə bu regiona 400 min ermənini köçürmüşlər. Elə bunun nəticəsində XX əsrin əvvəllərində və sonunda silahlanmış ermənilər azərbaycanlılara qarşı soyqırım həyata keçirirlər. 1918-ci ilin mart ayında on minlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətlə yetirilir.
Nəhayət, 1918-ci ilin may ayının 28-də Azərbaycanda Xalq Cumhuriyyəi müstəqil dövlət yaradılır, erməni təcavüzünün qarşısı alınır. Lakin 1920-ci ilin aprel ayında Azərbaycan bir daha işğala məruz qalır.
Sovet dövründə 1990-cı ilin 20 yanvar tarixində Bakıya rus ordusu yeridilir və burada kütləvi qırğınlar törədilir.
1991-ci ildə isə Cumhuriyyətin varisi kimi Azərbaycan öz müstəqilliyini bərpa edir.
1992-1993-cü illərdə erməni silahlı birləşmələri Azərbaycanın ərazilərinin bir hissəsini müvəqqəti olaraq işğal edir.
Nəhayət, 2020-ci ilin oktyabr-noyabr aylarında şanlı Azərbaycan Ordusu ermənilər tərəfindən işğal edilmiş ərazilərimizi azad edərək Respublikanın ərazi bütövlüyünü təmin etdi.
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- Alim Qasımov Bakıda zavod açdı
23 fevral 2026 22:04
- Prezident iranlı naziri qəbul etdi
23 fevral 2026 17:17
- Bakıda gül mağazasında partlayış - Video
23 fevral 2026 10:02
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 2026 13:09
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 2026 11:36
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
01 mart 13:43
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 16:17
- Təbrizə də zərbələr endirildi
28 fevral 16:11
- Azərbaycan 1 ildə 23 ton qurbağa əti satıb
28 fevral 15:41
- Trampdan İrana hücumla bağlı ilk - Açıqlama
28 fevral 15:14
- İsraillə ABŞ İrana zərbə endirdi
28 fevral 14:54
- Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdi
27 fevral 23:21
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 14:17
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 11:28
- İlham Əliyevin Efiopiyanın Baş naziri ilə təkbətək görüşü oldu
27 fevral 11:10
- Kəlbəcərə, Xocavəndə və Horovluya 100-dən çox ailə köçürüldü
27 fevral 11:04
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 23:40
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 22:38
- Əliyev Ərdoğana zəng etdi
26 fevral 22:21
- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 22:18
- Prezident və birinci xanım Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi
26 fevral 13:36
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 13:31
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 11:50
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 11:15
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 00:40
- Prezidentdən Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım
25 fevral 23:27
- Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
25 fevral 21:07
