Tramp Bakıya qaça bilər...” - ABŞ mediasından sensasion...
Azərbaycanın ABŞ-la “Qarşılıqlı hüquqi yardım haqda” müqaviləsi yoxdur, amma...
ABŞ-ın sabiq prezidenti və yenidən prezidentliyə namizəd Donald Trampa qarşı dördüncü ittiham irəli sürülüb. Ağ Evin keçmiş rəhbəri simvolik olaraq həbs edilib və sonra 200 min dollar girov müqabilində sərbəst buraxılıb və məhkəmə başlayana qədər azadlıqda qalacaq.
Məlumdur ki, Tramp özü bu ittihamları rədd edir, prokurorları və hakimləri “siyasi motivli təqiblərdə” suçlayır. Bununla belə, sabiq prezidentin əleyhdarları arasında həbs təhlükəsinin real olduğunu görsə, ölkədən qaçacağına inananlar da var. Maraqlıdır ki, Azərbaycan təqsirləndirilən prezidentin potensial “sığınacaqlarından” biri kimi göstərilir.
19fortyfive.com internet nəşri yazır ki, (mənbə.haqqın.az) Trampın həbs olunmamaq üçün ölkəni tərk etməsi ehtimalı çox aşağıdır. Bununla belə, keçən həftə jurnalist Heidi-Sigmund Cuda Byline “Times”da Trampın hər şeydən sonra ölkəni tərk edəcəyini söyləyib.
“Mən 2017-ci ildən Trampın 40 ən yaxşı dostu ilə birlikdə Moskvaya qaçacağını proqnozlaşdırırdım” jurnalist yazıb. Keçmiş federal agent Martin Şeyl deyib ki, “Rusiyada Donaldı əyləndirmək üçün kifayət qədər qolf meydançaları olmadığına” görə keçmiş prezident Yaxın Şərqdə məskunlaşmaq istəyə bilər. “Trampın Dubayda qolf meydançası var və o, həm də dünyanın aparıcı çirkli pulların yuyulma mərkəzidir”, - Şeyl bildirib. “Beləliklə, Tramp pulunu və qolf dəyənəklərini təhlükəsiz, isti hava sığınacağına köçürə bilər”.
Mühafizəkar “The New York Sun” qəzeti də biznesi Trampın hara qaça biləcəyi ilə bağlı fərziyyələr yazır. Qəzetin iddiasına görə, Tramp Birləşmiş Ərəb Əmirliklərinə və ya Azərbaycana sığına bilər. Çünki bu iki ölkənin də Amerika ilə ekstradisiya müqaviləsi yoxdur. Qeyd edək ki, Tramp prezident seçilməzdən əvvəl Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla biznes tərəfdaşlığı qurub. Bu əməkdaşlıq nəticəsində Məmmədovlar ailəsi holdinqi Bakıda “Trump Hotel” brendi altında mehmanxana tikib. Lakin Tramp prezident seçildikdən və onun Rusiya ilə əlaqələri ilə bağlı araşdırma başlandıqdan sonra qalmaqallı prezidentin adı hotelin adından çıxarılıb. Hotel hələ də qapalıdır, işləmir. Trampın Azərbaycana qaçmaq iddiası nə gerçəkləşə bilərmi? Bu ehtimal doğrulsa, Azərbaycan hüquqi müstəvidə məsuliyyət daşıyırmı? Belə bir halda hansı mövqe sərgiləməliyik? Milyardlara sahib olan, ölkəyə pənah gətirən Trampa qucaq açmalı yoxsa onu qapıdan yola salmalıyıq?

Əkrəm Həsənov
Hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, sabiq ABŞ prezidenti Donald Trampın ümumiyyətlə qaçmaq istəməsi haqda versiya şübhəli görünür: “Hesab edirəm ki, bu, sabiq prezidentinin rəqiblərinin uydurmasıdır. Donald Tramp var gücü ilə prezident seçkilərinə hazırlaşır. ABŞ qanunları ilə şəxsi qısa bir zaman içində həbs etmək mümkün deyil. Böyük ehtimalla seçkiyə görə Donald Trampı saxlaya bilməyəcəklər. Hətta belə bir təhlükə olsaydı belə, məncə, Tramp qaçmazdı. Çünki bu ABŞ-da vətəndaş müharibəsinə gətirib çıxara bilər”.
Hüquqşünas deyir ki, bu ehtimal gerçək olsa belə, Donald Trampın Azərbaycana gələcəyi inandırıcı deyil: “Bu halda, Azərbaycan ABŞ-ın təzyiqinə, sadəcə, dözə bilməz. ABŞ Donald Trampı tələb etsə, biz onu təhvil verməli olacağıq. İkinci variantımız yoxdur. Düzdür, Azərbaycanın ABŞ-la ”Qarşılıqlı hüquqi yardım haqda" müqaviləsi yoxdur. Bu halda, qanunla Donald Trampa siyasi sığınacaq verə bilərik. Amma gəlin unutmayaq ki, Azərbaycanın valyuta ehtiyatları harada saxlanılır. Bu halda ABŞ-da saxlanan valyuta ehtiyatlarımız təhlükə altına düşə bilər. Bu nöqteyi-nəzərdən çox ciddi iqtisadi sanksiyalarla üz-üzə qala bilərik. Qanunla biz Trampa siyasi sığınacaq verə bilsək də, təbii ki, dövləti maraqları nəzərə alıb bundan vaz keçərik".
Hüquqşünas deyib ki, sabiq ABŞ prezidentinin belə bir fikri olsa, gedə biləcəyi, rahat şəkildə sığına biləcəyi ölkə Rusiyadır: “Tramp Rusiyaya getsə, ABŞ tələb etsə belə, Rusiya onu təslim etməz. Onsuz da Rusiyaya qarşı sanksiyalar tətbiq olunub və olunmaqdadır. Bu baxımdan, Rusiya hazırda ”islanmışın yağışdan qorxusu olmaz" vəziyyətindədir. Tramp orada özünü rahat hiss edə bilər. Amma onun ABŞ-dan qaçmaq kimi fikrinin olduğuna inanmıram".
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
1 mart 2026 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
1 mart 2026 13:43
- Trampdan İrana hücumla bağlı ilk - Açıqlama
28 fevral 2026 15:14
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
