Dərc edilib: 01-09-2023

https://www.nuh.az/35250-.html

Tramp Bakıya qaça bilər...” - ABŞ mediasından sensasion...

01.09.2023 14:19:44

LIVE

Azərbaycanın ABŞ-la “Qarşılıqlı hüquqi yardım haqda” müqaviləsi yoxdur, amma...

ABŞ-ın sabiq  prezidenti və yenidən prezidentliyə namizəd Donald Trampa qarşı dördüncü ittiham irəli sürülüb. Ağ Evin keçmiş rəhbəri simvolik olaraq həbs edilib və sonra 200 min dollar girov müqabilində sərbəst buraxılıb və məhkəmə başlayana qədər azadlıqda qalacaq.

Məlumdur ki, Tramp özü bu ittihamları rədd edir, prokurorları və hakimləri “siyasi motivli təqiblərdə” suçlayır. Bununla belə, sabiq prezidentin əleyhdarları arasında həbs təhlükəsinin real olduğunu görsə, ölkədən qaçacağına inananlar da var. Maraqlıdır ki, Azərbaycan təqsirləndirilən prezidentin potensial “sığınacaqlarından” biri kimi göstərilir.

19fortyfive.com internet nəşri yazır ki, (mənbə.haqqın.az) Trampın həbs olunmamaq üçün ölkəni tərk etməsi ehtimalı çox aşağıdır. Bununla belə, keçən həftə jurnalist Heidi-Sigmund Cuda Byline “Times”da Trampın hər şeydən sonra ölkəni tərk edəcəyini söyləyib.

“Mən 2017-ci ildən Trampın 40 ən yaxşı dostu ilə birlikdə Moskvaya qaçacağını proqnozlaşdırırdım”  jurnalist yazıb. Keçmiş federal agent Martin Şeyl deyib ki,  “Rusiyada Donaldı əyləndirmək üçün kifayət qədər qolf meydançaları olmadığına” görə keçmiş prezident Yaxın Şərqdə məskunlaşmaq istəyə bilər. “Trampın Dubayda qolf meydançası var və o, həm də dünyanın aparıcı çirkli pulların yuyulma mərkəzidir”, - Şeyl bildirib. “Beləliklə, Tramp pulunu və qolf dəyənəklərini təhlükəsiz, isti hava sığınacağına köçürə bilər”.  

Mühafizəkar “The New York Sun” qəzeti də biznesi  Trampın hara qaça biləcəyi ilə bağlı fərziyyələr yazır. Qəzetin iddiasına görə, Tramp Birləşmiş Ərəb Əmirliklərinə və ya  Azərbaycana sığına bilər. Çünki bu iki ölkənin də Amerika ilə ekstradisiya müqaviləsi yoxdur. Qeyd edək ki, Tramp prezident seçilməzdən əvvəl Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla biznes tərəfdaşlığı qurub. Bu əməkdaşlıq nəticəsində Məmmədovlar ailəsi holdinqi Bakıda “Trump Hotel” brendi altında mehmanxana tikib. Lakin Tramp prezident seçildikdən və onun Rusiya ilə əlaqələri ilə bağlı araşdırma başlandıqdan sonra qalmaqallı prezidentin adı hotelin adından çıxarılıb. Hotel hələ də qapalıdır, işləmir. Trampın Azərbaycana qaçmaq iddiası nə gerçəkləşə bilərmi? Bu ehtimal doğrulsa, Azərbaycan hüquqi müstəvidə məsuliyyət daşıyırmı? Belə bir halda hansı mövqe sərgiləməliyik? Milyardlara sahib olan, ölkəyə pənah gətirən Trampa qucaq açmalı yoxsa onu qapıdan yola salmalıyıq?

 

Əkrəm Həsənov: “Ziddiyyətli məhkəmə qərarlarını nəzərə alaraq süni intellektli məhkəmə “error” verəcək” - pia.az

Əkrəm Həsənov

Hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, sabiq ABŞ prezidenti Donald Trampın ümumiyyətlə qaçmaq istəməsi haqda versiya şübhəli görünür: “Hesab edirəm ki, bu, sabiq prezidentinin rəqiblərinin uydurmasıdır. Donald Tramp var gücü ilə prezident seçkilərinə hazırlaşır. ABŞ qanunları ilə şəxsi qısa bir zaman içində həbs etmək mümkün deyil.  Böyük ehtimalla seçkiyə görə Donald Trampı saxlaya bilməyəcəklər. Hətta belə bir təhlükə olsaydı belə, məncə, Tramp qaçmazdı. Çünki bu ABŞ-da vətəndaş müharibəsinə gətirib çıxara bilər”.

Hüquqşünas deyir ki, bu ehtimal gerçək olsa belə, Donald Trampın Azərbaycana gələcəyi inandırıcı deyil: “Bu halda, Azərbaycan ABŞ-ın təzyiqinə, sadəcə, dözə bilməz. ABŞ Donald Trampı tələb etsə, biz onu təhvil verməli olacağıq. İkinci variantımız yoxdur. Düzdür, Azərbaycanın ABŞ-la ”Qarşılıqlı hüquqi yardım haqda" müqaviləsi yoxdur. Bu halda, qanunla Donald Trampa siyasi sığınacaq verə bilərik. Amma gəlin unutmayaq ki, Azərbaycanın valyuta ehtiyatları harada saxlanılır. Bu halda ABŞ-da saxlanan valyuta ehtiyatlarımız təhlükə altına düşə bilər. Bu nöqteyi-nəzərdən çox ciddi iqtisadi sanksiyalarla üz-üzə qala bilərik. Qanunla biz Trampa siyasi sığınacaq verə bilsək də, təbii ki, dövləti maraqları nəzərə alıb bundan vaz keçərik".

Hüquqşünas deyib ki, sabiq ABŞ prezidentinin belə bir fikri olsa, gedə biləcəyi, rahat şəkildə sığına biləcəyi ölkə Rusiyadır: “Tramp Rusiyaya getsə, ABŞ tələb etsə belə, Rusiya onu təslim etməz. Onsuz da Rusiyaya qarşı sanksiyalar tətbiq olunub və olunmaqdadır. Bu baxımdan, Rusiya  hazırda ”islanmışın yağışdan qorxusu olmaz" vəziyyətindədir. Tramp orada özünü rahat hiss edə bilər. Amma onun ABŞ-dan qaçmaq kimi fikrinin olduğuna inanmıram".

NUH informasiya agentliyi səhifəsindən çap edilib